Məhkəmə qərarları › İş №3(031)-219/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-219/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-219/2023 06.06.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxx 1996-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2ayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş 16 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X8 tərəfindən tərtib edilmiş 16 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə 16 may 2023-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 aprel 2023-cü il tarixdə, saat 14:00 radələrində, Şabran şəhəri, Atatürk küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evində zərər çəkmiş şəxs X9 ilə mübahisə etdiyi zaman, zərər çəkmiş şəxsi vuraraq, qəsdən X6 fiziki ağrı və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X8 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş, Şabran Rayon Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli etiraf etməyərək göstərdi ki, X9 onun həyat yoldaşıdır və hazırda Şabran Rayon Məhkəməsinin icraatında onların arasında bağlanmış nikahın pozulmasına dair mülki iş vardır. X9 öz anası Nümayəndə və xalası Şahid ilə birlikdə özünə məxsus əmlakını götürmək üçün 18 aprel 2023-cü il tarixdə, saat 14:00 radələrində onun ailəsi ilə birlikdə yaşadığı Şabran şəhəri, Atatürk küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib, bu zaman aralarında söz mübahisəsi yaranıb, lakin o, həmin mübahisə zamanı nəinki zərər çəkmiş şəxs X7 vurmayıb, ümumiyyətlə ona toxunmayıb. Bu halların nəzərə alınmasını və barəsində başlanmış inzibati xəta haqqında işə üzrə icraata xitam verilməsini xahiş edir. Bundan əlavə verilmiş suallara cavab olaraq saxlanılarkən Şabran Rayon Polis Şöbəsində ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu və Şabran Rayon Polis Şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və ya zorakılığa məruz qalmadığını bildirmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 19 aprel 2023-cü il tarixli, 54 saylı rəyinə münasibət bildirərək X5 üzərində qeyd edilən xəsarətləri özləri tərəfindən yetirildiyini, evdə özləri səs küy salıb mübahisə yaratdıqlarını, axırda da mehribancasına əmlaklarını götürüb getdiklərini, X5 başını divara vurmuş olsaydı onun yəqin ki ağır xəsarət almalı olduğunu, lakin üzərində hər-hansı bir ağır xəsarət aşkar edilmədiyini, orada bıçaq söhbətinin olmadığını və X5 ailə üzvlərinin məhkəmə iclasında didiklərinin şər və böhtan olduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə 18 aprel 2023-cü il tarixdə, saat 14:00 radələrində qızı X9 və bacısı Şahid ilə birlikdə qızına məxsus əmlakları götürmək üçün Şabran şəhəri, Atatürk küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə gəldiklərini, orada Şəxs ailə üzvləri ilə aralarında mübahisə yarandığını və həmin mübahisə zamanı Şəxs qızı Aytacı boğazından tutub sıxaraq başını divara vurduğunu, onun ailə üzvlərinin isə üzərilərinə bıçaqla hücum çəkdiklərini göstərmiş və onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid öz izahatında bildirmişdir ki, 18 aprel 2023-cü il tarixdə, saat 14:00 radələrində bacısı Nümayəndə və bacısının qızı X9 ilə birlikdə sonuncuya məxsus əmlakı götürmək məqsədi ilə Şabran şəhəri, Atatürk küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə gəliblər. Əmlaka baxış keçirdikləri zaman qızıl-zinət əşyalarını aşkar eləmədikrləri üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı Şəxs onun bacısı qızı Aytacın boğazından tutub sıxaraq başını divara vurub. Məhkəmə proses iştirakçılarının izahatları dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 19 aprel 2023-cü il tarixli, 54 saylı rəyinə əsasən məhkəmə-tibbi ekspertizasında zərər çəkmiş şəxs X5 bədən səthində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön divarının və sağ said nahiyyəsinin qançırları, - bərk küt əşyanın (əşyaların) təsirindən törətmişdir, 18 aprel 2023cü il tarixdə alına bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilmir. - Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X8 tərəfindən tərtib olunmuş 16 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 aprel 2023-cü il tarixdə, saat 14:00 radələrində, Şabran şəhəri, Atatürk küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evində zərər çəkmiş şəxs X9 ilə mübahisə etdiyi zaman, zərər çəkmiş şəxsi vuraraq, qəsdən X6 fiziki ağrı və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 157-ci maddəsinin “Qeyd” –inə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs X7 vuraraq qəsdən ona fiziki ağrı yetirməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 157-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar