Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-273/2025 23.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X8 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X17 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, qərardan şikayət verən şəxs X8 xx.xx.2025-ci il tarixində aldığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini İkram Rəhmanovun xx.xx.2025-ci il tarixli, Ç-BM/4425-306 saylı məktubu ilə, ona Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı göndərilmişdir. Qanunsuz qəbul olunmuş qərarda qeyd edilmişdir ki, “Şabran şəhəri M.Ə. Rəsulzadə küçəsində yerləşən "Nərgiz" kafesinin yaxınlığı, yaşıllıq ərazidə tikinti və abadlaşdırma işləri aparılarkən 04 (dörd) ədəd (hər bir ağacın və ya kolların zədələnməsinə görə) liqustrum kolu zədələnmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddəsi rəhbər tutularaq qərara alınmışdır ki, X12 (vəzifəli şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1600 (min altı yüz) manat məbləğində inzibati cərimə tənbeh növü kimi tətbiq edilsin". Qərardan şikayət verən şəxs X17 qəbul olunmuş qərar ilə razı deyil. Sözü gedən obyekt, yəni "Nərgiz" kafesinin yerləşdiyi ərazis Dəvəçi rayon Dəvəçi Bələdiyyəsi (hal-hazırda Şabran rayon Şabran Bələdiyyəsi) tərəfindən xx.xx.2005-ci İİ tarixində X4 iaşə obyekti tikmək üçün 30 kvadrat metr torpaq sahəsi kimi satılmışdır. Həmin torpaq sahəsinin üzərində iaşə obyekti tikilmişdir. xx.xx.2024-cü il tarixində X6 həmin obyektin idarə edilməsini etibarnamə əsasında X13 həvalə etmişdir. Şabran şəhərinin M.Ə. Rəsulzadə küçəsi ərazisində yerləşən "Nərgiz" kafesi onun sahibliyində və mülkiyyətində deyil, onun vergi orqanlarında mövcud olan uçot baza məlumatlarına əsasən "içki və tütün məmulatlarıda daxil olmaqla əsasən yeyinti məhsullarının ixtisaslaşdırılmamış mağazalarında pərakəndə satışı" əsas "Buğdanın becərilməsi" digər fəaliyyəti növü üzrə vergi ödəyicisi kimi fəaliyyəti var, kafe işlədilməsi ilə əlaqədar, vergi orqanlarında uçotda deyildir. Kolların kimin tərəfindən kəsilməsi barədə də məlumatı yoxdur. Yuxarıda qeyd etdiklərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçilərinə bildirsə də, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri tərəfindən tərtib olunmuş 90048 saylı aktda, onun dedikləri qeyd edilməmiş və əsassız inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib etmişdir. Sonradan yuxarıda qeyd etdiyi akt və protokolu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini İkram Rəhmanovun xx.xx.2025-ci il tarixli, Ç-BM/4425- 259 saylı məktubu ilə ona göndərmişdir. Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən ,hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsinə əsasən, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə görə - fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. O, inzibati xətanı törətməmişdir, həmin xətanın onun tərəfindən törədilməsi barədə qarşı tərəfin sübutu yoxdur, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsi onun barəsində düzgün tətbiq edilməmişdir, həmin maddəyə əsasən, vəzifəli şəxslər dörd yüz manat miqdarında cərimə olduğu halda, ona 1600 (min altı yüz) manat məbləğində cərimənin tətbiq edilməsi inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir. Qərardan şikayət verən şəxs X17 bu halların nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X17 şikayətinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2025-ci il tarixli akt və fotoşəkillər əsasında tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X17 tərəfindən Şabran şəhərinin X21 küçəsi ərazisində yerləşən “Nərgiz” adlı kafenin yaxınlığında yaşılıq ərazidə tikinti və abadlaşdırma işləri aparılarkən 04 (dörd) ədəd (hər bir ağacın və kolların zədələnməzinə görə) ligustrum kollarının zədələndiyi üçün sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində vəzifəli şəxs kimi 1600 (min altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X8 həmin qərardan verdiyi şikayətin əsassız olduğunu nəzərə alaraq şikayətin rədd edilməsi və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına Şabran şəhərinin X21 küçəsi ərazisində yerləşən “Nərgiz” adlı kafedə və yaxud həmin kafenin yaxınlığında aparılan tikinti və abadlaşdırma işlərinin, habelə “Nərgiz” adlı kafenin ona məxsus olduğunu demədiyini və həmin yerə baxış keçirildiyi zaman sözü gedən ərazinin yaxınlığında olduğu üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının yanlarında sadəcə müşahidəçi kimi dayandığını bildirmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X17 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Şabran Rayon Məhkəməsinə müraciət etməsinə və həmin şikayət üzrə işə açıq məhkəmə iclasında baxılmasının xx.xx.2025-ci il tarixə, saat 12:00-a təyin edilməsinə baxmayaraq, iş üzrə məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmış qərardan şikayət verən şəxs X8 məhkəmə iclasına gəlməməsi, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəmə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə alınmasını xahiş etməsi səbəbi ilə protokol qərardadla işə baxılma müddəti uzadılmış və məhkəmə iclası təxirə alınmışdır. Bununla yanaşı qərardan şikayət verən şəxs X17 hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərardan şikayətinə tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulmuş və ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə etmiş və protokol qərardadla həmin ərizə də təmin edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: - 90048 saylı, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində Şabran şəhərinin X21 küçəsi ərazisində yerləşən “Nərgiz” adlı kafedə keçirilmiş baxış nəticəsində oranın yaxınlığında yaşılıq ərazidə tikinti və abadlaşdırma işləri aparılarkən 04 (dörd) ədəd ligustrum kollarının zədələndiyi aşkar edilmişdir. Həmin aktda həmçinin X2 ona məxsus olduğunu bildirdiyi və X8 aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. - Fotoşəkillərdən görünür ki, Şabran şəhərinin X21 küçəsi ərazisində yerləşən “Nərgiz” adlı kafenin yaxınlığında yaşılıq ərazidə tikinti və abadlaşdırma işləri aparılarkən 04 (dörd) ədəd ligustrum kollarının zədələnmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “Şabran şəhəri M.Ə. Rəsulzadə küçəsində yerləşən “Nərgiz” kafesinin yaxınlığı yaşılıq ərazi, xx.xx.2024-cü il, saat 16:14, kafedə tikinti və abadlaşdırma işlri ilə bağlı 4 (dörd) ligustrum kolları kəsilərək zədələnmişdir”. Bu səbəbdən də VÖEN: ********** əsasında fəaliyyət göstərən X17 barəsində Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 tərəfindən Şabran şəhərinin X21 küçəsi ərazisində yerləşən “Nərgiz” adlı kafenin yaxınlığında yaşılıq ərazidə tikinti və abadlaşdırma işləri aparılarkən 04 (dörd) ədəd (hər bir ağacın və kolların zədələnməzinə görə) ligustrum kollarının zədələndiyi üçün sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində vəzifəli şəxs kimi 1600 (min altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - 3-21-2-10/2-R-1xx-xx/2025 saylı məktubdan görünür ki, X8 (VÖEN: **********) xx.xx.2025-ci il tarixli müraciəti əsasında xx.xx.2008-ci il tarixdən vergi ödəyicisi kimi 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alındığı və vergi orqanlarında mövcud olan uçot baza məlumatlarına əsasən "içki və tütün məmulatlarıda daxil olmaqla əsasən yeyinti məhsullarının ixtisaslaşdırılmamış mağazalarında pərakəndə satışı" əsas "Buğdanın becərilməsi" digər fəaliyyəti növü üzrə vergi ödəyicisi kimi uçotda olması və hal-hazırda fəaliyyətinin aktiv olması ona bildirilmişdir. - 01 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Dəvəçi (Şabran) bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı iclas protokolunun qərarına əsasən X5 iaşə obyekti tikintisi üçün ona verilmiş 30 (otuz0 kvadrat metr torpaq sahəsinin dəyəri 270 (iki yüz yetmiş) manat xx.xx.2005-ci il tarixdə bələdiyyəsinin kasasına ödənilmiş və ona xx.xx.2005-ci il tarixli, DRZ seriyalı, 138570 nömrəli kasa mədaxil orderi verilmişdir. AR-İİİ seriyalı, 511548 saylı etibarnamədən görünür ki, X1 Orxan Əskər oğlunun adına xx.xx.2024-cü il tarixdə xx.xx.2027-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 253.4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə - fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. 253.5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə görə - fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. 253-cü maddəsinin “Qeyd” – inin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kolların zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz. Məhkəmə, hazırki iş üzrə inzibati tənbeh vermə qərardan şikayətin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər 400 (dörd yüz) manat miqdarında cərimə nəzərdə tutulmasına baxmayaraq, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 1600 (min altı yüz) manat məbləğində cərimənin tətbiq edilməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsinin dispozisiyasına əsasən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğləri hər bir ağacın və ya kolların zədələnməsinə görə ayrı olaraq tətbiq edilir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinin “Qeyd” – inin 3-cü bəndinə əsasən tətbiq edilən inzibati cərimənin məbləği Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.4cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən isə manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Göründüyü kimi - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 04 (dörd) ədəd ligustrum kollarının zədələnməsi ilə bağlı hər bir kol üçün 400 (dörd) yüz manat olmaqla, ümumilikdə 1600 (min altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, iş üzrə akt, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 90048 saylı, xx.xx.2025-ci il tarixli aktdan X2 ona məxsus olduğunu bildirdiyi üçün barəsində inzibati xəta protokol və həmin protokol əsasında inizbati tənbeh vermə haqqında qərar qəbul edilsə də, X17 məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına Şabran şəhərinin X21 küçəsi ərazisində yerləşən “Nərgiz” adlı kafedə və yaxud həmin kafenin yaxınlığında aparılan tikinti və abadlaşdırma işlərinin, habelə “Nərgiz” adlı kafenin ona məxsus olduğunu demədiyini bildirmiş və iş materiallarında olan 3-21-2-10/2-R-1xx-xx/2025 saylı məktuba əsasən də X8 (VÖEN: **********) xx.xx.2025-ci il tarixli müraciəti əsasında xx.xx.2008-ci il tarixdən vergi ödəyicisi kimi 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alındığı və vergi orqanlarında mövcud olan uçot baza məlumatlarına əsasən "içki və tütün məmulatlarıda daxil olmaqla əsasən yeyinti məhsullarının ixtisaslaşdırılmamış mağazalarında pərakəndə satışı" əsas "Buğdanın becərilməsi" digər fəaliyyəti növü üzrə vergi ödəyicisi kimi uçotda olması və halhazırda fəaliyyətinin aktiv olması ona bildirilmişdir. İşin faktiki hallarından da göründüyü kimi, VÖEN: ********** əsasında fəaliyyət göstərən X17 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən həmin VÖEN ilə bağlı vəzifəli şəxs kimi cərimə edilsə də, Şabran şəhərinin X21 küçəsi ərazisində yerləşən “Nərgiz” adlı kafenin yaxınlığında aparılan tikinti və abadlaşdırma işlərinin onun tərəfindən həyata keçirilməsini, habelə Nərgiz” adlı kafenin onun tərəfindən işlədildiyini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bununla yanaşı xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda da inzibati xətanın 2024-cü ildə, yəni xx.xx.2024-cü il tarixdə törədildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərində olsa da, sonuncu Şabran şəhərinin X21 küçəsi ərazisində yerləşən “Nərgiz” adlı kafenin yaxınlığında yaşılıq ərazidə tikinti və abadlaşdırma işləri aparılarkən 04 (dörd) ədəd (hər bir ağacın və kolların zədələnməzinə görə) ligustrum kollarının zədələndiyini təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, bu tikinti və abadlaşdırma işlərinin X17 tərəfindən həyata keçirilməsini təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə X17 məhkəmə iclasında verdiyi izahatda ona istinad edilən əməli törətdiyini inkar etmiş və Şabran şəhərinin X21 küçəsi ərazisində yerləşən “Nərgiz” adlı kafenin onun tərəfindən işlədilmədiyini, həmin kafedə və yaxud onun yaxınlığında aparılkan tikinti və abadlaşdırma işlərinin də onun tərəfindən həyata keçirilmədiyinə dair sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X17 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №3(031)-273/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-273/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver