Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-248/2023 25.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X17 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Qərardan şikayət verən şəxs X4 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) nümayəndəsi X2 iştirakları ilə X4 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 xx.xx.2023-cü il tarixdə şikayət ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsində yuxarıda qeyd edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət və ona əlavə edilmiş sənədlər üzrə 3(031)-248/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət haqqında iş başlanılmış və həmin iş üzrə Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərara əsasən X4 şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi işə başlanmış inzibati xəta haqqında işə əməldə inzibati xəta tərkibi olmaması səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-391/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərara əsasən apelyasiya şikayəti qismən təmin edilmiş və Şabran Rayon Məhkəməsinin 3(031)-248/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarı ləğv edilərək, işə yenidən baxılması üçün material Şabran Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. X8 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətini onunla əsaslandırılmışdır ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, guya xx.xx.2023-cü il tarixdə qadağan olunmuş yerdə qadağan olunmuş vasitə ilə, yəni Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində sintetik tor ilə balıq ovladığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (bir min) manat məbləğində cərimə növümdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarı poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almışdır və inzibati tənbeh vermə haqqında qərar ilə razı deyildir. Belə ki, sözü gedən qərardan əvvəl 24 may 2023-cü il tarixdə poçt vasitəsi ilə ona 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 02 (iki) ədəd sənəd göndərilmişdir. İlk sənəd ona qarşı iddia tələbi, ikinci sənəd isə xx.xx.2023-cü il tarixdə, saat 11:00-da 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilməsi barədə məktub olmuşdur. İddia tələbində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində balıq ovlama biletinin və moratoriumun tələbləri pozularaq 15 (on beş) ədəd müxtəlif cinsli balığın ovlanması faktı müəyyən edilmiş və nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 128 nömrəli Qərarına əsasən 451 (dörd yüz əlli bir) manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyan onun tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq bank hesabına ödənilməlidir. İddia tələbinin sonunda təbiətə dəymiş ziyanın iddia hesabatı əlavə edildiyi qeyd edilsə də, həmin hesabat göndərilməmişdir. Dəvət məktubunda isə xx.xx.2023-cü il tarixdə Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində balıq ovlama biletinin və moratoriumun tələblərini pozaraq balıq ovlaması faktı ilə əlaqədar xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunması və həmin protokolun ona göndərildiyi qeyd edilsə də, həmin protokolda ona təqdim edilməmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə xx.xx.2023-cü il tarixli dəvət məktubunda göstərilmiş məlumatlar bir-birinə ziddiyyət təşkil edir. Belə ki, məktubda onun guya balıq ovlama biletinin və moratoriumun tələblərini pozaraq balıq ovlaması göstərilsə də, inzibati tənbeh vermə haqqında qərarda artıq onun qadağan olunmuş yerdə qadağan olunmuş vasitə ilə, yəni Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində sintetik tor ilə balıq ovladığı göstərilmiş və artıq bu əsasla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (bir min) manat məbləğində cərimə növümdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı o, əlavə olaraq onu qeyd etmişdir ki, uzun müddətdir ki, ailə üzvləri və bir neçə işçi ilə birlikdə balıqcılıq ilə məşğul olaraq ailələrini dolandırıblar. Lakin xx.xx.2023-cü il tarixdə onların qayığında sintetik tor və balıq olmayıb, bu 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qurmasıdır. Onlar 30 aprel 2023-cü il tarixdən etibarən balıq ovu ilə məşğul olmurlar. Xəzər dənizinin sakit olmaması səbəbi ilə köhnədən dənizə atdıqları torları yığa bilmədikləri üçün, dəniz sakitləşdikdən sonra xx.xx.2023-cü il tarixdə həmin torları yığmışdılar. Qayığın ilk sahibi mərhum qardaşı 1-ci Qarabağ Müharibəsi qazisi X7 olmuş, və o, vəfat etdikdən sonra hal-hazırda həmin qayığa sahiblik edən onun oğlu 2-ci Qarabağ Müharibəsi iştirakçısı Nahid Fərzəliyevdir. Həmin qayıq vasitəsi ilə tutulan balıq qayıq sahiblərinin ailələrindən başqa bacısı oğlu 2-ci Qarabağ Müharibəsinin qazisi (ayağını itirib) Samir Dünyamalıyevin ailəsini və qayıqda fəhləlik edən Fərid Qəmbərovun 1-ci Qarabağ müharibəsində itkin düşmüş qardaşının ailəsini dolandırırdı. X8 bu halların nəzər alınmasını və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X8 şikayət ərizəsini müdafiə edərək göstərmişdir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona səlahiyyətlərini təsdiq edən hər-hansı bir sənədi təqdim etmədikləri üçün onların tələbi əsasında dayanmayıb və 18 may 2023-cü il tarixdə onlar tərəfindən aşkar edilərək götürülmüş balıqlar və sintetik tor ona məxsus deyildir. Xahiş edir ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq 18 may 2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən götürülmüş balıqların və torun onun olduğu qayığa necə düşdüyünü bilmədiyini, ola bilsin ki həmin balıqları və toru 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının özlərinin onun qayığına qoyduqlarını, ilk öncə adını demək istəməsə də, həmin sözü gedən torun və balıqların "Xalid" adlı şəxsə məxsus olduqlarını, "Xalid" adlı şəxsin maddi vəziyyətinin ağır olması səbəbi ilə cərimə olunacağı təqdirdə çətin vəziyyətə düşəcəyi üçün onun adını vermək istəmədiyini və 18 may 2023-cü il tarixdə Xəzər dənizindən balıq ovu ilə məşğul olmadığını göstərmişdir. Qərarından şikayət verilən orqan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, inzibati xəta hadisəsini özündə əks etdirən "DVD" diskdəki videodan da göründüyü kimi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 18 may 2023-cü il tarixdə onların tələbi əsasında qayığı saxlamamış X4 olduğu qayıqdan balıqlar və toru götürüblər. Videogörüntünün ilk dəqiqələrində həmçinin görünür ki, X8 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından tora toxunmamalını tələb edir. Bu halları nəzərə alaraq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 01 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisləri (mühafizə yegerləri) Şahid1 və Şahid2 məhkəmə iclasında iştirakı tərəflərində təmin edilsə də, 19 may 2023-cü il tarixdə tərtib edilmiş 79726 nömrəli aktı tərtib etmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin digər əməkdaşları məsləhətçi müfəttiş Cavid Məmmədovun hazırda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hesabına Yaponiya Dövlətində magistratura səviyyəsində təhsil adlığını, baş məsləhətçi Adil Məcidovun isə məzuniyyətdə olmaları səbəbi ilə məhkəmə iclasında iştiraklarının təmin edilməsinin mümkün olmadığını, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 18 may 2023-cü il tarixdə götürülmüş 01 ədəd sintetik torun və inzibati xəta hadisəsini özündə əks etdirən "DVD" diskin məhkəmə iclasına gətirildiyi, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 18 may 2023-cü il tarixdə müsadirə edilmiş balıqların VÖEN əsasında fəaliyyət göstərən kafeyə təhvil verildiklərini, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 18 may 2023-cü il tarixdə 04 ədəd kefal, 03 ədəd adi siyənək, 03 ədəd kütüm, 01 ədəd dəniz sıfı olmaqla, ümumilikdə 11 ədəd ovlanmış balığın müsadirə edildiyini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında inzibati xətanın törədilməsində alət predmetlərin müsadirə edilməsi nəzərdə tutulduğu üçün istifadəsi qadağan edilmiş 01 ədəd sintetik torun tərəflərindən müsadirə edildiyini, həmin torun istifadəsinin qadağan edilməsi səbəbi ilə tərəflərindən geri qaytarılmasının mümkün olmadığını, 01 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş əmlaklarla bağlı müvafiq qeydlər aparılmasa da, bu barədə müvafiq aktların tərtib edildiyini, tərəflərindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 18 may 2023-cü il tarixdə götürülmüş balıqların və torun müsadirəsi ilə bağlı məhkəməyə müraciət edilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisi (mühafizə yegeri) Şahid1 öz izahatında göstərmişdir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə keçirilən nəzarət tədbirləri zamanı X1 müşahidə ediblər və o, Xəzər dənizindən çıxdığı zaman ona yaxınlaşaraq qayığa baxış keçirmək üçün özlərini təqdim ediblər. X8 onlara məhəl qoymasa da, onlar müvafiq videoçəkilişlə qayıqdan ovlanmış balıqları və 01 ədəd sintetik toru götürüblər. Bundan sonra 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müvafiq sənədləşmə işləri aparılıb. Məhkəmə iclasında şahid qismində iştirak edən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisi (mühafizə yegeri) Şahid2 öz izahatında bildirmişdir ki, onlar xx.xx.2023-cü il tarixdə X4 qayığına yaxınlaşaraq qayığın tərəflərindən yoxlanılması məqsədi ilə dayanmasını istəyiblər, X8 buna şərait yaratmasa da, sözü gedən qayıqdan balıqları və toru götürüblər. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarında olan və iş materiallarına əlavə edilmiş sənədləri əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 79726 nömrəli aktın surətindən görünür ki, 18xx.xx.2023-cü il tarixlərdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama nəticəsində X4 qayığından 01 (bir) ədəd 100 (bir yüz metr) uzunluqda sintetik tor və 15 (on beş) ədəd müxtəlif cinsli balıq maddi sübut kimi götürülmüşdür. - 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə qadağan olunmuş yerdə qadağan olunmuş vasitə ilə, yəni Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində sintetik tor ilə balıq ovlamışdır. - xx.xx.2023-cü il tarixdə çəkilmiş fotoşəkillərdan görünür ki, həmin tarixdə X8 qayğında hər-hansı bir tor və ya balıq görünmür. - İnzibati xəta hadisəsini özündə əks etdirən "DVD" diskdəki videodan görünür ki, X4 olduğu və traktorun qoşqusuna yüklənərək quruda hərəkətdə olan qayıqdan mülki geyimdə olan şəxslər 02 (iki) kisə götürürlər. Kisələrin birinin içindən tor, digərinin içərisindən isə balıqlar aşkar edilir. - xx.xx.2023-cü il tarixli, Ç-İM/4423-056-1056 nömrəli iddia tələbinin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində balıq ovlama biletinin və moratoriumun tələbləri pozularaq 15 (on beş) ədəd müxtəlif cinsli balığın ovlanması faktı müəyyən edilmiş və nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 may 2021-ci il tarixli, 128 nömrəli Qərarına əsasən 451 (dörd yüz əlli bir) manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyan X8 tərəfindən 10 (on) gün müddətində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq bank hesabına ödənilməlidir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə müsadirə edilmiş 04 (dörd) ədəd kefal, 03 (üç) ədəd adi siyənək, 03 (üç) ədəd kütüm, 01 (bir) ədəd dəniz sıfı olmaqla ümumilikdə 11 (on bir) ədəd ovlanmış balıq "Dəniz" adlı kafenin sahibi X11 təhvil verilmişdir. - 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə qadağan olunmuş yerdə qadağan olunmuş vasitə ilə, yəni Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində sintetik tor ilə balıq ovlaması səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (bir min) manat məbləğində cərimə növümdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Ç-BM/4423-326 nömrəli, 02 iyun 2023-cü il tarixli məktubun surətindən görünür ki, həmin müşayiət məktubu ilə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar poçt vasitəsi ilə ünvan 1 ünvanında yaşayan X6 göndərilmişdir. - X4 xx.xx.2023-cü il tarixli şikayətindən görünür ki, o, şikayətlə Şabran Rayon Məhkəməsinə müraciət edərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə götürülmüş 01 (bir) ədəd sintetik tor məhkəmə iclasında X6 təqdim edilmiş və X8 həmin torun ona məxsus olmadığını bildirmişdir. Bundan sonra həmin 01 (bir) ədəd sintetik tor 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına geri qaytarılmışdır. Azərbaycan Respublikasının “Balıqçılıq haqqında” xx.xx.1998-ci il tarixli, 457-İQ nömrəli Qanununun 6-cı maddəsinə əsasən balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün istifadə edilən su hövzələri - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi; çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti; dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektləri -balıqçılıq su obyektləridir. Su obyektlərinin balıqçılıq ehtiyatları üçün istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Balıq və digər su bioresursları ovunun Qaydaları” nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun” Qaydalarının 1.3.1-cü hissəsində göstərilir ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi balıq və digər su bioresurslarının ovu üçün istifadə edilən balıqçılıq su obyektidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, Ç- İM/4423-056-1056 nömrəli iddia tələbində X4 xx.xx.2023-cü il tarixdə Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində balıq ovlama biletinin və moratoriumun tələbləri pozularaq 15 (on beş) ədəd müxtəlif cinsli balığın ovlanması faktı müəyyən edildiyinin göstərilməsinə baxmayaraq, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 xx.xx.2023-cü il tarixdə lakin qadağan olunmuş yerdə qadağan olunmuş vasitə ilə, yəni Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində sintetik tor ilə balıq ovladığı göstərilmişdir. Bununla yanaşı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən hadisə ilə bağlı akt xx.xx.2023-cü il tarixdə tərtib edilmiş (həmin aktın təsviri-əsaslandırıcı hissəsində 18 və xx.xx.2023-cü il tarixlər göstərilməklə) aktda 100 (bir yüz metr) uzunluqda sintetik torun və 15 (on beş) ədəd müxtəlif cinsli balıqların maddi sübut kimi götürüldükləri qeyd edilsə də, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında 100 (bir yüz metr) uzunluqda sintetik torun və 11 (on bir) ədəd balığın tərəflərindən məhkəmə qərarı olmadan müsadirə edildiyini bildirmiş, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktda əsasən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə müsadirə edilmiş 04 (dörd) ədəd kefal, 03 (üç) ədəd adi siyənək, 03 (üç) ədəd kütüm, 01 (bir) ədəd dəniz sıfı olmaqla ümumilikdə 11 (on bir) ovlanmış balıq "Dəniz" adlı kafenin sahibi X11 təhvil verildiyi aşkar edilmişdir, yerdə qalan 04 (dörd) balığın aqibəti ilə bağlı sənədlər, o cümlədən xx.xx.2023-cü il tarixdə götürülmüş 100 (bir yüz metr) uzunluqda torun sintetik olub-olmaması və 15 (on beş) ədəd balıqların cinslərinin müəyyən edilməsi ilə bağlı keçirilmiş ekspertizaların və yaxud alınmış mütəxəssis rəyləri məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 26.3-cü maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459- 1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. 44-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsi qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə xx.xx.2016-cı il tarixli, 795 nömrəli Fərmanının: 5.23-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə xx.xx.2016-cı il tarixli, 795 nömrəli Fərmanı ilə həmçinin səlahiyyətli orqanlara aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 xx.xx.2023-cü il tarixdə qadağan olunmuş yerdə qadağan olunmuş vasitə ilə, yəni Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində sintetik tor ilə balıq ovlaması səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (bir min) manat məbləğində cərimə növümdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə götürülmüş 100 (bir yüz metr) uzunluqda sintetik tor və 15 (on beş) ədəd müxtəlif cinsli balıqlar müvafiq məhkəmə qərarı olmadan müsadirə edilmiş və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli, Ç-İM/4423-056-1056 nömrəli iddia tələbində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xəta əməlindən fərqli olaraq X4 xx.xx.2023-cü il tarixdə Xəzər dənizinin Şabran rayonunun Yalavac kəndi ərazisi istiqamətində yerləşən sahilində balıq ovlama biletinin və moratoriumun tələbləri pozularaq 15 (on beş) ədəd müxtəlif cinsli balığın ovlanması faktı müəyyən edildiyi göstərilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 79726 nömrəli aktda 18-xx.xx.2023-cü il tarixlərdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının X6 məxsus qayığa baxış keçirdikləri qeyd edilsə də, inzibati xəta hadisəsini özündə əks etdirən "DVD" diskdəki videodan görünür ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözü gedən qayığa hər-hansı bir baxış keçirilməmiş, traktorun qoşqusuna yüklənərək quruda hərəkətdə olan qayıqdan balıqlar və tor götürülmüşdür və məhkəmə iclasında şahid qismində iştirak edən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisi (mühafizə yegeri) Şahid2 öz izahatında inzibati xəta hadisəsinin xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə törədildiyini bildirmişdir. X8 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətdə və məhkəmə iclasında verdiyi izahatda xx.xx.2023-cü il tarixdə Xəzər dənizində balıq ovu ilə məşğul olmamasını, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona hər-hansı bir vəsiqə təqdim etməməlirini, onun olduğu qayıqdan aşkar edilərək götürülmüş balıqların və torun ona məxsus olmamasını əsas gətirərək, sözü gedən qərarın ləğv edilməsini xahiş etmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən isə X4 xx.xx.2023-cü il tarixdə Xəzər dənizində balıq ovu ilə məşğul olmasını və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə götürülmüş 100 (bir yüz metr) uzunluqda sintetik tor və 15 (on beş) ədəd müxtəlif cinsli balıqların ona məxsus olmasını təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılarkən gəlinmiş nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən, yəni inzibati xəta hadisəsinin hansı tarixdə (xx.xx.2023 ya xx.xx.2023-cü il tarixdə), kimin tərəfindən (X8 məhkəmə iclasında onun olduğu qayıqdan aşkar edilərək götürülmüş balıqların və torun "Xalid" adlı şəxsə məxsus olduğu bildirmişdir) törədildiyi və törədilmiş inzibati xətanın mahiyyətinin nədən ibarət olması (xx.xx.2023-cü il tarixli, Ç-İM/4423-056-1056 nömrəli iddia tələbi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X8 tərəfindən mahiyyətcə fərqli inzibati xəta əməllərinin törədilməsi qeyd edilmişdir) əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26 və 43-cü maddələrində və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə xx.xx.2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.23 və 6-cı bəndlərində öz əksini tapmış məhkəmə aidiyyatı ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinin müvafiq kobud şəkildə pozulmaqla səlahiyyəti olmadan əsassız olaraq xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X8 barəsində faktiki olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirəsi tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldığı zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X4 şikayəti təmin edilməli və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş qanunvericiliyin tələblərinə əməl olunması üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. X19
Məhkəmə qərarları › İş №3(031)-248/2023
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-248/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver