Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-299/2025 28.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X7 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X7 yuxarıda qeyd edilmiş şikayəti onunla əsaslandırmışdır ki, Ağstafa rayon Notariat Ofisində (mobil) X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamə əsasında DAF FT XF 105 yük markalı **-LU-*** nömrəli avtomobil ilə xx.xx.2025-ci il tarixdə Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən nəqliyyat nazirliyinə məxsus karyerdən Bakı şəhəri Zığ şosesində yerləşən "SOCAR" asfalt zavod ərazisi istiqamətində yük aparan zaman Xızı rayonunun Giləzi kənd yaxınlığında (Ml 65,1 km) saat 21:04 onun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin icazə verilən çəki və ya yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) və həmin Məcəllənin 353.5-ci maddəsi ilə (həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə) 1200 (min iki yüz) manat inzibati cərimə olunması barədə EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. X7 qəbul olunmuş Qərar ilə razı deyiləm. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 16:33-də Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən nəqliyyat nazirliyinə məxsus karyerdən ******* saylı Qaimə əsasında yük götürüb Bakı şəhəri Zığ şosesində yerləşən "SOCAR" asfalt zavod ərazisi istiqamətində hərəkət etmişəm, avtomobilin yük ilə dolu çəkisi 39000 kiloqram olduğu halda, Xızı rayon Giləzi kənd yaxınlığında (M-l 65,1 km) saat, 21:04-də, yük 42510 kiloqram qeyd edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin icazə verilən çəki və ya yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmə) və həmin Məcəllənin 353.5-ci maddəsi ilə (həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə) 1200 manat inzibati cərimə olunması qanunsuz və əsassızdır. Qərardan şikayət verən şəxs X7 bu halların nəzərə alınaraq Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X7 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə hazırki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 11:45-ə təyin edilmiş açıq məhkəmə baxışı iclasın barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya X1 şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, o, Şabran şəhəri, M. Əsədov küçəsi, ev 51 ünvanında qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 21:04:03-də “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə M-1, yəni Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində (Xızı rayonunun Giləzi kəndi) Bakı istiqamətində hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkil və tərəzi göstəricilərində qeyd edilmişdir ki, “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025ci il tarixdə, saat 21:04:03-də M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində (Xızı rayonunun Giləzi kəndi) Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisi 42510 kiloqram təşkil etmişdir (limit 40000 kiloqram). - ******* saylı tərəzi qəbzindən görünür ki, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 16:33-də çəkisi 39000 kiloqram təşkil etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillər və tərəzi göstəricilərində “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 21:04:03-də M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində (Xızı rayonunun Giləzi kəndi) Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisi 42510 kiloqram təşkil etdiyi qeyd edilsə də, X7 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 16:33-də çəkisi 39000 kiloqram təşkil etdiyi qeyd edilmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən bu halları təqzib edən, o cümlədən “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 21:04:03-də M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində (Xızı rayonunun Giləzi kəndi) Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisinin 42510 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkil və tərəzi göstəricilərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş qəbz və məhkəmə iclasında verdiyi izahat həmin göstəricinin həqiqəti əks etdirmədiyi, tərəzinin həmin texniki nasazlıq səbəbilə qeyridəqiq nəticə göstərməsi və **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 40000 kiloqramdan az ola bilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X3 X8) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yarımqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yarımqoşqu ilə olan yük avtomobilləri üçün X3 X8 40 tonu aşmamalıdır. Yuxarıda istinad edilən normaların məzmununda da aydın görünür ki, qərardan şikayət verən şəxs X7 “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 21:04:03-də M-1, yəni Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində (Xızı rayonunun Giləzi kəndi) Bakı istiqamətində hərəkətdə olduğu zaman nəqliyyat vasitəsinin çəkisi 40 tonluq icazə verilən ümumi kütlənin 05 faizindən yuxarı olduğu, yəni 42 tondan artıq olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində inzibati tənbeh aldığı təqdirdə təkrar törətdikdə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilmiş olardı. Lakin, ******* saylı tərəzi qəbzindən də aydın şəkildə görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 16:33-də müvafiq qaydada yüklə doldurulduqdan sonra **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 39000 kiloqram təşkil etmiş, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən bu halları təqzib edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin üzərində olsa da, sonuncu X7 tərəfindən idarə etdiyi “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 21:04:03-də M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində (Xızı rayonunun Giləzi kəndi) Bakı istiqamətində hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə X7 əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29141478 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Fərdi identifikasiya nömrəsi “49H89M5” olan, xx.xx.1978-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №3(031)-299/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-299/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver