Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-2/2025 14.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X5 xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 rayonunun Ağalı kəndi ərazisində yerləşən “Ailə” adlı market-ticarət obyektində formalaşan tullantıları qalaqlayaraq yandırması nəticəsində atmosfer havasını çirkləndirməsi səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X1 rayonunun Ağalıq kəndi ərazisində yerləşən “Ailə” market ticarət obyektinin ona məxsus olduğunu onun ümumiyyətlə “Ailə” market ticarət obyektində formalaşan tullantıları ətraf əraziyə atmadığını və yaxud da qalaqlayaraq yandırmadığını, ticarət obyektinin yanında mişar daşından çəkilmiş xüsusi yerdə ticarət obyektində kassa aparatından çıxan çekləri və kağız qırıntılarını ətraf mühitin çirklənməməsi məqsədi ilə yığaraq yandırdığını, yandırdığı həmin kağız qırıntıların gün ərzində maksimum 1-2 balaca sellofan paket olduğunu, həmin paketlərdə olan kağız qırıntılarının yandırılması nəticəsində atmosfer havasının çirklənməsinin mümkün olmadığını, onun etdiyi bu hərəkətlərlə ətraf mühitin çirklənməsinin qarşısını aldığını, həmin kağızların yandırılması nəticəsində atmosferə hər hansısa zəhərli qaz və digər maddələrin buraxılmadığını, hər bir şəxs evindən çıxan tullantı sayılan kağız parçalarını da öz ərazisində yandırdığını, belə olan halda bütün əhalinin də cərimə edilməli olduğunu və adi kağız parçaları yandırılmaqla atmosfer havası çirkləndirilməsinin mümkün olmadığını bildirirərək, bu halların nəzərə alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 rayonunun Ağalı kəndi ərazisində yerləşən “Ailə” adlı market-ticarət obyektində formalaşan tullantıları qalaqlayaraq yandırması nəticəsində atmosfer havasını çirkləndirməsi səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X2 həmin qərardan verdiyi şikayətin əsassız olduğunu nəzərə alaraq, şikayətin rədd edilməsini, sözü gedən qərarın isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, Ç-MG/4424-153 saylı ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə aktdan görünür ki, xx.xx.2024-cü il tarixli, 87690 saylı akt və iş üzrə toplanmış digər materiallar ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən X5 tərəfindən Şabran rayonunun Ağalı kəndi ərazisində yerləşən “Ailə” adlı market-ticarət obyektində formalaşan tullantıları qalaqlaqlanaraq yandırılması aşkar edildiyindən, X4 həmin pozuntunun 10 (on) gün müddətində aradan qaldırılması tapşırılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X4 ünvanlandığı Ç-BM/4424-708 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola xx.xx.2024-cü il tarixdə, saat 14:00-a Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılacağı barədə məlumatlandırılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rayonunun Ağalı kəndi ərazisində yerləşən “Ailə” adlı market-ticarət obyektində formalaşan tullantıları qalaqlayaraq yandırması nəticəsində atmosfer havasını çirkləndirməsi səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının “Tullantılar haqqında” xx.xx.1998-ci il tarixli, 514-İQ nömrəli Qanununun: 1-ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Məişət tullantıları (bərk məişət tullantıları) isə — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Azərbaycan Respublikasının “Atmosfer havasının mühafizəsi haqqında” xx.xx.2001-ci il tarixli, 109-İİQ nömrəli Qanununun: 16.1-ci maddəsinə əsasən müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən tullantıların saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. 16.2-ci maddəsinə əsasən tullantıları atmosfer havasının çirklənmə mənbəyi olan hüquqi və fiziki şəsxlər belə tullantıların saxlanılması yaxud basdırılması üçün onların xüsusi yerlərə, habelə onları xammal kimi istifadə edən təsərrüfat və digər fəaliyyət obyektlərinə daşınmasını təmin etməlidirlər. 16.3-cü maddəsinə əsasən atmosfer havasını çirkləndirən tullantılar üçün saxlanma, basdırılma və məhv edilmə yerləri müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə razılaşdırılır. 28.0.8-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə, yəni tullantıların toplanması: yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral kübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havası çirkləndikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin “Qeyd” – inə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 234.0.5-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, yəni tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə - fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 253-1.2.1-ci maddələrinin tələblərini və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 rayonunun Ağalı kəndi ərazisində yerləşən “Ailə” adlı market-ticarət obyektində formalaşan tullantıları qalaqlayaraq yandırması nəticəsində atmosfer havasını çirkləndirmiş, o cümlədən həmin tullantıları xüsusi qurğular olmadan yandıraraq Azərbaycan Respublikasının “Atmosfer havasının mühafizəsi haqqında” xx.xx.2001-ci il tarixli, 109-İİQ nömrəli Qanununun 16.1-ci maddəsinin və Azərbaycan Respublikasının “Tullantılar haqqında” xx.xx.1998-ci il tarixli, 514-İQ nömrəli Qanununun 12-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində vəzifəli şəxs kimi 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə tövsif edilmişdir. X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Bununla yanaşı X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də, X2 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №3(031)-2/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-2/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver