Məhkəmə qərarları › İş №3(031)-213/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-213/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-213/2021 30.12.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxx 1978-ci il tarixdə Dəvəçi rayonunun Zöhramı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şabran şəhəri, ünvan 1 ünvanda yaşayan Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 333.1, 333.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qüdrət oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 333.1, 333.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən İXP seriyalı, 04 mart 2021-ci il tarixli, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə 29 aprel 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin 6(105)-45/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qərarını məhkəməyə təqdim edərək, Şabran Rayon Polis X3 müstəntiqi X5 icraatında olan HK-1/523 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi 18 fevral 2021-ci il tarixli “cinayət təqibinin başlanmasının rədd olunması haqqında” qərarının hazırda ləğv edildiyini və İXP seriyalı, 04 mart 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan qeyd edilmiş hadisənin 28 dekabr 2020-ci il tarixdə baş verdiyini və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə olduğunu nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X3 müstəntiqi X5 icraatında olan HK-1/523 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi 18 fevral 2021-ci il tarixli “cinayət təqibinin başlanmasının rədd olunması haqqında” qərardan görünür ki, 28 dekabr 2020-ci il tarixdə, saat 20:00 radələrində, Şabran şəhərinin X8 küçəsi ərazisində yol nəqliyyat hadisəsinin törədilməsi üzrə toplanmış materialda cinayət tərkibi olmadığından Şəxs Qüdrət oğlu barəsində cinayət təqibinin başlanması rədd edilmiş və onun yol hərəkəti qaydalarının pozub-pozmamasının aşkar edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X10 Polis Bölməsinə göndərilmişdir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X10 Polis Bölməsinin əməkdaşı X6 tərəfindən tərtib edilmiş İXP seriyalı, 04 mart 2021-ci il tarixli, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 333.1, 333.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 6(105)-45/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Şabran Rayon Polis X3 müstəntiqi X5 icraatında olan HK-1/523 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi 18 fevral 2021-ci il tarixli “cinayət təqibinin başlanmasının rədd olunması haqqında” qərar ləğv edilmiş və HK-1/523 saylı material əlavə araşdırmanın aparılması üçün Şabran Rayon X1ytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 333.1, 333.3 və 339.1-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar