Məhkəmə qərarları › İş №3(031)-197/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-197/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-197/2024 20.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmaması səbəbi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən X5 xx.xx.2024-cü il tarixdə, saat 12:57 radələrində, Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunu ərazisindən keçən hissəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan və xx.xx.2024-cü il tarixli etibarnamə əsasında idarə etdiyi "MAN TGX 18.440" yük markalı, 60-AC437 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etməsi səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən şəxs X5 xx.xx.2024-cü il tarixdə, saat 12:57 radələrində, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunu ərazisindən keçən hissəsində "MAN TGX 18.440" yük markalı, 60-AC437 dövlət qeydiyyat nişanlı yəhərli dartıcını yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamaqla idarə etdiyini, o cümlədən xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokolda yəhərli dartıcının oxa düşən kütlə parametrlərinin aşmaqla idarə edilməsinin nəyin əsasında müəyyən edildiyinin göstərilmədiyini (bu faktı təsdiq edən elektron tərəzinin tipi, markası və s.) əsas gətirərək, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmaması səbəbi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə, saat 16:30-da keçirilmiş məhkəmə baxış iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayətinin məzmununa uyğun izahat verərək, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmaması səbəbi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini hələdə almasa da, həmin inzibati tənbeh vermə haqqında qərar əsasında ona tətbiq edilmiş cəriməni artıq ödədiyini və sözü gedən vaxt idarə etdiyi yəhərli dartıcının ümumi çəkisinin qırx tondan artıq olduğunu bildirmişdir. Məhkəmə hazırki iş üzrə xx.xx.2024-cü il tarixə, saat 17:10-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış qərardan şikayət verən şəxsin və qərarından şikayət verən orqanın nümayəndəsinin məhkəmə iclasına gəlməməsi, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmələrini və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatətin daxil olmamasını nəzərə alaraq Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar dyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X3 mülkiyyətində olan "MAN TGX 18.440" yük markalı, 60-AC437 dövlət qeydiyyat nişanlı yəhərli dartıcını idarə etmək hüququ vermişdir. - 50587 nömrəli tərəzi qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:59:30dan 12:00:49-a kimi olan müddət ərində 60-AC437 dövlət qeydiyyat nişanlı yəhərli dartıcının çəkisinin ölcülməsi nətiçəsində həmin ənqliyyat vasitəsinin ümumi çəkisinin 40770 kiloqram olduğu aşkar edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 12:57 radələrində, Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunu ərazisindən keçən hissəsində "MAN TGX 18.440" yük markalı, 60-AC437 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X5 məhkəmə iclasında iştirak etməmiş və nəqliyyat vasitəsinin maksimal kütləsinin müəyyən edilməsi üçün zəruri olan sənədləri məhkəməyə təqdim etməmiş və bununla da şikayətində göstərilən halların tam və ətraflı araşdırılması üçün sübutetmə ilə bağlı vəzifələrini yerinə yetirməmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azər Kazımov əvvəlki iclasda verdiyi izahatda xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın cəriməsini ödədiyini bildirmişdir. Məhkəmə bu halı nəzərə alaraq Azər Kazımovun həmin inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən barəsində tətbiq edilmiş cəriməni ödəməsini sözü gedən inzibati xəta haqqında protokola əsasən ona istinad edilən əməli törətməsini ilk öncədən qəbul etməsi kimi qiymətləndirir və cərimə ödənildikdən sonra məhkəməyə şikayətlə müraciət edildiyi zaman şikayət ərizəsində və Azər Kazımovun məhkəmə iclasında göstərdiklərinin onun özünü müdafiə xarakterli olması qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (Yəhərli dartıcının X6 Kütləsi) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yarımqoşqu ilə olan yük avtomobilləri üçün yəhərli dartıcının X6 kütləsi 40 tonu aşmamalıdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 253-1.2.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla, yəni 40 tondan artıq çəkidə olmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də, X2 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar