Məhkəmə qərarları › İş №3(031)-230/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-230/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-230/2024 23.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Suleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə X5 tərəfindən verilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ondan tutulan 393 (üç min doxsan üç) manat 18 (on səkkiz) qəpik məbləğində pulun ona geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən fermer X5 “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli, yəni 400 (dörd) yüz manat məbləğində cərimə edilmişdir. X5 xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-22-2/2-B-16-981/2023 saylı məktub almasını, həmin məktubda onun tərəfindən "Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil etməsi nəticəsində vurulmuş 200 (iki yüz) manat məbləğində ziyanı xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə nağd şəkildə geri qaytarılmalı olması, əks təqdirdə həmin məbləğin İİ misli məbləğində cərimələnəcəyinin ona bildirilməsini, xx.xx.2023-cü il tarixdə 201 (iki yüz bir) manat məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsini, xx.xx.2024-cü il tarixdə əmək haqqısından 393 (üç yüz doxsan üç) manat 18 (on səkkiz) qəpik məbləğində pul tutulduqdan sonra xx.xx.2024-cü il tarixdə barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən almasını və həmin inzibati tənbeh vermə haqqında qərarın ona təqdim edilməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ondan tutulan 393 (üç min doxsan üç) manat 18 (on səkkiz) qəpik məbləğində pulun ona geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayətinin məzmuna uyğun izahat verərək şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ondan tutulan 393 (üç min doxsan üç) manat 18 (on səkkiz) qəpik məbləğində pulun ona geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən fermer X5 “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli, yəni 400 (dörd) yüz manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan verdiyi şikayətin əsassız olduğu nəzərə alaraq, şikayətin rədd edilməsini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirildən saxlanılmasını xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın X3 göndərildiyini, lakin onlarda həmin qərarın X3 catdırılmasını təsdiq edən hər-hansı bir sənədin mövcud olmadığını, X2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 200 (iki yüz) manat məbləğində ödəniş etməsi barədə məlumatın da onlarda olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikasının Ədliyyə Nazirlinin Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirlinin Şabran rayon İcra və Probasiya şöbəsinin icraatındadır və icra sənədi üzrə X2 əmək haqqısından hazırda ümumilikdə 393 (üç min doxsan üç) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22-2/2-B-16-981/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən X3 "Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil etməsi nəticəsində vurulmuş 200 (iki yüz) manat məbləğində ziyanı xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə nağd şəkildə geri qaytarılmalı olması, əks təqdirdə həmin məbləğin İİ misli məbləğində cərimələnəcəyi bildirmişdir. - SS877017684AZ nömrəli poçt göndərişinin zərfindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22-2/2-B-16-981/2023 saylı məktubu xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Siyəzən filialına, xx.xx.2023-cü il tarixdə isə Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şabran rayonunun Şahnəzərli filialına daxil olmuşdur. - xx.xx.2023-cü il tarixli 19315 nömrəli qəbzdən görünür ki, X5 201 (iki yüz bir) manat məbləğində pul vəsaitini (01 (bir) manat komissiya) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, 3- 22-2/2-B-16-981/2023 saylı məktubda təqdim etdiyi bank hesabına ödəmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərara əsasən fermer X5 “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli, yəni 400 (dörd) yüz manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə, X3 və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığı 129222/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəlmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinin Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 129222/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirlinin Şabran rayon İcra və Probasiya şöbəsinin icraatındadır və icra sənədi üzrə X2 əmək haqqısından hazırda ümumilikdə 393 (üç min doxsan üç) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması" Qaydasının 1.2.1-ci bəndinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: 5.1.1. çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; 5.1.2. yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; 5.1.3. yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. 5.4-cü bəndinə əsasən monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması" Qaydasının 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. 5.5-ci bəndinə əsasən fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2–5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən (Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması) fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə – xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22-2/2-B-16-981/2023 saylı məktubda qərardan şikayət verən şəxs X2 ******* İD nömrəli bəyannamədə qeyd etdiyi 0,8 hektar fındıq əkinində X9 İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən monitorinq keçirildiyi zaman uyğunsuzluğun aşkar edildiyi üçün MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protonlun tərtib edildiyi qeyd edilsə də, məktubun məzmunundan da görünür ki, həmin inzibati xəta haqqında protokolun surəti məktuba qoşma olaraq əlavə edilməmiş və X3 təqdim edilməmişdir. Bununla yanaşı qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi monitorinq nəticəsində X2 bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildiyini bildirsə də, bu fərqli halların nədən ibarət olması barədə X3 hərhansı bir məlumat verməmiş və X3 bununla bağlı SMS və elektron poçt vasitəsilə bildiriş göndərməmiş, o cümlədən keçirilmiş monitorinq nəticəsində X2 bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildiyini və bununla bağlı X3 SMS və elektron poçt vasitəsilə bildiriş göndərilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qərardan şikayət verən şəxs X5 isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ona ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22-2/2-B-16-981/2023 saylı məktubu xx.xx.2023-cü il tarixdə aldıqdan sonra növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə həmin məktubda qeyd edilmiş ziyan məbləğini (200 (iki yüz) manat) ona təqdim edilmiş müvafiq bank hesabına ödəmişdir. Həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının X3 təqdim edilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, X5 həmin qərarı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirlinin Şabran rayon İcra və Probasiya şöbəsində ona təqdim edildiyini bildirmiş və məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikasının Ədliyyə Nazirlinin Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 öz izahatında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə X2 əmək haqqısından hazırda ümumilikdə 393 (üç min doxsan üç) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti tutulduğunu bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qərardan şikayət verən şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən inzibati orqan tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd edilmiş normaların mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 129.1.3-ü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikalının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən X5 barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəlinmiş nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığından, gəlinmiş nəticələr işin faktiki hallarına uyğun olmadığından, həmçinin məhkəmə iclasında müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyindən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində (53.2) nəzərdə tutulmuş hallar aşkar edildiyindən, X2 hazırki iş üzrə şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Lakin, X5 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə onun əmək haqqısından tutulmuş məbləğlərin geri qaytarılması ilə bağlı iddia tələbi ilə öhdəliyin icrası haqqında iddia ilə məhkəmə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli olduğundan, onun şikayəti həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar