Məhkəmə qərarları › İş №3(031)-159/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-159/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-159/2025 21.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X7 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba- Xaçmaz regional şöbəsinin rəisi X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X17 Sistemlərinin İstismarı İdarəsində müddətli əmək müqaviləsi əsasında (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində) xidmət üzrə çilingər vəzifəsində çalışan X3 ilə xx.xx.2025-ci il tarixdə Şabran şəhərində istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat verilməməsi səbəbi ilə "X12 Xidməti" X13 idarə rəisi kimi işləməsi ilə əlaqədar X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsində X5 təqdim edilmişdir. X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X7 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq X17 Sistemlərinin İstismarı İdarəsində müddətli əmək müqaviləsi əsasında (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində) xidmət üzrə çilingər vəzifəsində çalışan X3 ilə xx.xx.2025-ci il tarixdə Şabran şəhərində istehsalatda hava şəraiti ilə bağlı bədbəxt hadisənin baş verdiyini və istehsalatda baş vermiş həmin hadisə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat vermədiklərini bildirmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba- Xaçmaz regional şöbəsinin rəisi X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu bildirərək, şikayətin rədd edilməsini və qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “X12 Xidməti" X14 nümayəndəsi X8 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X17 Sistemlərinin İstismarı İdarəsində müddətli əmək müqaviləsi əsasında (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində) xidmət üzrə çilingər vəzifəsində çalışan X3 ilə Şabran şəhərində istehsalatda hava şəraiti ilə bağlı bədbəxt hadisənin baş vermiş və baş vermiş bədbəxt hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətə məlumat verməli olduqlarını bilmədikləri, o cümlədən başlarının X2 tibbi yardım göstərilməsinə qarışması səbəbi ilə sözü gedən hadisə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətə tərəflərindən müvafiq məlumat verilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X17 Sistemlərinin İstismarı İdarəsində müddətli əmək müqaviləsi əsasında (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində) xidmət üzrə çilingər vəzifəsində çalışan X3 ilə xx.xx.2025-ci il tarixdə Şabran şəhərində istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat verilməməsi səbəbi ilə "X12 Xidməti" X13 idarə rəisi vəzifəsində çalışan X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 Sistemlərinin İstismarı İdarəsində müddətli əmək müqaviləsi əsasında (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində) xidmət üzrə çilingər vəzifəsində çalışan X3 ilə xx.xx.2025-ci il tarixdə Şabran şəhərində istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat verilməməsi səbəbi ilə "X12 Xidməti" X13 idarə rəisi vəzifəsində çalışan X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X1 Su Melorasiya Sistemlərinin İstismarı İdarəsində müddətli əmək müqaviləsi əsasında (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində) xidmət üzrə çilingər vəzifəsində çalışan X3 ilə xx.xx.2025-ci il tarixdə Şabran şəhərində istehsalatda hava şəraiti ilə bağlı bədbəxt hadisənin baş verdiyini və istehsalatda baş vermiş həmin hadisə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat vermədiklərini bildirərək, faktiki olaraq ona istinad edilən əməli törətdiyini etiraf etmişdir. Beləliklə məhkəmə Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 253-1.2.1-ci maddələrinin tələblərini və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, işəgötürən “X12 Xidməti" X13 idarə rəisi kimi işləməsi ilə əlaqədar X1 Su Melorasiya Sistemlərinin İstismarı İdarəsində müddətli əmək müqaviləsi əsasında (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində) xidmət üzrə çilingər vəzifəsində çalışan X3 ilə xx.xx.2025-ci il tarixdə Şabran şəhərində istehsalatda baş vermiş bədbəxt hadisə barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat varməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X4 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də, X4 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar