Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-242/2021 26.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X3 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1987-ci il tarixdə Dəvəçi rayonunun Əmirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonunun Əmirxanlı kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 26 may 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla 22 iyun 2020-ci il tarixdən başlayaraq 23 noyabr 2012ci il təvəllüdlü X12 və 12 noyabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 verilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsində həmin icra vərəqəsi üzrə 13 noyabr 2020-ci qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Şəxs isə maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında etməmiş və hazırda onun sözü gedən icra vərəqəsi üzrə 3300 (üç min üç yüz) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Həmçinin İsayev X13 Rayon Məhkəməsinin 3(031)-125/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 04 mart 2020-ci il tarixdə qəbul edilmiş qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar əsasında Şabran Rayon Məhkəməsi tərəfindən 28 mart 2020-ci il tarixdə verilmiş 04 mart 2020-ci il tarixli, 3(031)-125/2020 nömrəli icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində müvafiq qərarla icraata başlanılmış, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 (iyirmi beş) gün müddətində icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Göstərilənlərlə yanaşı İsayev X13 Rayon Məhkəməsinin 3(031)-207/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 06 may 2020-ci il tarixdə qəbul edilmiş qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar əsasında Şabran Rayon Məhkəməsi tərəfindən 06 may 2020-ci il tarixli, 3(031)-207/2020 nömrəli icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində müvafiq qərarla icraata başlanılmış, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 (iyirmi beş) gün müddətində icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərtib elədiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə 3300 (üç min üç yüz) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına baxmayaraq həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını, həmçinin Şabran Rayon Məhkəməsinin 3(031)-125/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 04 mart 2020-ci il tarixdə qəbul edilmiş qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə, Şabran Rayon Məhkəməsinin 3(031)-207/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 06 may 2020-ci il tarixdə qəbul edilmiş qərarı ilə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsə də, 25 (iyirmi beş) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarları da icra etmədiyini göstərmiş və Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan Şabran Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla 22 iyun 2020-ci il tarixdən başlayaraq 23 noyabr 2012-ci il təvəllüdlü X12 və 12 noyabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq keçmiş həyat yoldaşı X5 verilməlidir. Bununla yanaşı o, Şabran Rayon Məhkəməsinin 3(031)-125/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 04 mart 2020-ci il tarixdə qəbul edilmiş qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə, Şabran Rayon Məhkəməsinin 3(031)-207/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 06 may 2020-ci il tarixdə qəbul edilmiş qərarı ilə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilib. Məhkəmə qərarlarına hörmətlə yanaşdığını, həmin qərarlar əsasında verilmiş icra sənədlərini icra etməkdən qərəzli olaraq boyun qaçırmadığını, sadəcə maddi imkanının pis olması səbəbi ilə Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)- 535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında edə bilmədiyi üçün hazırda 3300 (üç min üç yüz) manat məbləğində ödənilməmiş aliment borcu yarandığını və Şabran Rayon Məhkəməsinin 3(031)-125/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 04 mart 2020-ci il tarixdə, 3(031)-207/2020 nömrəli inzibati xəta haqqında işi üzrə isə 06 may 2020-ci il tarixdə qəbul edilmiş qərarlarını bu günədək icra edə bilmədiyini bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X1 Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Şabran Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla 22 iyun 2020-ci il tarixdən başlayaraq 23 noyabr 2012-ci il təvəllüdlü X12 və 12 noyabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməli olduğunu və Şəxs həmin icra vərəqəsini icra etməkdən qərəzli olaraq boyun qaçırdığı üçün hazırda sözü gedən icra vərəqəsi üzrə 3300 (üç min üç yüz) manat məbləğində ödənilməmiş aliment borcu yarandığını göstərmiş və Şəxs barəsində təbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla 22 iyun 2020-ci il tarixdən başlayaraq 23 noyabr 2012-ci il təvəllüdlü X12 və 12 noyabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq Şabran Rayon Məhkəməsinin 3(031)-125/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 04 mart 2020-ci il tarixdə qəbul olunmuş qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq Şabran Rayon Məhkəməsinin 3(031)-125/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 04 mart 2020-ci il tarixdə qəbul olunmuş qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəxs 26 may 2021-ci il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla 22 iyun 2020-ci il tarixdən başlayaraq 23 noyabr 2012-ci il təvəllüdlü X12 və 12 noyabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 verilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində 13 noyabr 2020-ci qərarla icraata başlanılmış, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 icranı könüllü təmin etməmiş, icranın təmin edilməməsi səbəbi kimi maddi vəziyyətinin pis olmasını göstərmiş və hazırda onun Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-535/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə 3300 (üç min üç yüz) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev X13 Rayon Məhkəməsinin 3(031)-125/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 04 mart 2020-ci il tarixdə qəbul olunmuş qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq həmin inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını qanuni qüvvəyə mindiyi gündən 25 (iyirmi beş) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev X13 Rayon Məhkəməsinin 3(031)-125/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 04 mart 2020-ci il tarixdə qəbul olunmuş qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq həmin inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını da qanuni qüvvəyə mindiyi gündən 25 (iyirmi beş) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Göstərilənlərlə yanaşı Şəxs oğlunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 (iyirmi beş) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokolu tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni həmin Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 115, 117, 128, 130, 528.1 və 529.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.
3. İnzibati həbsdə saxlama müddətinin əvvəli 26 may 2021-ci il tarixdən, saat 12:10dan hesablansın. 4.Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.
5. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Çingiz İsgəndərov