Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-23/2025 14.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, fərdi identifikasiya nömrəsi " xxxxxxx" olan, xx.xx.1981-ci il tarixdə Dəvəçi rayonunun Sincanboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)- 23/2025 nömrə altında inzibati xəta haqqında iş qeydiyyata alınmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)- 24/2025 nömrə altında inzibati xəta haqqında iş qeydiyyata alınmışdır. Şabran Rayon Məhkəməsinin 3(031)-24/2025 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardadına əsasən iş üzrə icraata Şabran Rayon Məhkəməsinin 3(031)-23/2025 və 3(031)-24/2025 nömrəli inzibati xəta haqqında işlərinin 3(031)-23/2025 nömrə altında bir icraatda baxılması səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində, Şabran şəhərinin X10 küçəsi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 işlətdiyi kafenin şüşəsini sındıraraq oradan 30 (otuz) qutu müxtəlif markalı siqaretləri oğurlaması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 90 (doxsan) manat 60 (altmış) qəpik məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə ərizə vasitəsi ilə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla toplanmış material əsasında cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Şabran rayonunu Leyti kəndi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir su çəninin içərisinə yığılmış 01 (bir) ton taxılı oğurlaması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla toplanmış material əsasında cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Şabran rayonunu Leyti kəndi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir su çəninin içərisinə yığılmış 01 (bir) ton taxılı oğurlanması əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, həmin əməli törətmiş şəxsin (və ya şəxslərin) müəyyən edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi (edilmələri) məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq sözü gedən əməlin Şəxs tərəfindən törədildiyi aşkar edilmiş və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X9 tərtib elədiyi protokolları müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Şabran rayonunu Leyti kəndi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir su çəninin içərisinə yığılmış 01 (bir) ton taxılı oğurlaması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 300 (üç yüz) manat məbləğində, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində, Şabran şəhərinin X10 küçəsi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 işlətdiyi kafenin şüşəsini sındıraraq oradan 30 (otuz) qutu müxtəlif markalı siqaretləri oğurlaması nəticəsində isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 90 (doxsan) manat 60 (altmış) qəpik məbləğində maddi ziyan dəydiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, hazırda törədiyi əməllərdən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Şabran rayonunu Leyti kəndi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir su çəninin içərisinə yığılmış 01 (bir) ton taxılı, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində, Şabran şəhərinin X10 küçəsi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 işlətdiyi kafenin şüşəsini sındıraraq oradan isə 30 (otuz) qutu müxtəlif markalı siqaretləri oğurladığını bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Polis X6 təhqiqatçısı X5 icraatında olan HK-1/1428 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2025-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində, Şabran şəhərinin X10 küçəsi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 işlətdiyi kafenin şüşəsini sındıraraq oradan 30 (otuz) qutu müxtəlif markalı siqaretləri oğurlaması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 90 (doxsan) manat 60 (altmış) qəpik məbləğində maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, eyni zamanda həmin əməldə inzibati xəta tərkibi olması müəyyən edildiyindən, həmin əməli törətmiş şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X3 Bölməsinə göndərilmişdir. - Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdə, saat 19:00 radələrində, Şabran şəhərinin X10 küçəsi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 işlətdiyi kafenin şüşəsini sındıraraq oradan 30 (otuz) qutu müxtəlif markalı siqaretləri oğurlaması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 90 (doxsan) manat 60 (altmış) qəpik məbləğində maddi ziyan dəyməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. - Şabran Rayon Polis X6 baş təhqiqatçısı X2 icraatında olan HK-1/1308 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Şabran rayonunu Leyti kəndi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir su çəninin içərisinə yığılmış 01 (bir) ton taxılı oğurlanması əməli ilə bağlı toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, eyni zamanda həmin əməldə inzibati xəta tərkibi olması müəyyən edildiyindən, həmin əməli törətmiş şəxsin (və ya şəxslərin) müəyyən edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi (edilmələri) məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X3 Bölməsinə göndərilmişdir. - Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Şabran rayonunu Leyti kəndi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir su çəninin içərisinə yığılmış 01 (bir) ton taxılı oğurlaması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan dəyməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 227-ci maddəsinin “Qeyd” - inə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq hərəkətləri etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinin tələbi nəzərə alınmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların aşkar edilməməsini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən törətdiyi hər bir inzibati xətaya görə ayrılıqda inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi və tətbiq ediləcək inzibati tənbeh tədbirinin müddətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuş hədlər nəzərə alınmaqla müəyyən edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Şəxs üzərinə hazırki qərarla barəsində təyin ediləcək ictimai işlər növündə inzibati tənbeh tədbirinin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 28, 34, 43, 106-112, 114, 115, 117, 128, 130 və 227-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Şabran rayonunu Leyti kəndi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir su çəninin içərisinə yığılmış 01 (bir) ton taxılı oğurlaması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Şabran rayonunu Leyti kəndi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir su çəninin içərisinə yığılmış 01 (bir) ton taxılı oğurlaması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
3. Şəxs barəsində təyin edilmiş 160 (yüz altmış) saat və 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbirlərinin müddətləri qismən toplanılmaqla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3 və 34.4-cü maddələrinə əsasən onun barəsində qəti olaraq 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
4. Şəxs üzərinə hazırki qərarla barəsində təyin edilmiş 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbirinin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun.
5. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ya protesti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov