Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-185/2025 07.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ seriyalı, 27106034 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X1 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27106034 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “DAF” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Şabran rayonu, Mollakamallı kəndi ərazisindən Bakı şəhəri istiqamətinə hərəkətdə olan zaman barəsində elektron qaydada xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27106034 nömrəli inzibati tənbeh vermə haqqında tərtib edilmiş və 540 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin gün nəqliyyat vasitəsinin çəkisi 39760 kq təşkil etmiş və bu barədə ona arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:26:12-də **-TF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi 39940 kq təşkil etmişdir. İş materiallarında olan tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 08:25:37-də giriş və saat 08:33:21-də çıxış zamanı **-TF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi 39880 kq təşkil etmişdir. İş materiallarında olan tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:54-də **-TF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi 39770 kq təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Göründüyü kimi iş materiallarında olan qəbzlər müəssisə və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən bu sənədlər iş sübut hesab edilməməlidir. Bundan əlavə X3 tərəfindən tərəzinin kalibrlənməsinə dair sertifikat məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27106034 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27106034 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-185/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-185/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver