Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-179/2024 06.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, fərdi identifikasiya nömrəsi " xxxxxxx” olan, xx.xx.1992-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, X5 Massivi, ev 1, mənzil 143 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ağırçəkili X1 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh almış şəxs Şəxs il ərzində təkrarən xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Şabran rayonunun ərazisindən keçən hissədə "MAN TGX 18440” yük markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Şabran rayonunun ərazisindən keçən hissədə "MAN TGX 18440” yük markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmış və idarə etdiyi nəqliyyat vasitəsinin çəkisi ölçüldüyü zaman nəqliyyat vasitəsinin çəkisinin artıq olduğunu aşkar edildiyindən polis əməkdaşları onun barəsində protokol tərtib etmişlər. O, həmin protokol ilə razı deyil və xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Şabran rayonunun ərazisindən keçən hissədə "MAN TGX 18440” yük markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman həmin nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmırdı. İllərdir ki, o bu yolda maşın sürür və polis əməkdaşları onu bu günə kimi saxlamayıblar. Düşünür ki, polis əməkdaşları qərəzli olaraq onun barəsində protokol tərtib ediblər. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq barəsində qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə razı olduğunu, həmin qərar əsasında bərəsində tətbiq edilmiş cəriməni ödədiyini, lakin İXP seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol ilə razı olmadığını və MAN TGX 18440” yük markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı X1 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrinin 25 (iyirmi beş) ton təşkil etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ağırçəkili X1 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin 3 nömrəli X3 tərəfindən verilmiş 211763 nömrəli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:21:38-də "MAN TGX 18440” yük markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri birinci oxuna 6650 kiloqram, ikinci oxuna 10820 kiloqram, üçüncü oxuna 7605 kiloqram, dördüncü oxuna 8415 kiloqram, beşinci oxuna isə 7830 kiloqram olmaqla, ümumilikdə 41320 kiloqram təşkil etmişdir. - İXP seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, ağırçəkili X1 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh almış şəxs Şəxs il ərzində təkrarən xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Şabran rayonunun ərazisindən keçən hissədə "MAN TGX 18440” yük markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etmişdir. - BB seriyalı, 432030 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "MAN TGX 18440” yük markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 7850 kiloqram, maksimum kütləsi isə 18000 kiloqramdır. - BB seriyalı, 257576 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-YC-*** dövlət qeydiyyat nişanlı "BODEX" markalı yarımqoşqunun yüksüz kütləsi 6100 kiloqram, maksimum kütləsi isə 35500 kiloqramdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X1 X4) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X1 X4 40 tonu aşmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi X1 X4 40 tonu aşmamalı olduğu təqdirdə "MAN TGX 18440” yük markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (41320 kiloqram) xx.xx.2024-cü il tarixdə, saat 10:21:38-də Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Şabran rayonunun ərazisindən keçən hissədə idarə etdiyi aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə ağırçəkili X1 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh almış şəxs Şəxs il ərzində təkrarən ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 104, 117, 128, 130 və 353.5-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmaqla 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Könül Mirzəfərova