Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 3(031)-156/2025 14.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, X3 tərəfindən Azərbaycan Respublikasının Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26789062 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26789062 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26789062 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inziobati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda qeyd olunan müddəaya əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət verilir. Lakin iş materiallarına əsasən xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26789062 nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib olunsa da, X3 tərəfindən verilən şikayət ərizəsində qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının X2raq qeyd olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26789062 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X1 qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİM: X3 tərəfindən Azərbaycan Respublikasının Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26789062 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X1 qaytarılsın. Hakim: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-156/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №3(031)-156/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver