Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-18/2024 15.02.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3, X3 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 250 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarı poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə almış və həmin qərar ilə razı olmayan X8 inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş onun tərəfindən “sərhəd rejim qaydalarının pozulması” halının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinin dispozisiyası ilə əhatə edilməməsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli olduğu və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxmalı olduğu təqdirdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və barəsində qəbul edilmiş inzibat tənbeh vermə haqqında qərar arasında 23 gün vaxt keçməsini və ümumiyyətlə onun inzibati pozuntuya yol verməməsini və inzibati xəta törətməməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X8 şikayətinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq sərhəd mühafizəsi orqanlarından balıq ovu ilə məşğul olması ilə bağlı razılıq almadığını və xx.xx.2023-cü il tarixdə Xəzər dənizində balıq tutmağa yola düşərkən sərhəd mühafizəsi orqanlarına məlumat vermədiyini bildirmişdir. Qərardan şikayət verilən orqan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 telefon vasitəsi ilə məhkəmə ilə əlaqə saxlayaraq məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə qərardan şikayət verilən şəxs Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 203 nömrəli gəmisinin komendoru X9 verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 10:40 radələrində, Şabran rayonunun Çayqaraqaşlı kəndi istiqamətində Xəzər dənizində reydə olarkən, X8 ÇQ-3008 bort nömrəli qayıqla sahildən 7,1 mil məsafədə balıq ovu ilə məşğul olduğu üçün sərhəd rejim qaydalarını pozmuş şəxs qismində saxlanılmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 203 nömrəli gəmisinin rabitəçisi X11 verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 10:40 radələrində, Şabran rayonunun Çayqaraqaşlı kəndi istiqamətində Xəzər dənizində reydə olarkən, X8 ÇQ-3008 bort nömrəli qayıqla sahildən 7,1 mil məsafədə balıq ovu ilə məşğul olduğu üçün sərhəd rejim qaydalarını pozmuş şəxs qismində saxlanılmışdır. - X3 xx.xx.2023-cü il tarixdə verdiyi izahatdan görünür ki, o, həmin izahatında maddi vəziyyətinin ağır olması səbəbi ilə ÇQ-3008 bort nömrəli qayıqla Xəzər dənizində sahildən 7,1 mil məsafədə balıq ovu ilə məşğul olaraq sərhədboyu rejimini pozduğunu etiraf etmişdir. - xx.xx.2023-cü il tarixli ÇQ-3008 bort nömrəli qayığa baxışın keçirilməsi və rejim pozucusu qismində tutulması sxemindən görünür ki, ÇQ-3008 bort nömrəli qayıq Xəzər dənizinin ərazisində sahildən 7,1 mil məsafədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. - Kiçik həcmli qayığın tutulması haqqında 203/30 nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:40 radələrində ÇQ-3008 bort nömrəli qayıq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. - Kiçik həcmli üzmə vasitəsinə yoxlanılma keçirilməsi haqqında 203/26 nömrəli protokoldan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə, saat 10:40 radələrində ÇQ-3008 bort nömrəli qayıqda olub. - xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 ÇQ-3008 bort nömrəli qayıqla Xəzər dənizində sahildən 7,1 mil məsafədə balıq ovu ilə məşğul olaraq sərhədboyu rejimini pozması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tödərilməsinə dair protokol tərtib edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi aşkar edildiyindən, onun barəsində müvafiq tədbir görülməsi üçün toplanmış materialın aidiyyəti üzrə göndərilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 250 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 560 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrin saxlanılması Qaydalarının (2 nömrəli əlavə) 12-ci bəndinə əsasən turistlərin və idmançıların dənizə çıxmasına günün işıqlı vaxtında sərhəd mühafizəsi orqanlarının verdiyi buraxılış əsasında qeydiyyatdan keçmiş özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrdə, qaranlıq düşənə qədər müəyyən olunmuş körpüyə və baza məntəqəsinə qayıtmaq şərtilə icazə verilir. Sahildən 2 milə qədər aralanmaqla dənizə çıxmağa icazə verilir. Həmin Qaydaların 13-cü bəndinə əsasən gecə-gündüz, gündəlik balıq tutma ilə məşğul olan rejim sularında digər işləri görməyə sərhəd mühafizəsi orqanlarının razılığı ilə, yalnız üzmə vasitəsi yola düşərkən məlumat verildiyi hallarda yol verilir. Ov rayonunun dəyişilməsi haqqında üzmə vasitəsinin kapitanı (böyük briqadir) yaxındakı sərhəd bölməsinə, yaxud sərhəd qayığına vaxtında məlumat verilməlidir. 10 millik tənzimlənən balıqçılıq zonasının hüdudundan o yana gündəlik balıq ovuna çıxmaq haqqında təşkilatlar sərhəd mühafizəsi orqanlarına vaxtında məlumat verirlər. Çoxgünlük balıq ovuna çıxan bütün balıqçı üzmə vasitələri (üzmə vasitəsi qrupu) lazımi rabitə vasitələrilə təmin olunmalıdırlar. Göründüyü kimi Qafqaz Quliyev yuxarıda qeyd edilən qaydaları pozaraq müvafiq icazə olmadan dənizə çıxmağa icazə verilən sərhədləri pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X8 xx.xx.2023-cü il tarixdə, saat 10:40-da ÇQ-3008 bort nömrəli qayıqla Xəzər dənizində sahildən 7,1 mil məsafədə balıq ovu ilə məşğul olarkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılmış və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla yanaşı X1 mühafizəsi orqanlarından balıq ovu ilə məşğul olması ilə bağlı razılıq almamış və xx.xx.2023-cü il tarixdə Xəzər dənizində balıq tutmağa yola düşərkən sərhəd mühafizəsi orqanlarına məlumat verməmişdir. Göründüyü kimi X2 dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq ilə məşğul olan qayığın qeydə alınması, həmçinin həmin qayığın dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarını pozmuş, o cümlədən göstərilən sularda icazə olmadan ovçuluq (balıqçılıq) fəaliyyətinin həyata keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət verən şəxs X2 dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq ilə məşğul olan qayığın qeydə alınması, həmçinin həmin qayığın dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarını pozmuş, o cümlədən göstərilən sularda icazə olmadan ovçuluq (balıqçılıq) fəaliyyətinin həyata keçirmişdir və bu səbəbdən də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 250 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X3 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də, X3 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-18/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-18/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver