Məhkəmə qərarları › İş №3(031)-149/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-149/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-149/2024 03.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1989-cu il tarixdə Dəvəçi rayonunun Ağbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində olduğu zaman Şabran Rayon Polis Şöbəsində barəsində başlanmış axtarış işi ilə əlaqədar polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə mübahisə etməyə başlamış, həmin mübahisə zamanı onu nizam-intizama dəvət etmiş ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərmədiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq Şəxs sifət nahiyyəsində olan xəsarətin üzü üstə qapının tininə dəyərək yarandığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq hər hansı bir səbəb bildirmədən kobudcasına ondan onlar ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlməsini tələb etmişlər. O, buna etiraz etdikdə onunla mübahisə etməyə başlamış, ona güc tətbiq edərək onu məcburi qaydada Şabran Rayon Polis Şöbəsinə gətirmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Polis əməkdaşları bundan əvvəl dəfələrlə onu polis şöbəsinə dəvət ediblər və o, hər dəfə onların dəvəti əsasında polis şöbəsinə könüllü olaraq gəlib. Lakin sonuncu dəfə polis əməkdaşlarının özlərini kobud aparmaları səbəbi ilə aralarında mübahisə yaranıb və həmin mübahisə zamanı əsəbiləşdiyi üçün onu nizam-intizama dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə tabe ola bilməyib. O, idman məşqçisi kimi fəaliyyət göstərdiyini, törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, Şabran Rayon Polis X2 Bölməsində barəsində başlanmış axtarış işi barədə məlumatının olmadığını, Şabran Rayon Polis Şöbəsinin inzibati binasının həyətində olduğu zaman Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X4 onun üzünün göz nahiyəsinə zərbə endirdiyini və Şabran Rayon Polis Şöbəsində fiziki təzyiqə məruz qaldığını bildirmişdir. Ona görə də barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis X12 Xidməti Bölməsinin polis nəfəri X6 öz izahatında bildirmişdir ki, Şabran Rayon Polis Şöbəsində başlanmış axtarış işi ilə əlaqədar xidmətdə olduğu Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində Şəxs yaxınlaşmış və özlərini ona təqdim etdikdən sonra onu barəsində başlanmış axtarış işi ilə əlaqədar polis şöbəsinə dəvət etmişlər. Şəxs bu zaman onlarla mübahisə etməyə başlamış və dəfələrlə tərəflərindən nizam-intizama dəvət edilməsinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də Şəxs tərəflərindən məcburi qaydada Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs tərəflərindən saxlanıldığı zaman sifət nahiyyəsində hər hansı bir xəsarətin olmadığını və onun bu xəsarəti hansı şəraitdə və nə vaxt aldığının ona məlum olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Şabran Rayon Polis X12 Xidməti Bölməsinin bölük komandiri X8 şahid Samir Misirxanovla eyni məzmunlu izahat vermişdir.. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli 303 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdən, saat 20:20-dən başlayaraq Şabran Rayon Polis X5 Yerində inzibati qaydada tutulmuşdur. - inzibati xəta hadisəsini özündə əks etdirən "DVD" diskə köçürülmüş videogörüntüdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran şəhərinin X11 küçəsi ərazisində polis əməkdaşları ilə mübahisə etmişdir. Lakin həmin videogörüntüdə həmçinin Şəxs sifət nahiyyəsində hər hansı bir xəsarətin olmadığı da aşkar surətdə görünməkdədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsini özündə əks etdirən "DVD" diskə köçürülmüş videogörüntüdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sifət nahiyyəsində hər hansı bir xəsarət görünməməsinə baxmayaraq, məhkəmə iclasında onun sifət nahiyəsində gözünün altında bir ədəd qançırın olduğu aşkar surətdə görünür. Bununla yanaşı məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis X12 Xidməti Bölməsinin bölük komandiri X8 və Şabran Rayon Polis X12 Xidməti Bölməsinin polis nəfəri X6 öz izahatlarında bildirmişdir ki, Şəxs tərəflərindən saxlanıldığı zaman sifət nahiyyəsində hər hansı bir xəsarət olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü, 9-cu, 21-ci, 31.2-ci, 76-cı, 84-cü maddələrinin tələblərini rəhbər tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı və ona istinad edilən əməli törətməsini etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların aşkar edilməməsini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdən, saat 20:20-dən başlayaraq Şabran Rayon Polis X5 Yerində inzibati qaydada tutulduğundan, onun barəsində tətbiq ediləcək cərimə növündə inzibati tənbeh tədbiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bu növ inzibati tənbeh tədbiri üçün nəzərdə tutulmuş yuxarı həddinin dörddə üçü miqdarından çox olmamalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, video görüntüdən aydın görünür ki, Şəxs qandal keçirilənədək üzündə və bədənində heç bir xəsarət izi olmamış, lakin məhkəmədə olduğu zaman onun göz nahiyəsində, qollarında və bədənində zorakılıq izləri aşkar edilmişdir və həmin zorakılıq izlərinin üzü üstə yıxılma nəticəsində yaranması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, fiziki zorakılığa məruz qalma ehtimallarının yüksək olan şəxsin inzibati həbs edilməsinə və yenidən Şabran Rayon Polis Şöbəsinə göndərilməsi həmin şəxsin yenidən fiziki zorakılığa məruz qalması ehtimallarını artırır. Əlavə olaraq fiziki zorakılıqla bağlı məhkəmə iclasında protokolu tərtib etmiş Məhəmməd Musayevin və şahid qismində X14 Şöbəsinin əməkdaşları tərəfindən verilən ifadələr ziddiyətli olduqlarından məhkəmə üçün inandırıcı deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (yüz əli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar