Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-234/2024 27.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5 iştirakı ilə X5 Şabran rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-376/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərrına əsasən xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi b arədə şikayətin təmin edilməməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)234/2024 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Şabran Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şabran rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 şəhəri, F.Hacıyev küçəsi ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunan, lakin müvafiq sənəd olmadan qanunsuz tikinti işləri apardığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X7 nənəsi X4 məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətdə sadəcə qeydiyyatda olduğunu, hal-hazırda həmin evdə yaşayışın olmadığını və özününü atası X6 məxsus evdə yaşadığını bildirmiş, Şabran rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs sözü gedən ərazidə heç bir tikinti işləri aparmadığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X7 barəsində Şabran rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən əsasən X2 şəhəri, F.Hacıyev küçəsi ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunan, lakin müvafiq sənəd olmadan qanunsuz tikinti işləri apardığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən X2 şəhəri, F.Hacıyev küçəsi ərazisində qanunsuz tikinti işləri görməsi müəyyən olunmuşdur. - Şabran Rayon Məhkəməsinin 3(031)-234/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əasasən xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqnda qərardan verilmiş şikayət təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-376/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərrına əsasən xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)234/2024 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Şabran Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X5 nənəsi X4 məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətdə X1 qeydiyyatda olsa da və həmin ərazidə heç bir tikinti işləri aparmasa da, Şabran rayon İcra Hakimiyyətinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 gedən ərazidə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Şabran rayon İcra Hakimiyyətinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X5 Şabran şəhəri, F.Hacıyev küçəsi ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunan, lakin müvafiq sənəd olmadan qanunsuz tikinti işləri aparmasını təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, X7 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olması, yəni inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən olan subyekt və obyektiv cəhətin (onun qanunsuz tikinti işləri aparmasının) mövcudluğu sübuta yetirilməmişdir. Şabran rayon İcra Hakimiyyətinin yalnız öz subyektiv mülahizələrinə əsasən X5 Şabran şəhəri, F.Hacıyev küçəsi ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunan, lakin müvafiq sənəd olmadan qanunsuz tikinti işləri aparması səbəbi ilə barəsində Azərbaycan Respublikasının inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X5 Şabran rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 395.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şabran rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 8 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 395.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-234/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-234/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver