Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-166/2025 23.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ seriyalı, 27056160 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X2 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27056160 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “DAF” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Şabran rayonu, Mollakamallı kəndi ərazisindən Bakı şəhəri istiqamətinə hərəkətdə olan zaman barəsində elektron qaydada xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27056160 nömrəli inzibati tənbeh vermə haqqında tərtib edilmiş və 540 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin gün nəqliyyat vasitəsinin çəkisi 39760 kq təşkil etmiş və bu barədə ona arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 88545 çek nömrəli tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:35:54-də giriş və saat 20:35:54-də çıxış zamanı **-TC-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi 39760 kq təşkil etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta möhürü hazırlamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. İş materiallarını diqqətlə nəzərdən keçirsək, qəbzin üzərində olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus möhürün əsl formasının deyil, onun şəkil formasının olduğunu müəyyən etmək mümkündür. Bununla da saxta möhürdən istifadə edilərək sənədin məzmunu təhrif edilmiş, əsassız və qanunsuz olaraq hüquqların həyata keçirilməsində müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etmək niyyəti olmuşdur. Bundan əlavə X1 inzibati tənbeh vermə haqqında qərarın, qərara əsasən barəsində inzibati cərimə tətbiq olunması ilə bağlı SMS bildirişin surətini, müvafiq video görüntüləri və idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini məhkəməyə təqdim etməmiş, şikayətə mövcud sənədlər əsasında baxılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27056160 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27056160 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-166/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-166/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver