Məhkəmə qərarları › İş №3(031)-283/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-283/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-283/2025 24.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X5 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, qərardan şikayət verən şəxs X1 işləyir. O, xx.xx.2025-ci il tarixdə, saat 15:29-da Quba rayonunun Vəlvələ kəndindən 25 ton 800 kiloqram çəkisi olan “şebel” yükü götürərək Bakı şəhəri istiqamətində yola çıxıb. Avtomobilin yüklə birgə çəkisi 39,88 ton idi. M-l 129 kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olan zaman xx.xx.2025-ci il tarixdə, saat 16.23-də xüsusi texniki vasitənin məlumatına əsasan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərardan şikayət verən şəxs X5 hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, şikayət ərizəsə əlavə etdiyim çıxış vərəqəsində də görünür ki, nəqliyyatın boş çəkisi 14 ton 080 kiloqram, yüklə birlikdə çəkisi 39.88 tondur. Nəqliyyat vasitəsi plomblanıb və heç bir əlavə yük götürmə imkanı olmayıb. İdarə etdiyi X2 verilən çəkisi 40 tondur. Amma hansısa səbəbdən “Kistler 9835A” hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə avtomobilin çəkisi 43030 kiloqram hesablanıb. Son dövrlərdə hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə haqsızlıqla üzləşmiş çoxsaylı şikayətlər kütləvi media orqanlarında, televiziyalarda nümayiş etdirilib. “Azarbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli va ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazanin verilməsi” Qaydasının 4-cü maddəsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsi nəzarət məntəqəsində saxlanılmalı və hərəkətinə icazə verilməməli idi. Bu da əslində X2 verilən çəkidən artıq olmadığının bilindiyini göstərir. Lakin idarə etdiyi nəqliyyat vasitəsi heç bir nəzarət məntəqəsində saxlanılmamış və o, cərimə olunduqdan sonra öz təşəbbüsü ilə “Saray” postunda idarə etdiyim nəqliyyat vasitəsini saxlayaraq əməkdaşlara nəqliyyat vasitəsinin çəkisinin ölçülməsini xahiş etmişdir. Lakin heç bir səbəb göstərilmədən ona imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə o,öz təqsirsizliyini sübut etməli deyil. Çıxış vərəqində göstərilmiş plomblanmış çəkinin 40 tondan az olması və çoxsaylı şikayətlərin mediada təqdim edilməsi həmin çəki ölçmə nəzarət sisteminin düzgün işləməsi barədə şübhələr yaradır. Konstitusion hüquq olan təqsirsizlik prezumpsiyası prinsipi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində də təsbit edilib və həmin prinsipə əsasən şübhə inzibati məsuliyyətə cəlb edilmiş şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddisinə əsasan bildirilir ki, təqsirsizlik prezumpsiyası prinsipinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən bildirilir ki, aşağıdakı hallarda inzibati xatalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisasi olmadıqda və inzibati xəta tərkibi olmadıqda. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qərardan şikayət verən şəxs X5 qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə hazırki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 10:15-ə təyin edilmiş açıq məhkəmə baxışı iclasın barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “AsanPay” elektron sistemindən çap edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 16:23:33-də “DAF 105.460” yük markalı, **-UL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və tərəzi göstəricilərindən görünür ki, “DAF 105.460” yük markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 16:23:33-də M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisi 43030 kiloqram olmuşdur. - 96217 saylı tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:14:16-da **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 39880 kiloqram olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 96217 saylı tərəzi qəbzində xx.xx.2025ci il tarixdə, saat 15:14:16-da **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 39880 kiloqram olduğu qeyd edilsə də, qərardan şikayət verən şəxs X5 Ml 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 16:23:33-də “DAF 105.460” yük markalı, **- UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmişdir və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış (kamera vasitəsi ilə çəkilmiş fotoşəkillər və tərəzi göstəriciləri) və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X2 X6) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X2 X6 40 tonu aşmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X5 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 16:23:33-də “DAF 105.460” yük markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Lakin onun məhkəməyə təqdim etdiyi 96217 saylı tərəzi qəbzində isə **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 15:14:16-da olan çəkisi qeyd edilmişdir. Həmin zaman kəsiyinin olması, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta tərkibinin olmasına dair çəkiliş və qeydlərin mövcudluğunun təsdiqi inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsasların olmadığı qənaətini formalaşdırır. Beləliklə məhkəmə Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 3, 12, 76, 84, 129, 130, 134,135 və 353.2-ci maddələrinin tələblərini və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X5 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 16:23:33-də “DAF 105.460” yük markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün (nəqliyyat vasitəsinin həmin vaxt çəkisi 43030 kiloqram olması səbəbi ilə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və X3 əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də hazırki iş üzrə şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X3 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar da yoxdur. Bu səbəbdən də, X3 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28643776 saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar