Məhkəmə qərarları › İş №3(031)-275/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-275/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-275/2025 18.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28664237 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X5 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28664237 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 09:18-də idarə etdiyim “MERCEDES 4140” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqaməti hərəkətdə olarkən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə EQ seriyalı, 28664237 nömrəli elektron protokol tərtib olunmuş və o, 1200 (min iki yüz) manat məbləğində cərimə edilmişdir. X1-X7 "xxxx" Açıq Səhmdar Cəmiyyətində sürücü peşəsində çalışır və idarə etdiyi “MERCEDES 4140” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin cəmiyyətin mülkiyyətindədir. Bütün nəqliyyat vasitələrinə, onun cümlədən idarə etdiyi “MERCEDES 4140” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklər yüklənərkən həmin yükün çəkisinə nəzarət edilir, yüklənmiş nəqliyyat vasitəsi hərəkətə başlamazdan əvvəl onun tərəzidə çəkisi ölçülür və bundan sonra hərəkətinə icazə verilir. Bu tərəzi də hər il yoxlamadan keçirilir və tərəzinin ölçüdə səhv etməsi mümkün deyildir. xx.xx.2025-ci il tarixində İmişli rayonunda “MERCEDES 4140” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi daş materialı ilə yüklənmiş və bundan sonra nəqliyyat vasitəsinin yüklə birgə çəkisi ölçülmüş, nəqliyyat vasitəsinin yüklə birgə çəkisi 30820 kiloqram olaraq müəyyən edilmişdir. Həmin nəqliyyat vasitəsi ilə hazırda tikinti işləri həyata keçirilən “Bakmil” ərazisinə doğru hərəkətə başlamış, Şabran rayonunun Mollakamallı kəndində quraşdırılmış elektron tərəzinin altından keçərkən həmin tərəzi ilə nəqliyyat vasitəsinin yüklə birgə çəkisi ölçülmüşdür. İnzibati xəta ilə bağlı şəkillərlə tanış olduqda nəqliyyat vasitəsinin yüklə birgə çəkisi 35230 kiloqram olaraq qeyd edilmişdir. Çəkilər arasında bu qədər fərqin olması, həmçinin idarə etdiyi nəqliyyat vasitəsinin saatda 60-70 kilometr sürətlə hərəkətdə olması Şabran rayonunun Mollakamallı kəndində quraşdırılmış elektron tərəzinin yanlış ölçməsinə dəlalət edir. Sadalananlardan belə məlum olur ki, yuxarıda qeyd edilən məsələ ilə bağlı inzibati xəta hadisəsi mövcud deyildir. Bu da inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bəs “real vaxt rejimi” ifadəsi nə deməkdir? İnzibati Xətalar Məcəlləsində və ya digər normativ aktlarda bu rejimin konkret neçə gün olduğu göstərilmir, çünki "real vaxt" texniki və inzibati anlam daşıyır, “gecikmədən", “təxirə salmadan" deməkdir. “Real vaxt rejimi” "Hadisə baş verən zaman və ya dərhal sonra" mənasında işlənilir, yəni günlərlə ölçülməməlidir. Bu, adətən dəqiqələr və ya ən uzağı bir neçə saat içində nəzərdə tutulur. İnzibati xəta xx.xx.2025-ci il tarixində qeydə alınmasına baxmayaraq EQ seriyalı, 28664237 inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixində çıxarılmışdır. Bu isə inzibati xəta haqqında elektron qərarın real vaxt rejimində tərtib olunmamasına dəlalət edir. Qərardan şikayət verən şəxs X5 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə hazırki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 11:45-ə təyin edilmiş açıq məhkəmə baxışı iclasın keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq qərardan şikayət verən şəxs X5 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmişlər və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərardan şikayət verən şəxs X5 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28664237 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28664237 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 “MERCEDES 4140” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixə, saat 09:18:01-də M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ seriyalı, 28664237 saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və tərəzi göstəricilərindən görünür ki, “MERCEDES 4140” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixə, saat 09:18:01-də M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisi 35230 kiloqram olmuşdur. - 25761 saylı tərəzi qəbzindən görünür ki, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 30820 kiloqram olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X5 xx.xx.2025-ci il tarixə, saat 09:18:01-də “MERCEDES 4140” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinmişdir və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28664237 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış (kamera vasitəsi ilə çəkilmiş fotoşəkillər və tərəzi göstəriciləri) və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X6 X10) 2 nömrəli cədvələ əsasən dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobillər üçün X6 X10 32 tonu aşmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X5 xx.xx.2025-ci il tarixə, saat 09:18:01-də “MERCEDES 4140” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5ci maddəsi ilə təqsirli bilinmişdir. Onun məhkəməyə təqdim etdiyi 43404 saylı tərəzi qəbzində **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 30820 kiloqram olduğu qeyd edilsə də, həmin qəbzdən **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin hansı tarixdə və saatda 30820 kiloqram olduğunu müəyyən etmək mümkün deyildir (bununla bağlı qəbzdə hər-hansı bir məlumat mövcud deyildir). İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta tərkibinin olmasına dair çəkiliş və qeydlərin mövcudluğunun təsdiqi isə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135ci maddəsində nəzərdə tutulan qanuni əsasların olmadığı qənaətini formalaşdırır. Beləliklə məhkəmə Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 3, 12, 76, 84, 129, 130, 134,135 və 353.5-ci maddələrinin tələblərini və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə görə inzibati tənbeh almış X5 il ərzində təkrarən M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixə, saat 09:18:01-də “MERCEDES 4140” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün (nəqliyyat vasitəsinin həmin vaxt çəkisi 35230 kiloqram olması səbəbi ilə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28664237 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və X2 əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də hazırki iş üzrə şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar da yoxdur. Bu səbəbdən də, X2 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28664237 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28664237 saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar