Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-292/2025 16.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X9 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunun Sincanboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx.xx.2025-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20 radələrində, Şabran rayonunun Sincanboyad kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirildiyi zaman üzərindən 01 (bir) ədəd bükümdə 0,098 qram, həmin günü onun yaşadığı Şabran rayonunun Sincanboyad kəndi ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş baxış nəticəsində isə 01 (bir) ədəd bükümdə 0,008 qram olmaqla, ümumilikdə 0,106 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şabran Rayon Polis X5 müstəntiqi X6 icraatında olan HK-1/3034 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyi üçün onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti iş üzrə toplanmış materiallar ilə birlikdə Şabran Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X12 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20 radələrində, Şabran rayonunun Sincanboyad kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirildiyi zaman üzərindən 01 (bir) ədəd bükümdə 0,098 qram, həmin günü onun yaşadığı Şabran rayonunun Sincanboyad kəndi ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş baxış nəticəsində isə 01 (bir) ədəd bükümdə 0,008 qram olmaqla, ümumilikdə 0,106 qram çəkidə psixotrop maddə - metamfetamin aşkar edilərək götürüldüyünü bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19:20 radələrində, Şabran rayonunun Sincanboyad kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirildiyi zaman üzərindən 01 (bir) ədəd bükümdə 0,098 qram, həmin günü onun yaşadığı Şabran rayonunun Sincanboyad kəndi ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş baxış nəticəsində isə 01 (bir) ədəd bükümdə 0,008 qram olmaqla, ümumilikdə 0,106 qram çəkidə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Hazırda törətdiyi əməldən peşmandır. Vərəm xəstəliyindən əziyyət çəkdiyi olması nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/858 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar edilmiş...” yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,098 qram, üzərində “Şəxs evindən aşkar edilmiş...” yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmin çəkisi 0,008 qram olmaqla, ümumi təmiz çəkiləri 0,106 qram olan ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertizaya təqdim edilmiş ümumilikdə 0,106 qram psixotrop maddə metamfetaminin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,056 qram hissəsi isə geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 2521 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmişdir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən o, xx.xx.2009-cu il tarixdən Şabran Rayon MX-da (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. - Şabran Rayon Polis X5 müstəntiqi X6 icraatında olan HK-1/3034 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20 radələrində, Şabran rayonunun Sincanboyad kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirildiyi zaman üzərindən 01 (bir) ədəd bükümdə 0,098 qram, həmin günü onun yaşadığı Şabran rayonunun Sincanboyad kəndi ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş baxış nəticəsində isə 01 (bir) ədəd bükümdə 0,008 qram olmaqla, ümumilikdə 0,106 qram çəkidə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülməsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Şabran Rayon Polis X3 Bölməsinə göndərilməsi, iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərindən və evdən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,056 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin Təchizat Xidmətinə təhvil verilməsi qərara alınmışdır. - Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X12 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20 radələrində, Şabran rayonunun Sincanboyad kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirildiyi zaman üzərindən 01 (bir) ədəd bükümdə 0,098 qram, həmin günü onun yaşadığı Şabran rayonunun Sincanboyad kəndi ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş baxış nəticəsində isə 01 (bir) ədəd bükümdə 0,008 qram olmaqla, ümumilikdə 0,106 qram çəkidə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20-dən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin X11 azad edilməsi barədə qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:05-də Şabran Rayon Polis X7 Yerindən azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 206-cı maddəsinin "Qeyd" –inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Beləliklə, proses iştirakçılarının izahatları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq psixotrop maddələri satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların aşkar edilməməsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdən, saat 19:20-dən xx.xx.2025-ci il tarixə, saat 18:05-ə kimi olan müddət ərzində Şabran Rayon Polis X8 Yerində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulduğundan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun barəsində tətbiq ediləcək cərimə növündə inzibati tənbeh tədbirinin həddi həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında müəyyən edilmiş yuxarı həddinin dörddə üçündən çox olmamalıdır, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Şabran Rayon Polis Şöbəsinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir, Şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməlidir, hazırki iş üzrə maddi sübut kimi tanınmış və hazırda Şabran Rayon Polis Şöbəsinin Təchizat Xidmətinə təhvil verilmiş 0,056 qram psixotrop maddə - metamfetamin hazırki qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir və qərarın icrası Şabran Rayon Polis Şöbəsinə və Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 37, 43, 55, 106-112, 114, 115, 117, 128, 130 və 206-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin və onun xx.xx.2025-ci il tarixdən, saat 19:20-dən xx.xx.2025-ci il tarixə, saat 18:05-ə kimi olan müddət ərzində Şabran Rayon Polis X8 Yerində şübhəli şəxs qismində tutulduğu nəzərə alınaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun barəsində qəti olaraq 225 (iki yüz iyirmi beş) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Şabran Rayon Polis Şöbəsinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin.
3. Şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülsün.
4. Hazırki iş üzrə maddi sübut kimi tanınmış və hazırda Şabran Rayon Polis Şöbəsinin Təchizat Xidmətinə təhvil verilmiş 0,056 qram psixotrop maddə - metamfetamin hazırki qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin.
5. Qərarın icrası Şabran Rayon Polis Şöbəsinə və Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin.
6. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov