Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-282/2024 03.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 və inzibati xəta haqqında protokolu tərtib etmiş “X2 Xidməti” X7 nümayəndəsi X1 iştirakları ilə Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 80 olan Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "X2 Xidməti" X11 tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.02-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair “X2 Xidməti” X7 bölmə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "X2 Xidməti" X7 əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Y-17-06 Şabran-Pirəbədil-Zeyvə yerli əhəmiyyətli avtomobil yolunun 4 kilometr hissəsində "X5 Xidməti” X11 tərəfindən alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yolunun təhkim (mühafizə) zolağında kommunikasiya (su) xətti çəkməklə yol-hərəkəti təhlükəsizlik qaydalarının pozulduğu aşkar edildiyindən, "X5 Xidməti” X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 və inzibati xəta haqqında protokolu tərtib etmiş “X2 Xidməti” X7 nümayəndəsi X3 xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "X5 Xidməti” X9 məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin "X5 Xidməti” X11 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən fotoşəkillərdən görünür ki, Y-17-06 Şabran-Pirəbədil-Zeyvə yerli əhəmiyyətli avtomobil yolunun 4 kilometr hissəsində yolun kənarında qazıntı işləri aparılır. İş materiallarında olan inzibati xəta hadisəsini özündə əks etdirən "DVD" diskdəki videogörüntüdən görünür ki, “X2 Xidməti” X7 əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində Y-17-06 Şabran-Pirəbədil-Zeyvə yerli əhəmiyyətli avtomobil yolunun 4 kilometr hissəsində müvafiq icazə almadan avtomobil yolunun mühafizə zolağı ilə kommunikasiya (su) xətti çəkildiyi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “X2 Xidməti” X7 əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə baxış nəticəsində X5 Xidməti” X6 əməkdaşları tərəfindən Y-17-06 Şabran-Pirəbədil-Zeyvə yerli əhəmiyyətli avtomobil yolunun 4 kilometr hissəsində müvafiq icazə almadan avtomobil yolunun mühafizə zolağı ilə kommunikasiya (su) xətti çəkildiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının "Avtomobil yolları haqqında" xx.xx.1999-cu il tarixli, 778-İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir. Həmin Qanunun 15-ci maddəsinə əsasən avtomobil yollarının mühəndisi kommunikasiyalarla (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) kəsişməsi və bu məqsədlə təhkim zolağından istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud standartlara, texniki normativlərə və digər normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilir. Avtomobil yollarının təhkim zolağında xüsusi xidmət kommunikasiyaları istisna olmaqla, hər hansı yeni kommunikasiyaların çəkilməsinə, bir qayda, olaraq yol verilmir. Mövcud avtomobil yollarından keçən və yenidən qurulan kommunikasiyalar yalnız avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin) və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə qüvvədə olan normativ-texniki şərtlər və layihə-smeta sənədləri əsasında həyata keçirilə bilər. Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması haqqında müraciətlərə 10 gün müddətində baxılır. Kommunikasiya xətlərində baş vermiş qəza hallarında müraciətlərə dərhal baxılır. Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması işlərinə başlamazdan əvvəl bu kommunikasiyaların mülkiyyətçiləri avtomobil yollarının saxlanılmasını həyata keçirən yol təsərrüfatı orqanları ilə müvafiq müqavilə bağlamalıdırlar. Avtomobil yollarında mühəndisi kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və bu işlərlə bağlı bütün xərcləri ödəməlidirlər. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə gətirməli və sifarişçilərə qarşı bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin lazımi icazəsi olmadan avtomobil yolunun təhkim (mühafizə) zolağında kommunikasiya (su) xətti çəkməklə yol-hərəkəti təhlükəsizlik qaydalarını pozması barədə şəkilləri və video görüntüləri məhkəməyə təqdim edilmiş, lakin Şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməklə pozuntu faktın təkzib edilməsinə dəlalət edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iclasında Şəxs tərəfindən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılması, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsi, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü, 9-cu, 31-ci, 76-cı, 84-cü maddələrində əks olunan prinsip və müddəalarını rəhbər tutur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 354.0.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-282/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-282/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver