Məhkəmə qərarları › İş №3(031)-185/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-185/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-185/2023 25.04.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik Bölməsinin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxxxx 1958-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Şabran şəhəri Qələgah kəndi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 aprel 2023-cü il tarixdə, sat 11:00 radələrində, "Şabran Rayon Mərkəzi Xəstəxanası" X10 inzibati binasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi zaman uca səslə zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs təhqir edib ictimai qaydanı kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik Bölməsinin sahə rəisi X7 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində, "Şabran Rayon Mərkəzi Xəstəxanası" X10 inzibati binasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi vaxt uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini göstərmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əmələ görə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə Şabran şəhəri Qələgah kəndi ünvanında yaşayır. 14 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində oğlunun sürücülük vəsiqəsi ala bilməsi üçün tələb edilən tibbi arayış ilə bağlı "Şabran Rayon Mərkəzi Xəstəxanası" X10 inzibati binasına gəlmiş, orada müvafiq sənədləri topladıqdan sonra tibbi arayışa qol çəkməsi üçün Zərərçəkmiş şəxs xidməti otağına daxil olmuş və sonuncu onun sənədləri ilə tanış olaraq həmin tibbi arayışa qol çəkdikdən sonra otağı tərk edib getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs tibbi arayışı düzgün doldurmadığını aşkar etdiyindən, o, təkrarən Zərərçəkmiş şəxs xidməti otağına geri dönüb və ondan tibbi arayışı düzgün doldurmasını və onun üçün belə süni maneələrin yaradılmamasını tələb etmiş, buna cavab olaraq Zərərçəkmiş şəxs ondan sənədlərini tələb edib, onun sənədlərini aldıqdan sonra sözü gedən sənədləri iş masasının siyirməsinə qoyub və həmin sənədləri ona geri qaytarmaqdan imtina edərək ona “get hara şikayət edirsən et” sözlərini demişdir. Bundan sonra aralarında mübahisə baş vermişdir. O, məsələ ilə bağlı baş həkimin qəbulunda olsa da, bu bir nəticə verməmiş, bu səbəbdən də o, təkrarən Zərərçəkmiş şəxs xidməti otağına gələrək öz sənədlərini tələb etmiş və Zərərçəkmiş şəxs yenidən ona sənədlərini verməkdən imtina etdiyi üçün ona “qələt” edirsən sözünü demişdir. Ona görə “qələt” sözünün mənası söyüş deyil, sadəcə səhv edirsən kimi başa düşülməlidir. O, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməmiş, söyüş söyməmişdir. O, bu vəziyyəti yaratmasaydı, ona lazım olan tibbi arayışı ala bilməyəcəkdi. Bu halların nəzərə alınmasını və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, Şabran Rayon Polis Şöbəsində verdiyi izahatın əvvəlini özü yazsa da, sonunun onun tərəfindən doldurulmadığını, polis şöbəsində olarkən ona 50 (əlli) manat cərimə tətbiq edəcəklərini bildirdikdə, o, razılaşmayaraq bu məsələnin məhkəmədə araşdırılmasını xahiş etdiyini, polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu və iş materialları ilə tanış olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində, "Şabran Rayon Mərkəzi Xəstəxanası" X10 inzibati binasında onun xidməti otağına daxil olaraq oğlu üçün aldığı tibbi arayışa qol çəkməsini istədiyini, sənədlərə tanış olduqdan sonra hərbi biletdə müvafiq xəstəliyin qeyd edildiyini aşkar etdiyi üçün tibbi arayışı 03 (üç) il müddətinə yox, 02 (iki) il müddətinə verdiyini, bundan sonra Şəxs onun otağını tərk etdiyini, lakin təqribən 10-15 dəqiqə sonra geri qayıdaraq onunla tibbi arayışın verilmə müddəti ilə bağlı mübahisə etməyə başladığını, həmin mübahisə zamanı uca səslə onun ünvanına nalayiq ifadələr işlətdiyini, ondan tibbi arayışın dəyişdirilməsini tələb etdiyini, o, buna etirazını bildirdikdə Şəxs onun üzərinə hücum çəkərək vurmaq istədikdə tibb bacısı X1 ona mane olduğunu, bundan sonra Şabran Rayon Mərkəzi Xəstəxanasının mühafizəçilərinin onu xəstəxanadan uzaqlaşdırdıqlarını göstərmiş və Şəxs barəsində “həbs” növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "Şabran Rayon Mərkəzi Xəstəxanası" X11 tibb bacısı vəzifəsində çalışan 19 iyun 1992-ci il təvəllüdlü X3 19 aprel 2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsində verdiyi izahatda 14 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində, "Şabran Rayon Mərkəzi Xəstəxanası" X10 inzibati binasında Zərərçəkmiş şəxs xidməti iş otağında olarkən Şabran rayonu, Qələgah kənd sakini Şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini, X8 xanımın ünvanına nalayiq ifadələr işlətdiyini, sonra onu vurmaq istədikdə onun qarşısına keçərək buna mane olduğunu, sonra Ənvər Müslimovun xəstəxananın mühafizəçiləri tərəfindən xəstəxanadan uzaqlaşdırıldığını bildirmişdir. - Şabran Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 aprel 2023-cü il tarixdə, sat 11:00 radələrində, Şabran Rayon Mərkəzi Xəstəxanası" X10 inzibati binasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi zaman uca səslə zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs təhqir edib ictimai qaydanı kobud şəkildə pozması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Şabran Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 28 aprel 2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, proses iştirakçılarının izahatları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33 maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini, ahıl yaşında olmasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 510-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar