Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 3(031)-154/2024 30.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2581/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət sonuncu tərəfindən işə yaşayış yeri üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılmasına dair vəsatət verilmədiyindən baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilmişdir. X4 yuxarıda qeyd edilmiş qərardan şikayəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2024-cü il tarixdə, saat 19:19-da, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun 83-cü kilometrində “Ford Cargo” yük markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman həmin nəqliyyat vasitəsi üçün icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi adı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi və həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaması ilə əsaslandıraraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması səbəbi ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X4 şikayətinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması səbəbi ilə xitam verilməsini xahiş etmişdir. Bunnda əlavə sədrlik edənin suallarına cavab olaraq, xx.xx.2024-cü il tarixdə, saat 19:19-da, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolu ilə Ford Cargo” yük markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin yolun Siyəzən rayonunun ərazisindən keçən hissəsində yerləşən “Zarat” X10 Postunda nəqliyyat vasitəsinin çəkisinin yoxlanıldıqdan sonra barəsində inzibati xəta haqqında protokolun tərtib edildiyini bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, həmin şikayət baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 19:19-da, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun 83-cü kilometrində “Ford Cargo” yük markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman həmin nəqliyyat vasitəsi üçün icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilmişdir. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya X1 şəxsiyyət vəsiqəsi məlumatlarında dair çıxarışdan görünür ki, o, ünvan 1i ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X4 məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə, saat 19:19-da, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolu ilə “Ford Cargo” yük markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin yolun Siyəzən rayonunun ərazisindən keçən hissəsində yerləşən “Zarat” X10 Postunda nəqliyyat vasitəsinin çəkisinin yoxlanıldıqdan sonra barəsində inzibati xəta haqqında protokolun tərtib edildiyini bildirmişdir. Bununla yanaşı, X4 hazırkı işə onun yaşayış yeri üzrə baxılmasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” xx.xx.1996-cı il tarixli, 55-İQ nömrəli Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə məhkəmə işin faktiki halların və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, X2 rayonu, Tofiqi kəndi ünvanında qeydiyyatda olduğundan, hazırkı işə onun yaşayış yeri üzrə baxılmasına dair vəsatətlə məhkəməyə müraciət etmədiyindən və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş inzibati xətanın Siyəzən rayonunun ərazisində törədildiyi hazırkı iş üzrə məhkəmə iclasında aşkar edildiyindən, X3 həmin qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə hazırkı işin materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-154/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №3(031)-154/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver