Məhkəmə qərarları › İş №3(031)-202/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-202/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-202/2025 14.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Şabran Rayon Polis X2 Xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1959-cu il tarixdə Dəvəçi rayonu, Sumaqova-Qorğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və on əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan sürücük vəsiqəsindən görünür ki, vəsiqə Şəxs məxsusdur. İş materiallarında olan Şəxs tərəfindən verilən etiraz ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə içkili olmamışdır. Hadisə xx.xx.2025-ci il tarixdə olmasına baxmayaraq protokol xx.xx.2025-ci il tarixdə və ona qərəzli formada tərtib olunmuşdur. Protokol yazılarkən hər hansı şahid olmamışdır. YPX əməkdaşı olan İnar adlı polis nəfəri alkotesterə spirt vuraraq ona üflətmişdir. Ümumiyyətlə alkotester cihazı işləyib-işləməməsi barədə ekspertiza yoxlanışından keçməmişdir. O, içkili olmadığını sübut etmək üçün Sumqayıt Şəhər Narkoloji Disponserinə müraciət edib yoxlamadan keçmiş, spirtli içki qəbul etmədiyi aşkar olunmuşdur, ona xx.xx.2025-ci il tarixli, 2447 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı verilmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu əsassız və qərəzli tərtib olunmuş hesab etmişdir. İş materiallarında olan alkoçekdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:38-də Şəxs qəbul etdiyi alkoqolun miqdarı 0,650 mq/l olmuşdur. Şəxs alkoçekə etirazının olmadığını, xx.xx.2025-ci il tarixdə, günorta saatlarında alkoqoldan istifadə etdiyini və xx.xx.2025-ci il tarixdə, səhər saatlarında avtomobil idarə etdiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2447 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:01-də Şəxs alkoqoldan istifadə etmə nəticəsində sərxoşluq vəziyyətinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan DVD diskdəki videogörüntülərdən görünür ki, Şəxs qəbul etdiyi alkoqolun miqdarının 0,650 mq/l olduğu müəyyən olunmuş və o, alkoçekə etirazının olmadığını, xx.xx.2025-ci il tarixdə, günorta saatlarında alkoqoldan istifadə etdiyini və xx.xx.2025-ci il tarixdə, səhər saatlarında avtomobil idarə etdiyini qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə xx.xx.2014cü il tarixli, 209 nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Göründüyü kimi Şəxs etiraz ərizəsində inzibat xəta haqqında protokolun xx.xx.2025-ci il tarixdə tərtib olunduğunu bildirsə də, məhkəməyə təqdim olunan sözügedən protokol xx.xx.2025-ci il tarixlidir. Bundan əlavə qanunvericiliyə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyəti barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilə bilər. İş materiallarında olan alkoçekə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:38-də qəbul etdiyi alkoqolun miqdarının 0,650 mq/l olduğu müəyyən olunmuş və Şəxs bu fakta etiraz etmək imkanının olmasına baxmayaraq, o, etirazının olmadığını, alkoçekin arxa hissəsində xx.xx.2025-ci il tarixdə, günorta saatlarında alkoqoldan istifadə etdiyini və xx.xx.2025-ci il tarixdə, səhər saatlarında avtomobil idarə etdiyini qeyd edərək inzibati xəta törətdiyini etiraf etmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixli, 2447 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:01-də Sumqayıt Şəhər Narkoloji Disponserində yoxlanışdan keçərək onda alkoqoldan istifadə etmə nəticəsində sərxoşluq vəziyyətinin olmadığı müəyyən edimişdir. Lakin qeyd olunan sübutu qiymətləndirərkən sözügedən inzibati xətanın törədilməsinin müəyyən olunduğu vaxtdan 3 saatdan çox müddət keçməsini, video görüntülərə əsasən Şəxs tərəfindən inzibati xəta törədilməsinin müəyyən olunduğu zaman onun alkotesterdə müəyyən olunan göstəriciyə etirazını bildirməməsini və sərxoşluq halının müəyyənləşdirilməsi məqsədi ilə dərhal narkoloji xidmət göstərən dövlət tibb müəssisəsi tərəfindən tibbi müayinə həyata keçirilməsi üçün tibbi müayinəyə göndərilmə barədə protokolun tərtib edilməsini tələb etməməsini nəzərə almaq lazımdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın sürəti məlumat üçün Şəxs və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə, icra edilməsi üçün isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar