Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-233/2024 26.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "QALA” X6 X1 sədri Nümayəndə1 nümayəndəsi Nümayəndə2 iştirakları ilə Hüquqi ünvanı Şabran rayonu, Əmirxanlı kəndi olan Şəxs X6 X4 (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs X6 X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X5 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs X6 X4 2023-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməmiş və bununla da mühasibat uçotu üzrə qanunvericiliyinin tələblərini pozmuşdur. Bu səbəbdən də, QALA” X6 X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.4-cü maddəsinə əsasən baxılması üçün aidiyyatı üzrə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə3 xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs X6 X1 2023-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməyərək, mühasibat uçotu haqqında qanunvericiliyinin tələblərini pozduğunu bildirmiş və Şəxs X6 X1 barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq 2023-cü il üzrə maliyyə hesabatlarının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi ilə bağlı Şəxs X6 X3 xx.xx.2024-cü il tarixli, 3-23/2-2052/2024 nömrəli 2023-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməsi barədə məktub və xx.xx.2024-cü il tarixli, 3-23/2- 2649/2024 nömrəli bildirişin göndərildiyini, xx.xx.2024-cü il tarixli, 3-23/2-2649/2024 nömrəli bildirişin "QALA” X6 X1 əməkdaşı Saleh Hüseynov tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edildiyini, Saleh Hüseynovun "QALA” X6 X1 əməkdaşı olmasını təsdiq edən hər-hansı bir sənədin onlarda olmadığını və qeyri-hökumət təşkilatı "QALA” X6 X1 Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanununun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatını həmin Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədiyi üçün müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verməsinə baxmayaraq bu müddətdə hesabat təqdim edilməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolun tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə təqdim edildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "QALA” X6 X1 sədri Nümayəndə1 nümayəndəsi Nümayəndə2 Şəxs X6 X1 xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2026-ci il tarixə kimi olan müddət ərzində fəaliyyətini dayandırdığını, həmçinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-23/2- 2052/2024 nömrəli 2023-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməsi barədə məktubun və xx.xx.2024-cü il tarixli, 3-23/2-2649/2024 nömrəli bildirişin "QALA” X6 X3 təqdim edilmədiyini göstərərək, "QALA” X6 X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq "QALA” X6 X2 Saleh Hüseynov adlı şəxsin işləmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatları dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "QALA” X6 X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, 3-23/2-2052/2024 nömrəli 2023-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməsi barədə məktubdan görünür ki, müvafiq siyahı üzrə qeyri hökumət təşkilatlarına Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının illik maliyyə hesabatını hər il aprel ayının 1dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olması, həmin Qanunun 31.8-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verməsi və bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə) məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli, 3-23/2-2649/2024 nömrəli bildirişdən görünür ki, müvafiq siyahı üzrə qeyri hökumət təşkilatları xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində saat 10:00-dan 17:00-dək tərəflərindən 2023-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməsməsi ilə bağlı barələrində başlanmış inzibati xəta haqqında işin iştirakçıları kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinə dəvət edilmişlər. -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs X6 X4 (VÖEN: **********) xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2026-ci il tarixə kimi olan müddət ərzində fəaliyyətini dayandırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatdan və iş materiallarında olan sənədlərdən 2023-cü il üzrə maliyyə hesabatlarının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi ilə bağlı Şəxs X6 X3 xx.xx.2024-cü il tarixli, 3-23/2-2052/2024 nömrəli 2023-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməsi barədə məktub və xx.xx.2024-cü il tarixli, 3- 23/2-2649/2024 nömrəli bildirişin göndərildildiyi, o cümlədən qeyri-hökumət təşkilatı "QALA” X6 X1 Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanununun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatını həmin Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədiyi üçün müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verməsinə baxmayaraq bu müddətdə hesabat təqdim edilməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolun tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə təqdim edildiyini aşkar edilsə də, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən "QALA” X6 X1 Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanununun 31.8-ci maddəsindən nəzərdə tutulmuş rəsmi xəbərdarlığın, o cümlədən xx.xx.2024-cü il tarixli, 3-23/2- 2052/2024 nömrəli 2023-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməsi barədə məktub və xx.xx.2024-cü il tarixli, 3-23/2-2649/2024 nömrəli bildirişin təqdim edilməsin təsdiq edən hər-hansı bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanununun: 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31.8-ci maddəsinə əsasənqeyri-hökumət təşkilatı illik maliyyə hesabatını Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Azərbaycan Respublikasının "Mühasibat uçotu haqqında" xx.xx.2004-cü il tarixli, 716-İİQ nömrəli Qanununun: 13.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formaya uyğun tərtib edirlər. 14.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə Azərbaycan respublikasının Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatı "QALA” X6 X1 Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanununun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatını həmin Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədiyi üçün müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verməsinə baxmayaraq bu müddətdə hesabat təqdim edilməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə iclasında məhkəməyə "QALA” X6 X3 Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanununun 31.8-ci maddəsində nəzərdə tutulmuş rəsmi xəbərdarlığın təqdim edilməsini təsdiq hər-hansı bir mötəbər sübut təqdim edilməmiş, bunun əksinə iclasında "QALA” X6 X4 tərəfindən xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2026-ci il tarixə kimi olan müddət ərzində fəaliyyətini dayandırmasını təsdiq edən arayış məhkəməyə təqdim edilmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "QALA” X6 X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən aşkar edilir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəməyə "QALA” X6 X3 Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" xx.xx.2000-ci il tarixli, 894-İQ nömrəli Qanununun 31.8-ci maddəsində nəzərdə tutulmuş rəsmi xəbərdarlığın təqdim edilməsini təsdiq hər-hansı bir mötəbər sübut təqdim edilməmiş və bu səbəbdən də "QALA” X6 X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "QALA” X6 X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. "QALA” X6 X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov