Məhkəmə qərarları › İş №3(031)-224/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-224/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-224/2025 10.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X8 iştirakı ilə Qərardan şikayət verən şəxs X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X3 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan qərara əsasən X15 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə mühasibatlığın həll etməli olduğu məsələlər həmin struktur bölməyə həvalə edilmişdir. Həmin struktur bölmənin işinə görə cavabdeh olan vəzifəli şəxs X19 Xidmətinin X23nin Şabran Su X1 İdarəsinin rəisi X15 deyil, baş mühasibdir. Digər tərəfdən X19 Xidmətinin X23 və Şabran Su X1 İdarəsi büdcə təşkilatı odluğuna görə büdcədən vəsaitin daxil olması baş vermədən əmək haqqını ödəmək imkanına malik deyildir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Qərardan şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidmətinin X23 tərəfindən Şabran Su X1 İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2358 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən “X19 Xidməti” X23 “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi" tabeliyindəki “Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti”nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmışdır. Həmin fərmanın 6.8-ci bəndinin tələbinə əsasən “X19 Xidməti" X23 Agentliyin tabeliyində fəaliyyət göstərən qurum olaraq saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşir, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli, 93-VİİQ nömrəli Qanununun 7.9.3-cü bəndinin tələbinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli, 268 nömrəli Fərmanının 1.9.3-cü bəndində maliyyələşmənin təmin edilməsi məqsədilə “X19 Xidməti" X25 dövlət büdcəsindən vəsaitin ayrılması təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 13 nömrəli “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasının təsdiq edilməsi barədə” Qərarı iiə təsdiq edilmiş dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasının 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə maliyyələşmə publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, X6 tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu müqavilə əsasında X23n bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının “Büdcə haqqında” 16 dekabr 2024-cü il tarixli Qanunun 13-cü maddəsinə əsasən dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X6 ödənişlərin dövlət büdcəsi tərəfindən həyata keçirilməsi barədə şifahi tapşırığına əsasən büdcə vəsaitləri struktur tabeli idarələrin bank hesablarına deyil, yerli xəzinədarlıq orqanlarının hesabına köçürülmüşdür. Nəticədə maliyyələşmə ilə bağlı sözügedən ödənişlərin təmin olunması tərəflərindən asılı olmayan səbəblərə görə gecikdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şabran Su X1 İdarəsinin işçisi X10 2025-ci ilin mart ayı üzrə əmək haqqısı gecikdirilərək xx.xx.2025-ci il tarixdə ödənildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbləri pozulduğu üçün X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şabran Su X1 İdarəsinin nizamlayıcısı X10 2025-ci ilin mart ayı üzrə əmək haqqısı əmək müqaviləsində hər ayın 5də ödənilməsi nəzərdə tutulsa da, onun əmək haqqısı gecikdirilərək xx.xx.2025-ci il tarixdə öənilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbləri pozulduğu üçün X15 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. İş materiallarında olan X17 tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə “142” çağrı mərkəzinə əmək haqqı ilə bağlı şikayət verərkən problemləri və xəstəsi olduğu üçün əsəbi olmuşdur və hazırda heç bir ikayəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X9 tərəfindən X12 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, işəgötürən tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-17- 5/1-25074/2025 nömrəli məktuba və digər sənədlərə, təqdim eldiyiniz əmək haqqı bank hesabınızdan çıxarışa, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq’’ altsisteminə (ƏMAS) baxılmaqla müəyyən olunmuşdur ki, Şabran Su X1 İdarəsində qüvvədə olan əmək müqaviləsində aylıq əmək haqqınızın ödənişi ayda bir dəfə olmaqla növbəti ayın 5-i tarixində ödənilməsi nəzərdə tutulmuşdur. Lakin təqdim etdiyi əmək haqqı bank hesabı çıxarışından müəyyən olunmuşdur ki, əvvəlki aylar üzrə əmək haqqları əmək müqaviləsində nəzərdə tutulmuş vaxtdan sonra gecikdirilərək ödənilməsi ilə yanaşı, 2025-ci ilin mart ayı üzrə əmək haqqısı gecikdirilərək xx.xx.2025-ci il tarixdə əmək haqqısı bank hesabına köçürülmüşdür. X16 Xidmətinin X9 tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-33016/2025 nömrəli məktub ilə işəgötürəndən aidiyyatı sənədlərin təqdim olunması, eyni zamanda müraciətinizə rəsmi münasibət bildirilməsi xahiş olunsa da, əmək haqqısının ödənilməsini təsdiq edən aidiyyatı bank sənədləri təqdim olunmamış, həmçinin işəgötürən tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1-25074/2025 nömrəli cavab məktubunda əmək haqqlarının gecikdirilərək ödənilməsinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi iə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Eyni zamanda həmin maddənin 2-ci hissəsinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər. 2025-ci ilin mart ayı üzrə əmək haqqısı gecikdirilərək xx.xx.2025-ci il tarixdə əmək haqqı bank hesabına köçürüldüyündən Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq Şabran Su X1 İdarəsinin rəisi X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən X16 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə naqqında qərar ilə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan ödəniş kartı üzrə xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X10 hesabına əmək haqqısı əmək müqaviləsində nəzərdə tutulmuş vaxtdan sonra ödənilmiş, 2025-ci ilin mart ayı üzrə əmək haqqısı xx.xx.2025-ci il tarixdə köçürülmüşdür. İş materiallarında olan X15 və X17 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X10 əmək haqqısının hər ayın 5-də onun bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.4-1-ci maddəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 12.1-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Qanunvericiliyə əsasən əmək münasibətləri işçi və işəgötürən arasında yaranan münasibətlərdir. Əmək müqaviləsi isə bu münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirir. Göründüyü kimi iş materiallarına əsasən əmək müqaviləsi işəgötürən X15 və işçi X17 arasında bağlanılmış və əmək müqaviləsində X10 əmək haqqısının hər ayın 5-də onun bank hesabına köçürülməsi nəzərdə tutulsa da, bank hesabı çıxarışından müəyyən olunur ki, əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş vaxtdan sonra gecikdirilərək ödənilməsi ilə yanaşı, 2025-ci ilin mart ayı üzrə əmək haqqısı gecikdirilərək xx.xx.2025-ci il tarixdə bank hesabına köçürülmüşdür. X17 əmək müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququna malikdir və X8 vəzifəsi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdir. Bu səbəbdən işçi X17 başqa şəxsdən deyil, işəgötürən X7 əmək müqaviləsi üzrə müəyyən olunmuş vaxtdan, yəni hər ayın 5-dən gec olmayaraq əmək haqqısının ödənilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 192.4-cü maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X15 tərəfindən əmək haqqı əmək qanunvericiliyinə uyğun olaraq ödənilməmişdir. Bu səbəbdən də inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X11 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X8 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X8 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X15 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar