Məhkəmə qərarları › İş №3(031)-284/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-284/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-284/2024 27.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi X6 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran rayonu “Baş Əmirxanlı” gil yatağı ərazisindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış sahəyə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və həmin sahənin kənarında 850 m3 həcmində gil hasilatının aparılması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi iş üzrə inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis X7 tərəfindən iddia olunan torpaq sahəsinin 0,0188 ha hissəsi arayışda qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin 0,08465 ha hissəsində üst-üstə düşməkdədir. Qalan 0,06508 ha hissəsi Şabran rayonu, Əmirxanlı bələdiyyəsinə məxsus əraziyə, 0,00077 ha hissəsi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 ha sahənin üzərinə düşməkdədir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, iş üzrə inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması və baxış keçirilməsi barədə ekspert vəsatətindən görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən qərardadda qeyd olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “X13 Aktı” və “Markşeyder Planı” sənədlərinin Mərkəzəı təqdim edilməsi tərəflərin iştirakı ilə Şabran rayonunun “Baş Əmirxanlı” gil yatağında yerləşən mübahisəli əraziyə baxış keçirilməsinin təşkil olunması, baxış vaxtının xx.xx.2024-cü il tarixdə, saat 12:00-a təyin olunması məsələsinə baxılması xahiş olunmuşdur. İş materillarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli mütəxəssi rəyindən görünür ki, mütəxəssis qarşısına qoyulmuş “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün Şabran rayonunun “Baş Əmirxanlı” gil yatağında onun ayrılmış sərhədinin miqdarı nə qədərdir?” və “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün Şabran rayonunun “Baş Əmirxanlı” gil yatağında onun ayrılmış sahədən kənarda gil hasilatını aparılıb ya yox? Aparılıbsa hansı həcmdə?” suallara “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 1i ünvanında yerləşən 3 ha torpaq sahəsinə reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış, plan və ölçü sənədi verilmişdir.” və “Qeyd edək ki, məktubda göstərilən tarixdə (xx.xx.2024-cü il tarixdə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı-məsləhətçi müfəttişi X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə tədqiq olunan sahəyə baxış keçirilmişdir. Baxış zamanı X7 tərəfindən naturada iddia olunan torpaq sahəsi 0,1133 ha təşkil edir. Həmin 0,1133 ha torpaq sahəsinin 0,0712 ha hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 ha torpaq sahəsinin daxilində yerləşir, qalan 0,0421 ha hissəsi isə Şabran rayonu, Əmirxanlı bələdiyyəsinə məxsus əraziyə düşür.” cavabları verilmiş, X7 tərəfindən iddia olunan torpaq sahəsinin 0,0188 ha hissəsi arayışda qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin 0,08465 ha hissəsində üst-üstə düşməsi, qalan 0,06508 ha hissəsi Şabran rayonu, Əmirxanlı bələdiyyəsinə məxsus əraziyə, 0,00077 ha hissəsi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 ha sahənin üzərinə düşməsi bildirimişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilən xx.xx.2024- cü il tarixli, 85735 nömrəli aktdan görünür ki, Şabran rayonu ərazisində Azərbaycan Respublikası “Ətraf mühitin mühafizəsi haqqında” və “Yerin təki haqqında” Qanunlarının icra olunması vəziyyətinin araşdırlması məqsədilə tərəflərindən keçirilən monitorinq araşdırma zamanı Şabran rayonu, Əmirxanlı bələdiyyəsinin ərazisində iri texnika ilə gil kütləsinin Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə daşındığı müəyyən olunmuşdur. Özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat rərisi, Xızı rayonu, Giləzi qəsəbəsi sakini X3 təqdim edən şəxs gil kütləsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə daşındığını, “Baş Əmirxanlı” gil yatağında 1 ha ərazinin X12 X1 “Dağ-mədən ayırması” aktı verildiyini bildirmişdir. Gİl kütləsi daşınan ərazinin eni 12 metr, uzunluğu 15 metr, dərinliyi isə 1 metrdir. Ərazidə məhz nişanları qoyulmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şabran rayonu “Baş Əmirxanlı” gil yatağı tərəfindən verilən arayışa əsasən 5 saylı RETSİ tərəfindən 174/5RETSİ-44 nömrəli, xx.xx.2024-cü il tarixli Şabran rayonu, “Baş Əmirxanlı” gil yatağı ərazisindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış sahənin daxilində və ya kənarda gil kütləsinin daşınmasının müəyyən edilməsinə dair daxil olmuş müraciətlə bağlı xx.xx.2024-cü il tarixdə 5 saylı RETSİ-nin əməkdaşları ilə Şabran rayonu “Baş Əmirxalı” gil yatağı ərazisindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış sahəyə baxış keçirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Şabran rayonu “Baş Əmirxanlı” gil yatağından 0103 nömrəli “Dağ-mədən ayırması” aktı ilə 1 ha sahə 5 il müddətinə gil hasilatı məqsədilə ayrılması müəyyən olunmuş və ölçmə işləri aparılaraq ayrılmış sahənin kənarında 850 m3 sahədə orta istismar dərinliyi 1 metr olmaqla 850 m3 həcmində qanunsuz gil hasilatı aparılması, baxış keçirilən zaman ərazidə istismar işləri aparılmaması və istismar işləri aparılmış sahədə 1 ədəd **-BA-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı ekskavator müşahidə olunmuş, qanunsuz aparılmış 850 m3 həcmində gil hasilatının son dövrləri əhatə etməsi müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərə əsasən “Hyundai” markalı ekskavatorla gil hasilatının aparılması işləri müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məxsus MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində ünvan 1i ərazisində **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 3 ha torpaq sahəsi vardır. İş materiallarında olan X12 X2 məxsus xx.xx.2022-ci il tarixli, 0103 nömrəli “Dağmədən ayırması” aktına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Şabran rayonu “Baş Əmirxanlı” gil yatağından 1 ha sahə 5 il müddətinə gil hasilatı məqsədilə ayrılmışdır. İş materiallarında olan 1 ədəd “DVD” diskdən görünür ki, Şabran rayonu, “Baş Əmirxanlı” gil yatağı ərazisindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış sahəyə yerli baxış keçirilmişdir.Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Belə ki, inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən naturada iddia olunan 0,1133 ha torpaq sahəsinin 0,0712 ha hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 ha torpaq sahəsinin daxilində yerləşir, qalan 0,0421 ha hissəsi isə Şabran rayonu, Əmirxanlı bələdiyyəsinə məxsus əraziyə düşür. Bundan əlavə iddia olunan torpaq sahəsinin 0,0188 ha hissəsi arayışda qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin 0,08465 ha hissəsində, qalan 0,06508 ha hissəsi Şabran rayonu, Əmirxanlı bələdiyyəsinə məxsus əraziyə, 0,00077 ha hissəsi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 ha sahənin üzərinə düşür. Maddədən də göründüyü kimi icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə edildiyi halda inzibati xəta yaranır. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxus sahədə yerin təkindən istifadə etmişdir və protokol tərtib etmiş orqan inzibati araşdırma aparmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini inzibati məsuliyyətə cəlb etmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosesdə iştirak edən tərəflər bildirmişdir ki, gil hasilatı aparılan sahə icazə verilən 1 ha torpaq sahəsinin daxilində aparılır. Mübahisə edilən digər sahədə isə gil hasilatı zamanı nəqliyyat vasitələrinin rahat hərəkət etməsini təmin etmək məqsədilə torpağın üst qatı götürülüb kənara qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edildiyi zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yalnız öz subyektiv mülahizələrinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar