Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-26/2021 10.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120 olan Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X2 tərəfindən qəbul edilmiş 07 yanvar 2021-ci il tarixli, 01400/0052 nömrəli qərardada əsasən Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş 07 yanvar 2021-ci il tarixli, 01400-0052/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Rusiya Federasiyasının Moskva səhərində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətimdən hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120 olan Şəxs (VÖEN: **********) ünvanına **********4624 nömrəli gömrük bəyannaməsi ilə 09 (doqquz) vaqonda (vaqon № 95999520, 95630794, 95890034, 95920120, 95737136, 95497350, 95498473, 91106765 və ********) idxal olunmuş, ümumilikdə 672400 kiloqram çəkidə və 123049,20 ABŞ dolları dəyərində “ərzaqlıq buğda” yükünə 04 yanvar 2021-ci il tarixdə Dəvəçi səhəri ərazisində yerləşən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarın yerləşdiyi ərazidə baxış keçirildiyi zaman sözü gedən vaqonlarda olan yüklərin gömrük orqanının icazəsi olmadan və gömrük rəsmiləşdirilməsi başa çatdırılmadan vaqonlardan boşaldılaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarına daşındığı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Əməliyyatları idarəsinin Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin 06 yanvar 2021-ci il tarixli, 34/012/000026 saylı raportu və hüquq şəxsin nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 izahatında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mal təchizatçısı vəzifəsini icra etdiyini, 31 dekabr 2020-ci il tarixdə Rusiya Federasiyası, Moskva səhəri, Ordinka küçəsi 8/1, ev 6 ünvanında qeydiyyatda olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına **********4624 nömrəli gömrük bəyannaməsi üzrə 09 (doqquz) vaqonda (vaqon № 95999686, 95965356, 95313383, 95291589, ********. 95687414, və ********) ümumilikdə 672400 kiloqram çəkidə və 123049,20 ABS dolları dəyərində “ərzaqlıq buğda’’ yükü idxal edildiyini, idxal olunmuş buğda yükünü daşıyan vaqonların Şabran rayonunun ərazisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarın yaxınlığına gətirildiklərini, həmin yüklərin ölkə ərazisinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbara çatdırılmasının bayram günlərinə təsadüf etdiyi üçün yüklərin gömrük rəsmiləşməsi prosesinin bir qədər uzun çəkməsi və havanın da soyuq olması səbəbi ilə sözü gedən yüklərin nəmlənməsinin qarşısının alınması məqsədi ilə gömrük əməkdaşlarının gəlməsini və gömrük rəsmiləşdirilməsi prosesinin yekunlaşmasını gözləmədən vaqonları açılaraq içərisindəki “ərzaqlıq buğda” yükünü “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarlara boşaldıldığını göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsinin təhqiqatçısı X4 tərəfindən tərtib olunmuş 07 yanvar 2021-ci il tarixli, 01400-0052/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Rusiya Federasiyasının Moskva səhərində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətimdən hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120 olan Şəxs (VÖEN: **********) ünvanına **********4624 nömrəli gömrük bəyannaməsi ilə 09 (doqquz) vaqonda (vaqon № 95999520, 95630794, 95890034, 95920120, 95737136, 95497350, 95498473, 91106765 və ********) idxal olunmuş, ümumilikdə 672400 kiloqram çəkidə və 123049,20 ABŞ dolları dəyərində “ərzaqlıq buğda” yükünə 04 yanvar 2021-ci il tarixdə Dəvəçi səhəri ərazisində yerləşən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarın yerləşdiyi ərazidə baxış keçirildiyi zaman sözü gedən vaqonlarda olan yüklərin gömrük orqanının icazəsi olmadan və gömrük rəsmiləşdirilməsi başa çatdırılmadan vaqonlardan boşaldılaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarına daşındığı aşkar edildiyindən, “Şəxs" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsində, daşınmasında, yüklənməsində, boşaldılmasında, bir yerdən başqa yerə yüklənməsində, qablaşdırılmasında, qablaşdırma zədələrinin düzəldilməsində, yenidən qablaşdırılmasında və ya daşınma üçün qəbul edilməsində, həmin mallardan prob və nümunələr götürülməsində, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasında ifadə olunan əməli törətməsi sübuta yetirilmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə tövsif edilməli və Şəxs barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 491.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №3(031)-26/2021
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-26/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver