Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-154/2022 04.04.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə Hüquqi ünvanı Şabran şəhəri, M. Rəsulzadə küçəsi, ev 35 olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən qəbul edilmiş 05 oktyabr 2021-ci il tarixli, 01400/1453 nömrəli inzibati xəta haqqında işi aidiyyatı üzrə göndərilməsi barədə qərardada əsasən Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat X2 təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş 05 oktyabr 2021ci il tarixli, 01400-1511/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 11 oktyabr 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur və Şabran Rayon Məhkəməsində həmin inzibati xəta haqqında material üzrə açılmış 3(031)- 511/2021 nömrəli inzibati xəta haqqında işi üzrə 11 noyabr 2021-ci il tarixdə qəbul edilmiş qərara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-60/2022 nömrəli inzibati xəta haqqında işi üzrə 11 fevral 2022-ci il tarixdə qəbul edilmiş qərara əsasən Şabran Rayon Məhkəməsinin (031)-511/2021 nömrəli inzibati xəta haqqında işi üzrə 11 noyabr 2021-ci il tarixdə qəbul edilmiş qərar ləğv edilmiş və "Səba” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqıda iş baxılması üçün Şabran Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat X2 təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş 05 oktyabr 2021ci il tarixli, 01400-1511/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin ünvanına idxal olunmuş 616 bağlamada və 57657,60 avro dəyərində “inkubasiya üçün mayalanmış yumurta” yükü 04 oktyabr 2021-i il tarixdə “Volvo” markalı, AX6550HO/AX9182XO dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və həmin yük gömrük rəsmiləşdirilməsi məqsədi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinə təyinat almışdır. Qeyd edilən yükün rəsmiləşdirilməsi zamanı isə, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyi məlum olmuşdur. Bu səbəbdən də Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat X2 təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş 05 oktyabr 2021-ci il tarixli, 01400-1511/21 nömrəli inzibati xəta haqqında protokola və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-60/2022 nömrəli inzibati xəta haqqında işi üzrə 11 fevral 2022-ci il tarixdə qəbul edilmiş qərarına etiraz edərək, Şəxs Açıq Səhmdar Cəmiyyətinin ünvanına idxal olunmuş 616 bağlamada və 57657,60 avro dəyərində “inkubasiya üçün mayalanmış yumurta” yükünün 04 oktyabr 2021-ci il tarixdə, saat 08:00 radələrində “Qırmızı Körpü” gömrük postuna çatdığını, həmin malların qısa idxal bəyannaməsinin 04 oktyabr 2021-ci il tarixdən, saat 08:30-dan başlayaraq dəfələrlə “e-gov” sistemi vasitəsi ilə verilməyə cəhd edilməsinə baxmayaraq elektron sistemdə yaranmış texniki nasazlıq üzündən verilmədiyini, bu səbəbdən sözü gedən malların qısa idxal bəyannaməsi verilmədən gömrük ərazisinə gətirildiyini və bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Səba" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq məlumatlandırıldığını göstərmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanladığı 228/21 nömrəli, 06 oktyabr 2021-ci il tarixli məktubun müvafiq qısa idxal bəyannaməsinin "Səba” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektron sistemdə yaranmış texniki xəta səbəbindən verilə bilmədiyini təsdiq edən yeganə sübutları olduğunu bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 oktyabr 2021-ci il tarixli, 34/012/0057990 saylı raportdan görünür ki, 04 oktyabr 2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ukrayna Respublikasından **********01847 nömrəli mal qeydiyyat kodu ilə AX 6550 HO/AX 9182 XO dövlət nömrəli a/m-la idxal etdiyi “quş yumurtası” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat X2 təhqiqatçısı X5 tərəfindən qəbul olunmuş 05 oktyabr 2021-ci il tarixli "inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması" haqqında qərardadından görünür ki, "Səba” Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmısdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat X2 təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş 05 oktyabr 2021-ci il tarixli, 01400-1511/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin ünvanına idxal olunmuş 616 bağlamada və 57657,60 avro dəyərində “inkubasiya üçün mayalanmış yumurta” yükü 04 oktyabr 2021-i il tarixdə “Volvo” markalı, AX6550HO/AX9182XO dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və həmin yük gömrük rəsmiləşdirilməsi məqsədi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinə təyinat almışdır. Qeyd edilən yükün rəsmiləşdirilməsi zamanı isə, hüquqi şəxs Səba” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyi məlum olmuşdur. Bu səbəbdən də Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanladığı 228/21 nömrəli, 06 oktyabr 2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin ünvanına idxal olunmuş 616 bağlamada və 57657,60 avro dəyərində “inkubasiya üçün mayalanmış yumurta” yükünün qısa idxal bəyannaməsinin “egov” elektron sistemində yaranmış texniki nasazlıq üzündən verilməmişdir. İş materiallarına əlavə edilmiş Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinə ünvanlanmış 22 dekabr 2021-ci il tarixli, 1700-013/003-25/004759 saylı sorğuya 28 dekabr 2021-ci il tarixli, 1000-170/170-25/020521 saylı cavab məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin elektron sisteminə baxış keçirilmiş və 04 oktyabr 2021-ci il tarixində heç bir nasazlıq aşkar edilməmişdir. Əlavə olaraq, qeyd olunan tarix və saat aralıqlarında digər şəxslər tərəfindən bəyannamələrin təqdim edildiyini X1 İdarəetmə Sistemində müşahidə etmək mümkündür. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının 2-ci hissəsinin 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş halda qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi sübuta yetirilmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif edilməli və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №3(031)-154/2022
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-154/2022
04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver