Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-152/2023 04.04.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X3 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1978-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş 28 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 28 mart 2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 nömrəli, 10 avqust 2012-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 iyul 2012-ci il tarixdən başlayaraq 03 iyul 2007-ci il təvəllüdlü X4 və 01 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 ödənilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsində həmin icra vərəqəsi üzrə 19 oktyabr 2020-ci il tarixli qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Şəxs isə maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 nömrəli, 10 avqust 2012-ci il tarixli icra vərəqəsində göstərilən tələbin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırır və onun hazırda həmin icra vərəqəsi üzrə ümumilikdə 13062 (on üç min altmış iki) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən və hazırki inzibati xəta haqqında iş üzrə 28 mart 2023-cü il tarixdə, saat 15:15-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 nömrəli, 10 avqust 2012-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 iyul 2012-ci il tarixdən başlayaraq 03 iyul 2007-ci il təvəllüdlü X4 və 01 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 ödənilməli olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin icra vərəqəsində göstərilən tələbin icrası ilə əlaqədar onun tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırdığını və hazırda həmin icra vərəqəsi üzrə ümumilikdə 13062 (on üç min altmış iki) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını bildirmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Hazırki inzibati xəta haqqında iş üzrə 28 mart 2023-cü il tarixdə, saat 15:15-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)- 471/2012 nömrəli, 10 avqust 2012-ci il tarixli icra vərəqəsinə əsasən ondan 10 iyul 2012-ci il tarixdən başlayaraq 03 iyul 2007-ci il təvəllüdlü X4 və 01 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq keçmiş həyat yoldaşı X5 ödənilməli olduğunu göstərmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ********* nömrəli mədaxil qəbzi məhkəməyə təqdim edərək, məhkəmə qərarına hörmətlə yanaşdığını, Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 nömrəli, 10 avqust 2012-ci il tarixli icra vərəqəsində göstərilən tələbi icra etməkdən yayınmadığını, sadəcə maddi vəziyyətinin çox ağır olması səbəbi ilə həmin icra sənədi üzrə ödənişləri vaxtı-vaxtında edə bilmədiyi üçün 13062 (on üç min altmış iki) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını, həmin aliment borcunu birdəfəlik ödəniş edərək tam şəkildə ödənilməsi hazırda onun maddi imkanı xaricində olduğunu, hazırda X7 ilə ailələrini bərpa etməyə çalışdıqllarını, aralarına barışığın əldə edildiyini və bundan sonra Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 nömrəli, 10 avqust 2012-ci il tarixli icra vərəqəsi üzrə ödənişləri gecikdirmədən, aliment borcunu isə hissə-hissə ödənişlər edərək yaxın zamanda tam şəkildə ödəyəcəyinə dair söz verdiyini bildirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən və hazırki inzibati xəta haqqında iş üzrə 28 mart 2023-cü il tarixdə, saat 15:15-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 nömrəli, 10 avqust 2012-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 10 iyul 2012-ci il tarixdən başlayaraq 03 iyul 2007-ci il təvəllüdlü X4 və 01 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməli olduğunu, Şəxs isə həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını göstərmiş zərər çəkmiş şəxs X7 məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, Şəxs ilə ailələrini bərpa etmək qərarına gəldiklərini, aralarında barışığın əldə edildiyini və hazırda ondan heç-bir şikayət və ya tələbinin olmadığını bildirmiş və Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)- 471/2012 nömrəli, 10 avqust 2012-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 iyul 2012ci il tarixdən başlayaraq 03 iyul 2007-ci il təvəllüdlü X4 və 01 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 ödənilməlidir. - X3 məhkəmə iclasında məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun hazırda Şəxs hər-hansı bir şikayət və tələbi yoxdur və bu səbəbdən də o, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 nömrəli, 10 avqust 2012ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 iyul 2012-ci il tarixdən başlayaraq 03 iyul 2007-ci il təvəllüdlü X4 və 01 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 ödənilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində icraata 19 oktyabr 2020-ci il tarixli qərarla başlanılmış, Şəxs tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və sonuncunun Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 nömrəli, 10 avqust 2012ci il tarixli icra vərəqəsi üzrə 13062 (on üç min altmış iki) manat məbləğində aliment borcu yarandığı üçün barəsində Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X3 məhkəmə iclasında verdikləri izahatlardan və X3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi halları mövcud deyildir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan dörd zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 nömrəli, 10 avqust 2012-ci il tarixli icra vərəqəsi üzrə 13062 (on üç min altmış iki) manat məbləğində aliment borcunun yaranmasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov