Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-290/2025 30.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X13 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X6 iştirakları ilə Hüquqi ünvanı Şabran şəhəri, Meliorator küçəsi olan Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X3 rəisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən qəbul edilmiş inizbati xəta haqqında işin adiabatı üzrə göndərilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərardada əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X3 əmək müffətişi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-330/2025 nömrəli əmri ilə yaradılmış tədqiqat komitəsi tərəfindən tərtib edilmiş tədqiqat aktının 5-ci bəndinə əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsi xx.xx.2025-ci il tarixli, 3-17-5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsinin tələbini yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X13 inzibati xəta haqqında protokolu müdafiə edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-330/2025 nömrəli əmri ilə yaradılmış tədqiqat komitəsi tərəfindən tərtib edilmiş tədqiqat aktının 5-ci bəndinə əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsinin tələbini yerinə yetirmədiyini bildirmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-330/2025 nömrəli əmri ilə yaradılmış tədqiqat komitəsi tərəfindən tərtib edilmiş tədqiqat aktının 5-ci bəndinə əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsinin tələbini yerinə yetirməməsi ilə əlaqədar həmin idarənin vəzifəli şəxsi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması səbəbi ilə xitam verildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-330/2025 nömrəli əmri ilə yaradılmış tədqiqat komitəsi tərəfindən tərtib edilmiş tədqiqat aktının 5-ci bəndinə əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsi xx.xx.2025-ci il tarixli, 3-17-5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsini icra etmişdir və bu səbəbdən də həmin idarənin vəzifəli şəxsi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması səbəbi ilə xitam verilmişdir. Odur ki, hazırki iş üzrə icraata da xitam verilməsi xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarına olan sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, 3-17-5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsindən görünür ki, X15 Sistemlərinin İstismarı İdarəsinin işçiləri üçün “əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və qaydaları” üzrə təlimlər, eyni zamanda “Peşə və ya vəzifə” təlimatları tərtib edilərək təsdiq edilməlidir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-330/2025 nömrəli əmri ilə yaradılmış tədqiqat komitəsi tərəfindən tərtib edilmiş tədqiqat aktının 5-ci bəndinə əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsi xx.xx.2025-ci il tarixli, 3-17-5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsinin tələbini yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-330/2025 nömrəli əmri ilə yaradılmış tədqiqat komitəsi tərəfindən tərtib edilmiş tədqiqat aktının 5-ci bəndinə əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsi xx.xx.2025-ci il tarixli, 3-17-5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsinin tələbini yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək məhkəməyə təqdim edilsə də, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-330/2025 nömrəli əmri ilə yaradılmış tədqiqat komitəsi tərəfindən tərtib edilmiş tədqiqat aktının 5-ci bəndinə əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsinin tələbini yerinə yetirməməsi ilə əlaqədar həmin idarənin vəzifəli şəxsi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması səbəbi ilə xitam verildiyini bildirmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X10 isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-330/2025 nömrəli əmri ilə yaradılmış tədqiqat komitəsi tərəfindən tərtib edilmiş tədqiqat aktının 5-ci bəndinə əsasən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsi xx.xx.2025-ci il tarixli, 3-17-5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsini icra etdiyini və bu səbəbdən də həmin idarənin vəzifəli şəxsi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması səbəbi ilə xitam verildiyini göstərmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-39623/2025 nömrəli icrası məcburi göstərişin 5-ci hissəsini icra edildiyi üçün həmin idarənin vəzifəli şəxsi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması səbəbi ilə xitam verildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə inzibati xəta tərkibi olmaması səbəbi ilə barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 539.1-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 X15 Sistemlərinin İstismarı İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov