Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-178/2021 06.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxslər Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisləri X1 və X17 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxxx 1997-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 06 aprel 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-178/2021 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 06 aprel 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-179/2021 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X20 tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 06 aprel 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-180/2021 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Məhkəməsinin 3(031)-179/2021 nömrəli inzibati xəta haqqında işi üzrə 06 aprel 2021-ci il tarixdə qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-179/2021 nömrəli inzibati xəta haqqında işi üzrə icraata məhkəmənin icraatında olan 3(031)-178/2021 və 3(031)-179/2021 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Məhkəməsinin 3(031)-180/2021 nömrəli inzibati xəta haqqında işi üzrə 06 aprel 2021-ci il tarixdə qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-179/2021 nömrəli inzibati xəta haqqında işi üzrə icraata məhkəmənin icraatında olan 3(031)-178/2021 və 3(031)-180/2021 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 mart 2021-ci il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Rəşid Behbudov və Atatürk küçələrinin kəsişməsində yerləşən yeni inşa edilmiş binadan elektrik naqillərini oğurlayaraq xırda talama etməsi nəticəsində zərər çəkmiş şəxs X21 200 (iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs X22 05 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə ərizə vasitəsi ilə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla iş üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması aşkar edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X10 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 mart 2021-ci il tarixdə, saat 22:00 radələrində, Şabran şəhərinin X24 küçəsi ərazisindən 01 (bir) ədəd dəmir sobanı oğurlayaraq xırda talama etməsi nəticəsində zərər çəkmiş şəxs X2 100 (bir yüz) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs X5 28 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla iş üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması aşkar edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X10 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X20 tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 29 yanvar 2021-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Çınarları kəndi ərazisindən “T-170 745” markalı buldozerə məxsus su və yağ radiatorlarının oğurlanaraq xırda talama edilməsi nəticəsində zərər çəkmiş şəxs X4 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs X8 02 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Şabran Rayon Polis Şöbəsinə ərizə vasitəsi ilə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla iş üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin 29 yanvar 2021-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Çınarları kəndi ərazisindən “T-170 745” markalı buldozerə məxsus su və yağ radiatorlarının oğurlanaraq xırda talama edilməsi əməlində inzibati xəta tərkibi olması aşkar edildiyindən, həmin əməli törətmiş naməlum şəxsin şəxsiyyətinin müəyyən edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə və X11 göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs, Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X7 tərtib elədiyi protokolları müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 mart 2021-ci il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Rəşid Behbudov və Atatürk küçələrinin kəsişməsində yerləşən yeni inşa edilmiş binadan zərər çəkmiş şəxs X21 məxsus və 200 (iki yüz) manat dəyərində elektrik naqillərini, 25 mart 2021-ci il tarixdə, saat 22:00 radələrində, Şabran şəhərinin X24 küçəsi ərazisindən isə zərər çəkmiş şəxs X2 məxsus 100 (bir yüz) manat dəyərində 01 (bir) ədəd dəmir sobanı oğurlayaraq xırda talama etdiyini göstərmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X20 məhkəmə iclasında tərtib etdiyi protokolu müdafiə dərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29 yanvar 2021-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Çınarları kəndi ərazisindən “T-170 745” markalı buldozerə məxsus su və yağ radiatorlarının oğurlayaraq xırda talama etməsi nəticəsində zərər çəkmiş şəxs X4 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan dəydiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməllərini törətdiyini etiraf edərək, 26 mart 2021-ci il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Rəşid Behbudov və Atatürk küçələrinin kəsişməsində yerləşən yeni inşa edilmiş binadan elektrik naqillərini, 25 mart 2021-ci il tarixdə, saat 22:00 radələrində, Şabran şəhərinin X24 küçəsi ərazisindən 01 (bir) ədəd dəmir sobanı, 29 yanvar 2021-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Çınarları kəndi ərazisindən isə “T-170 745” markalı buldozerə məxsus su və yağ radiatorlarının oğurlayaraq satdığını göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq hal-hazırda törətdiyi əməllərdən peşman olduğunu, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X16 baş təhqiqatçısı X6 icraatında olan HK-1/396 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi 05 aprel 2021-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 26 mart 2021-ci il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Rəşid Behbudov və Atatürk küçələrinin kəsişməsində yerləşən yeni inşa edilmiş binadan zərər çəkmiş şəxs X21 məxsus və 200 (iki yüz) manat dəyərində elektrik naqillərinin oğurlanaraq xırda talama edilməsi əməli üzrə toplanmış material əsasında Şəxs barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, eyni zamanda həmin əməldə inzibati xəta tərkibi olması aşkar edildiyindən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X10 Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 mart 2021-ci il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Rəşid Behbudov və Atatürk küçələrinin kəsişməsində yerləşən yeni inşa edilmiş binadan zərər çəkmiş şəxs X21 məxsus və 200 (iki yüz) manat dəyərində elektrik naqillərini oğurlayaraq xırda talama etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X16 baş təhqiqatçısı X6 icraatında olan HK-1/409 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi 05 aprel 2021-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 25 mart 2021-ci il tarixdə, saat 22:00 radələrində, Şabran şəhərinin X24 küçəsi ərazisindən zərər çəkmiş şəxs X2 məxsus 100 (bir yüz) manat dəyərində 01 (bir) ədəd dəmir sobanın oğurlanaraq xırda talama edilməsi əməli üzrə toplanmış material əsasında Şəxs barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, eyni zamanda həmin əməldə inzibati xəta tərkibi olması aşkar edildiyindən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X10 Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 mart 2021-ci il tarixdə, saat 22:00 radələrində, Şabran şəhərinin X24 küçəsi ərazisindən zərər çəkmiş şəxs X2 məxsus 100 (bir yüz) manat dəyərində 01 (bir) ədəd dəmir sobanı oğurlayaraq xırda talama etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X16 təhqiqatçısı X9 icraatında olan HK-1/133 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi 12 fevral 2021-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 29 yanvar 2021-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Çınarları kəndi ərazisindən “T-170 745” markalı buldozerə məxsus su və yağ radiatorlarının oğurlanaraq xırda talama edilməsi nəticəsində zərər çəkmiş şəxs X4 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir, faktla bağlı toplanmış material əsasında cinayət təqibinin başlanılması rədd edilmişdir, eyni zamanda 29 yanvar 2021-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Çınarları kəndi ərazisindən “T-170 745” markalı buldozerə məxsus su və yağ radiatorlarının oğurlanması əməlində inzibati xəta tərkibi olması aşkar edildiyindən edildiyindən, həmin əməli törətmiş naməlum şəxsin şəxsiyyətinin aşkar edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə və X11 göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X10 Bölməsinin sahə rəisi X20 tərəfindən tərtib olunmuş 06 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29 yanvar 2021-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Çınarları kəndi ərazisindən “T-170 745” markalı buldozerə məxsus su və yağ radiatorlarını oğurlayaraq xırda talama etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinin “Qeyd” - inə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama hərəkətləri etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 227-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.
3. İnzibati həbsdə saxlama müddətinin əvvəli 06 aprel 2021-ci il tarixdən, saat 15:10dan hesablansın. 4.Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Çingiz İsgəndərov