Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-167/2025 21.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Suleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X6 Polis Bölməsinin əməkdaşı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1994-cü il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X6 Polis Bölməsinin əməkdaşı X3 tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* saylı, xx.xx.2025-ci il tarixli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:03-də, Şabran rayonunun ərazisində “Vaz 21154” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə aşkar surətdə iki mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata kecirərək avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şabran Rayon Polis X8 Xidmətinin inspektoru, polis serjantı X2 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:03-də, Şabran rayonunun ərazisində “VAZ 21154” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə aşkar surətdə iki mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata kecirərək avtoxuliqanlıq etdiyini bildirmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, “VAZ 21154” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus olsa da, xx.xx.2025-ci il tarixdə, saat 16:03-də, Şabran rayonunun ərazisində həmin nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edildiyi zaman nəqliyyat vasitəsini o idarə etməmişdir. Həmin vaxtı orada olmuş və hazırda inzibati qaydada həbs edilmiş X4 da bunu təsdiq edə bilər. Sözü gedən vaxt nəqliyyat vasitəsini qohumu Qəribşah idarə edib. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında şahid qismində iştirakı edən X4 göstərmişdir ki, Şabran Rayon Məhkəməsinin 3(031)-165/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən idarə etdiyi “Hyundai Accent” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ilk öncə “VAZ 21015” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, sonra isə “VAZ 21723” minik markalı, 27-BK263 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə sürət yarışı həyata kecirərək avtoxuliqanlıq etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, həmin vaxtı “VAZ 21154” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şəxs yox, Qəribşah idarə edib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “DVD” diskdəki videogörüntüdən görünür ki, “Hyundai Accent” minik markalı, **-CU- *** dövlət qeydiyyat nişanlı, “VAZ 21015” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21723” minik markalı, 27-BK263 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri sürət yarışı həyata keçirmişlər. - Şabran Rayon Polis X6 Polis Bölməsinin əməkdaşı X3 tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* saylı, xx.xx.2025-ci il tarixli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:03-də, Şabran rayonunun ərazisində idarə etdiyi “VAZ 21154” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Şabran Rayon Məhkəməsinin 3(031)-165/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən X4 idarə etdiyi “Hyundai Accent” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ilk öncə “VAZ 21015” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, sonra isə “VAZ 21723” minik markalı, 27- BK263 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə sürət yarışı həyata kecirərək avtoxuliqanlıq etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan inzibati xəta hadisəsini özündə əks etdirən “DVD” diskdəki videogörüntüdən “Hyundai Accent” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21015” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21723” minik markalı, 27-BK263 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürət yarışı həyata keçirdikləri açıq aşkar görünsə də, həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin üzləri və kim olduqlarını həmin videogörüntü vasitəsi ilə müəyyən edilməsi mümkün deyildir və Şabran Rayon Polis Şöbəsi tərəfindən sözü gedən vaxt “VAZ 21154” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şəxs tərəfindən idarə edilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə məhkəmə iclasında şahid qismində iştirakı edən X4 izahatında sürət yarışı həyata keçirildiyi zaman “VAZ 21154” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şəxs yox, “Qəribşah” adlı şəxsin idarə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən aşkar edilir ki, “Hyundai Accent” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21015” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21723” minik markalı, 27- BK263 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürət yarışı həyata keçirdikləri zaman “VAZ 21154” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şəxs yox, “Qəribşah” adlı şəxsin idarə etmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov