Məhkəmə qərarları › İş №3(031)-174/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-174/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-174/2021 16.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1951-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şabran rayonunun Aygünlü kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx xxxxx 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qəbul edilmiş EQ seriyalı, ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində icra etməmişdir. Bu səbəbdən Şəxs barəsində yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Polis X6 Polis Bölməsinin rəisi X3 tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli arayışı və EQ seriyalı, ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı məhkəməyə təqdim edərək, EQ seriyalı, ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın onun barəsində qəbul edilmədiyini nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki ki, əməldə inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X6 Polis Bölməsinin rəisi X3 tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli arayışdan görünür ki, EQ seriyalı, ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın qəbul edildiyi zaman yol verilmiş texniki xəta ucbatından həmin qərar “Mercedes Benz GL550” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tətbiq edilmişdir və Mercedes Benz GL550” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx xxxxx 2021-ci il tarixə hər-hansı bir ödənilməmiş cəriməsi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş EQ seriyalı, ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, fərdi identifikasiya nömrəsi “1DL368Z” olan X1 “Kia Ceed” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21:36:39-da, Bakı-Quba yolunun 12-ci kilometrində hərəkətdə olduğu zaman yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşdığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından onun haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1 və 114.2.1-ci maddələrinin tələblərinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin40, 43, 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərarın sürəti Şəxs və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə göndərilsin.

3. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar