Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-178/2024 21.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Suleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək, orada zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və həmin mübahisə zamanı uca səslə zərər çəkmiş şəxsin və onun ailə üzvlənin ünvanlarına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X7 tərtib elədiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində uca səslə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun ailə üzvlənin ünvanlarına nalayiq ifadələr işlətdiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və onunla birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü qızı X5 və xx.xx.2020-ci il təvəllüdlü qızı X6 anadan olmuşdur. Şabran Rayon Məhkəməsinin 2(031)-336/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən onunla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında olan nikah pozulmuş və ona həmin nikahdan olan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günü (qarşı tərəfi əvvəlcədən xəbərdar etməklə) saat 14:00-dan 19:00-dək olan müddət ərzində ünsiyyətdə olmaq hüququ verilmişdir. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında işdən çıxdıqdan sonra övladları ilə görüşmək üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmişdir. Bu zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona uşaqları ilə görüşməyə icazə verməyərək onunla mübahisə etməyə basması və onu həmin evdən qovmuşdur. Lakin o, həmin mübahisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və yaxud onun ailə üzvlərinin ünvanlarına nalayiq ifadələr işlətməmişdir. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onu qovduğu zaman yanlarında başqa şəxslərin olmadığını, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu və Şabran Rayon Polis Şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, keçmiş həyat yoldaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək onunla mübahisə etmiş və həmin mübahisə zamanı uca səslə onun və onun ailə üzvlərinin ünvanlarına nalayiq ifadələr işlətmişdir. Xahiş edir ki, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülsün. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq Şəxs il aralarında mübahisənin onun yaşadığı evdə onunla birgə nikahdan olan uşaqları ilə görüş ilə bağlı yarandığını, Şəxs gecə saatlarında uşaqları ilə görüşməyə gəlməsindən əsəbiləşdiyi üçün onunla mübahisə etdiyini və onu evdən qovduğunu, həmin vaxt yanlarında başqa şəxslərin olmadığını və Şəxs ilə aralarında olan mübahisənin onun yaşadığı fərdi yaşayış evində baş verdiyini göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması səbəbi ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq olaraq ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə çıxış edir. Xırda xuliqanlığın obyektiv cəhətini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasında göstərilən müxtəlif xüsusiyyətlərin məcmusu təşkil etsə də, əməl (hərəkət və ya hərəkətsizliyinin) xırda xuliqanlıq kimi tövsif edilməsi üçün ilk növbədə ictimai qaydanı pozmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, - "vət. Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək onu və ailə üzvlərini nalayiq söyüşlərlə soymuşdür." Lakin proses iştirakçılarının məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında mübahisə zərər çəkmiş şəxsin yaşadığı evdə fərdi yaşayış evindən ailə münasibətləri zəminində baş vermişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu mübahisə zamanı ictimai qaydanı pozmamışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən Ayaz Məmmədov