Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-220/2025 03.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1984-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 74420 (yetmiş dörd min dörd yüz iyirmi) manat məbləğində ödənilməmiş pul borcu yaranmış Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2-2(119)- 44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi səbəbi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2-2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən “TC- ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətindən 75420 (yetmiş beş min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxsnə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində müvafiq qərarla icraata başlanılmış və “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə sözü gedən icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs isə maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-1106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında etməmiş və hazırda sözü gedən icra sənədi üzrə 74420 (yemiş dörd min dörd yüz iyirmi) manat məbləğində ödənilməmiş pul borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2-2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən, həmin icra vərəqəsində göstərilən tələbdən və icra sənədi üzrə olan pul borcundan xəbəri var. Məhkəmə qərarına hörmətlə yanaşır, həmin qərar əsasında verilmiş icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmır, maddi vəziyyətinin ağır olması səbəbi ilə sözü gedən icra vərəqəsi üzrə ödənişlər edə bilməyib və hazırda 74420 (yemiş dörd min dörd yüz iyirmi) manat məbləğində ödənilməmiş pul borcu yaranıb. Ona vaxt veriləcəyi təqdirdə yaranmış pul borcunu hissə-hissə ödənişlər edərək yaxın zamanda tam şəkildə ödəyə bilər. Xahiş edir ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs direktoru X3 məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2-2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs tərəfindən Zərərçəkmiş şəxsnə hər hansı bir ödəniş edilmədiyini bildirmiş və Şəxs məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2- 2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətindən 75420 (yetmiş beş min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxsnə ödənilməlidir. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair (VÖEN: **********) məlumatlardan görünür ki, Şəxs həmin Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2-2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. - Şabran rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 74420 (yetmiş dörd min dörd yüz iyirmi) manat məbləğində ödənilməmiş pul borcu yaranmış Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2-2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi səbəbi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2-2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətindən 75420 (yetmiş beş min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxsnə ödənilməlidir. Bununla yanaşı CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən “TC-ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair (VÖEN: **********) məlumatlara əsasən Şəxs həmin Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2-2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində müvafiq qərarla icraata başlanılmış, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi borclunun nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, icra könüllü təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2-2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədin üzrə 74420 (yetmiş dörd min dörd yüz iyirmi) manat məbləğində ödənilməmiş pul borcu yaranmışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olubolmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra məmurunun məhkəmə və başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 6cı bəndinə əsasən mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikasının "İcra haqqında" xx.xx.2001-ci il tarixli, 243-İİQ nömrəli Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin “Qeyd”-inə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini, həmçinin tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov