Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-255/2025 30.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X12 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X12 yuxarıda qeyd edilmiş şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli sərəncamına əsasən Şabran şəhəri, H. Əliyev prospektində xx.xx.2025-ci il tarixli, 90276 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolda göstərilmişdir ki, Şabran şəhəri, H. Əliyev prospektində xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışla Vasif Orucova məxsus torpaqda 1 ədəd 40 santimetr inkişafda olan göyrüş ağacı kəsilib, digəri 52santimetr diametrində inkişaf səviyyəsindən qalacaq dərəcəsinədək zədələnmişdir. Nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə qərara alınmışdır ki, fiziki şəxs X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarda göstərilir ki, Şabran şəhəri, H. Əliyev prospektində meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə və məhv edilməsinə görə, X12 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərardan şikayət verən şəxs X12 xx.xx.2025-ci il tarixli, 90276 nömrəli akt, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətimdə Şabran şəhəri ərazisində 0.003 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsini digər vətəndaşdan alıb. Maddi imkanı olmadığından həmin torpaq sahəsində heç bir tikinti işləri apara bilməmiş, həmin ərazini hasara belə almamışdır. Yəni, 0.003 hektar torpaq sahəsi boş ərazidir. Bu səbəbdən də həmin əraziyə tez-tez gediş-gəlişi yoxdur. O, arada bir gəlib həmin əraziyə nəzarət edir. O, həmin torpaq sahəsini alanda qeyd olunan 02 (iki) ədəd ağaclar həmin ərazidə mövcud idi. Ona məxsus 0.003 hektar torpaq sahəsində mövcud olan 02 (iki) ədəd ağacları o, kəsməyib. Birincisi həmin ərazidə hər hansısa tikinti işləri aparmayıb ki, həmin ağacları kəssin, ikincisi isə o, heç vaxt həmin ağacları özbaşına olaraq kəsməzdi. Qeyd etdiyi kimi həmin torpaq sahəsinə tez-tez baş çəkə bilmədiyindən həmin ağacların kim tərəfindən kəsilməsindən xəbərsizdir. Şabran Rayon Polis Şöbəsi tərəfindən şöbəyə dəvət ediləndən sonra, ona ağacların kəsilməsi barədə məlumat verildikdə o, ağacların kəsilməsindən xəbərdar olub. Həmin məsələ ilə bağlı Şabran Rayon Polis Şöbəsində də müvafiq araşdırılma aparılmış və o, həmin ağacların kim tərəfindən kəsilməsindən xəbərsiz olduğunu orada bildirmişdir.. Əgər ağacları kəsən şəxs müəyyən oluna bilmirsə onun məsuliyyətini niyə o daşımalıdır? Həmin ağacların kəsilməsində onun heç bir təqsirli hərəkəti və hərəkətsizliyi yoxdur. Həmin torpaq sahəsinə gediş-gəlişim az olduğundan, həmin ərazi boş ərazi olduğundan tərəfindən həmin ərazinin kənar müdaxilələrdən qoruması qeyri-mümkündür. O, bütün günü həmin ərazidə dayanıb ağacları mühafizə etməli deyil. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi istəyirdisə həmin ağacları çıxarıb başqa ərazidə əkərdi. Onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində ağacların kəsilməsi müəyyən edilmədiyi halda, ona cərimə yazılması və maddi ziyan hesablanması yolverilməzdir. xx.xx.2025-ci il tarixli, 90276 nömrəli akta və inzibati xəta haqqında protokola nəzər saldıqda da, görünür ki, həmin ağacların onun tərəfindən kəsilməsinə dair heç bir qeyd yoxdur. 02 (iki) ədəd ağacların onun tərəfimdən kəsilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi heç bir dəlil gətirmədən onu əsassız olaraq cərimə etmişdir. Belə bir sual meydan çıxır o qədər dövlətə və bələdiyyəyə məxsus boş torpaq sahələri vardır ki, həmin ərazilərdə hər hansısa kənar şəxslər qanunsuz olaraq ağac kəsdikdə ağacı kəsən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunmalıdır, yoxsa dövlət və bələdiyyə məsuliyyətə cəlb olunmalıdır? Qeyd etdiyi kimi onun hərəkətlərində inzibati xəta tərkibi olmamışdır. Ona cərimə yazılması qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının əlində onun həmin ağacları kəsməyi barədə hərhansısa sübut vardırsa məhkəməyə təqdim edə bilərlər. Lakin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə heç bir sübut təqdim edə bilməz. Çünki onun tərəfindən və yaxud göstərişi ilə heç bir ağac kəsilməmişdir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X12 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Şabran şəhəri, H. Əliyev prospektində xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışla Vasif Orucova məxsus torpaqda 1 ədəd 40 santimetr inkişafda olan göyrüş ağacı kəsilib, digəri 52 santimetr diametrində inkişaf səviyyəsindən qalacaq dərəcəsinədək zədələndiyi üçün X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Söz gedən inzibati tənbeh vermə haqqında qərardan X12 tərəfindən verilmiş şikayətin əsassız olduğunu nəzərə alaraq rədd edilməsini və qərarın dəyişdirilmədıən qüvvədə saxlanılmasını xahiş edir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışa əsasən X8 məxsus torpaq sahəsində 01 (bir) ədəd 40 santimetr inkişafda olan göyrüş ağacının kəsilməsi və 01 (bir) ədəd 52 santimetr diametrində inkişaf səviyyəsindən qalacaq dərəcəsinədək zədələnməsi anının əks olunduğu videogörüntünün onlarda olmadığını, həmin ağacların kəsildiyi və zədələndiyi torpaq sahəsinin X5 adına olduğu üçün barəsində akt və inzibati xəta haqqında protokol tərtib edildiyini və həmin sənədlər əsasında da inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyini göstərmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya X1 şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, o, ünvan 1i ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, X5 tam mülkiyyətində Şabran şəhərinin ərazisində yerləşən **********99 reyestr nömrəli 0.003 hektar torpaq sahəsi vardır (torpaq sahəsinin mülkiyyət növü – xüsusi). - xx.xx.2025-ci il tarixli, 90276 saylı aktdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Şabran şəhərinin Heydər Əliyev prospektində keçirilmiş baxış nəticəsində 01 (bir) ədəd 40 santimetr inkişafda olan göyrüş ağacının kəsildiyi, digər 01 (bir) 52 santimetr diametrində ağacın isə inkişaf səviyyəsindən qalacaq dərəcəsinədək zədələndiyi aşkar edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “Şabran şəhəri, H. Əliyev prospektində xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışla Vasif Orucova məxsus torpaqda 1 ədəd 40 santimetr inkişafda olan göyrüş ağacı kəsilib, digəri 52 santimetr diametrində inkişaf səviyyəsindən qalacaq dərəcəsinədək zədələnmişdir”. Bu səbəbdən də X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 şəhəri, H. Əliyev prospektində meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə və məhv edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - İnzibati xəta hadisəsini əks etdirən fotoşəkillərdən görünür ki, 1 ədəd 40 santimetr inkişafda olan göyrüş ağacı kəsilib, digəri 52 santimetr diametrində inkişaf səviyyəsindən qalacaq dərəcəsinədək zədələnib. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərardan şikayət verən şəxs X5 xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən 01 (bir) ədəd ağacın kəsilməsini, digərinin isə zədələnməsini, yəni inzibati xəta hadisənin mövcud olmasını təsdiq edən sübutlar (fotoşəkillər, akt və inzibati xəta haqqında protokol) məhkəməyə təqdim edilsə də, sözü gedən inzibati xəta əməlinin məs X12 tərəfindən törədilməsini, yəni X5 mülkiyyətində olan torpaq sahəsində yerləşən 01 (bir) ədəd ağacı kəsməsini, digərini isə zədələməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı X2 rayonu, Sumağa kəndi ünvanında qeydiyyatdadır və məhkəmə iclasında da Şabran şəhəri, H. Əliyev prospektində yerləşən mülkiyyətində olan torpaq sahəsinə tez-tez gedə bilmədiyini, həmin torpaq sahəsinin hasara alınmadığını və sadəcə arada bir həmin torpaq sahəsinə baş çəkdiyini göstərmiş və həmin torpaq sahəsində olan ağaıcların onun tərəfindən və ya onun göstərişi ilə kəsilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Yuxarıda istinad edilən normaların məzmununda da aydın görünür ki, X12 tərəfindən meşə fonduna daxil olmayan ağac və ya kollar qanunsuz kəsildiyi (götürüldüyü) və ya məhv edildiyi təqdirdə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilə bilərdi. Halbuki, məhkəmə iclasında onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbirinin tətbiqinə dair qərar qəbul edilərkən, protokolda və qərarda qeyd edilmiş inzibati xətanın X12 tərəfindən törədildiyini təsdiqləyən mötəbər sübutların olmadığı açıq şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərində olsa da, sonuncu X12 tərəfindən mülkiyyətində olan torpaq sahəsində yerləşən 01 (bir) ədəd ağacı kəsərək, digərini isə zədələyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə X12 əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28366019 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Fərdi identifikasiya nömrəsi “7PLG9S9” olan, xx.xx.2002-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və faktiki olaraq ŞAbran şəhəri, X18 küçəsi, ev 14 ünvanında yaşayan X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №3(031)-255/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-255/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver