Məhkəmə qərarları › İş №3(031)-227/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-227/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-227/2021 08.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Məmmədova Aysel Məzahir qızının iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1982-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran şəhəri, X7 küçəsi, ev 45, mənzil 7 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 08 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol 08 may 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 15 yanvar 2015-ci il tarixdə verilmiş 2(105)-1850/2014 nömrəli icra vərəqəsi üzrə 2365 (iki min üç yüz altmış beş) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına baxmayaraq, o, həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə edərək, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 15 yanvar 2015-ci il tarixdə verilmiş 2(105)-1850/2014 nömrəli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07 iyul 2014-cü il tarixdən hesablanmaqla 02 may 2011-ci il təvəllüdlü X4 və 21 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 103 (bir yüz üç) manat olmaqla, ümumilikdə 206 (iki yüz altı) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Məmmədova Aysel Məzahir qızına ödənilməli olduğunu, Şəxs 08 may 2021-ci il tarixdə həmin icra vərəqəsi üzrə 500 (beş yüz) manat məbləğində ödəniş etməsinə baxmayaraq hazırda 2365 (iki min üç yüz altmış beş) manat məbləğində ödənilməmiş aliment borcunun qaldığını və sözü gedən icra vərəqəsinin icrası ilə əlaqədar onun qanuni tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırdığını bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında mədaxil qəbzlərin surətlərini məhkəməyə təqdim edərək, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 15 yanvar 2015-ci il tarixdə verilmiş 2(105)-1850/2014 nömrəli icra vərəqəsinə əsasən ondan 07 iyul 2014-cü il tarixdən hesablanmaqla 02 may 2011-ci il təvəllüdlü X4 və 21 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 103 (bir yüz üç) manat olmaqla, ümumilikdə 206 (iki yüz altı) manat sabit pul məbləğində aliment tutularaq keçmiş həyat yoldaşı Məmmədova Aysel Məzahir qızına ödənilməli olduğunu, məhkəmə qərarına hörmətlə yanaşdığını, onu icra etməkdən qərəzli olaraq boyun qaçırmadığını, sadəcə maddi imkanının pis olması səbəbi ilə həmin icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında ödəyə bilmədiyi üçün hazırda 2365 (iki min üç yüz altmış beş) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını və 08 may 2021-ci il tarixdə Məmmədova Aysel Məzahir qızının hesabına Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 15 yanvar 2015-ci il tarixdə verilmiş 2(105)-1850/2014 nömrəli icra vərəqəsi üzrə ümumilikdə 2865 (iki min səkkiz yüz altmış beş) manat məbləğində ödəniş etdiyini göstərmiş və sözü gedən icra vərəqəsi üzrə yaranmış aliment borcunu tam şəkildə ödədiyini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqına iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Məmmədova Aysel Məzahir qızı Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 15 yanvar 2015-ci il tarixdə verilmiş 2(105)- 1850/2014 nömrəli icra vərəqəsinə əsasən Şəxs 07 iyul 2014-cü il tarixdən hesablanmaqla 02 may 2011-ci il təvəllüdlü X4 və 21 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 103 (bir yüz üç) manat olmaqla, ümumilikdə 206 (iki yüz altı) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməli olmasına baxmayaraq Şəxs hazırda həmin icra vərəqəsi üzrə 2865 (iki min səkkiz yüz altmış beş) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını və Şəxs həmin aliment borcunu birdəfəlik ödəniş edərək tam şəkildə ödəməsini istədiyini göstərərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 15 yanvar 2015-ci il tarixdə verilmiş 2(105)-1850/2014 nömrəli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07 iyul 2014-cü il tarixdən hesablanmaqla 02 may 2011-ci il təvəllüdlü X4 və 21 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 103 (bir yüz üç) manat olmaqla, ümumilikdə 206 (iki yüz altı) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Məmmədova Aysel Məzahir qızına ödənilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 yanvar 2015-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 15 yanvar 2015-ci il tarixdə verilmiş 2(105)-1850/2014 nömrəli icra vərəqəsi üzrə icraata başlanışmıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş BPM**********107 nömrəli mədaxil qəbzin surətindən görünür ki, o, 08 may 2021-ci il tarixdə zərər çəkmiş şəxs Məmmədova Aysel Məzahir qızının hesabına 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş BPM**********13 nömrəli mədaxil qəbzin surətindən görünür ki, o, 08 may 2021-ci il tarixdə zərər çəkmiş şəxs Məmmədova Aysel Məzahir qızının hesabına 600 (altı yüz) manat məbləğində ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş BPM**********81 nömrəli mədaxil qəbzin surətindən görünür ki, o, 08 may 2021-ci il tarixdə zərər çəkmiş şəxs Məmmədova Aysel Məzahir qızının hesabına 1200 (bir min iki yüz) manat məbləğində ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş BPM**********11 nömrəli mədaxil qəbzin surətindən görünür ki, o, 08 may 2021-ci il tarixdə zərər çəkmiş şəxs Məmmədova Aysel Məzahir qızının hesabına 565 (beş yüz altmış beş) manat məbləğində ödəniş etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 15 yanvar 2015-ci il tarixdə verilmiş 2(105)-1850/2014 nömrəli icra vərəqəsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07 iyul 2014-cü il tarixdən hesablanmaqla 02 may 2011-ci il təvəllüdlü X4 və 21 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 103 (bir yüz üç) manat olmaqla, ümumilikdə 206 (iki yüz altı) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Məmmədova Aysel Məzahir qızına ödənilməlidir. Həmin icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində 21 yanvar 2015-ci il tarixli qərarla icraatına başlanılmısdır və hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra sənədi üzrə ümumilikdə 2365 (iki min üç yüz altmış beş) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzlərin surətlərindən və məhkəmə iclasında verdiyi izahatdan görünür ki, onun əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 15 yanvar 2015-ci il tarixdə verilmiş 2(105)-1850/2014 nömrəli icra vərəqəsi üzrə 2365 (iki min üç yüz altmış beş) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar