Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-3/2022 26.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi X4, Qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 20 dekabr 2021-ci il tarixdə şikayət ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 yuxarıda qeyd edilmiş şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 20 noyabr 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şabran rayonunun Qorğan kəndindən 03 (üç) kilometr qərb hissədə qardaşı X6 ilə birlikdə təsərrüfatında olan və həmin gün çöldən geri qayıtmamış bir baş erkək camışı axtardıqları zaman Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar və sözü gedən əməkdaşların onların üzərilərində həmin zaman özləri ilə çöldə qarşılarına çıxa biləcək vəhşi heyvanlardan özlərini qorumaq məqsədi ilə götürdükləri və müvafiq sənədlərə əsasən onların mülkiyyətində olan 02 (iki) ədəd ov tüfəngini və 02 (iki) ədəd patronu gördükləri üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min manat) məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin vaxt sözü gedən ərazidə qardaşı ilə ov etmədiyini, təsərrüfatında olan və həmin gün çöldən geri qayıtmamış bir baş erkək camışı axtardıqları zaman qarşılarına çıxa biləcək vəhşi heyvanlardan özlərini qorumaq məqsədi ilə və həmin camışı tapdıqları vaxt xəbərdarlıq atəşi açmaq üçün müvafiq sənədlərə əsasən onların mülkiyyətində olan 02 (iki) ədəd ov tüfəngini və 02 (iki) ədəd patronu özləri ilə götürdüklərini, məqsədləri ov etmək olacağı təqdirdə özləri ilə 02 (iki) ədəd yox ən azı 01 (bir) qatar patron götürməli olduqlarını, həmçinin təqaüdçü olduğunu, heç bir yerdə işləmədiyini və 01 (bir) gözünün də görmədiyini nəzərə alaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətində göstərdiyi xüsusiyyətləri nəzərə alaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında 20 noyabr 2021-ci il tarixli, 72648 nömrəli aktın, 20 noyabr 2021-ci il tarixli təhvil-təslim aktının, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Nümayəndə tərəfindən tərtib edilmiş 22 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, X1 və X2 izahatlarının surətlərini və sonuncuların 20 noyabr 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şabran rayonunun Qorğan kəndindən 03 (üç) kilometr qərb hissədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqları zaman çəkilmiş fotoşəkilləri məhkəməyə təqdim edərək, X1 20 noyabr 2021ci il tarixdə, saat 16:30 radələrində, Şabran rayonunun Qorğan kəndindən 03 (üç) kilometr qərb hissədə ov qaydalarının kobud şəkildə pozması, yəni lazımi icazə olmadan ov etməsi səbəbi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min manat) məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edildiyini göstərmiş və X1 şikayətinin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarında olan və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 noyabr 2021-ci il tarixli, 72648 nömrəli aktın surətindən görünür ki, X5 və X6 20 noyabr 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şabran rayonunun Qorğan kəndindən 03 (üç) kilometr qərb hissədə müvafiq icazə almadan ov etdikləri zaman Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 noyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 20 noyabr 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şabran rayonunun Qorğan kəndindən 03 (üç) kilometr qərb hissədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış X2 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd 20 (iyirmi kalibr) MR-155 markalı, ********** nömrəli ov silahı, 28 (iyirmi səkkiz) ədəd 20 (iyirmi) çaplı dolu patron, 01 (bir) ədəd patronqabı, 1738 saylı tüfəngə aid şəhadətnamə, 4146 nömrəli ovçuluq bileti və X1 üzərindən aşkar edilərək götürülmüş 01(bir) ədəd “İJ-43” markalı iki lüləli, ******* nömrəli ov silahı 09048 nömrəli bıçaq, 20 (iyirmi) ədəd 16 (on altı) çaplı dəmir dolu patron və 97 nömrəli tüfəngə aid şəhadətnamə saxlanılmaları üçün Siyəzən Rayon Polis Şöbəsinə təhvil veriliblər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş X1 və X2 20 noyabr 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şabran rayonunun Qorğan kəndindən 03 (üç) kilometr qərb hissədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqları zaman çəkilmiş fotoşəkildən görünür ki, X1 üzərində 01 (bir) ədəd dolu patronqabı olub. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Nümayəndə tərəfindən tərtib edilmiş 22 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 20 noyabr 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şabran rayonunun Qorğan kəndindən 03 (üç) kilometr qərb hissədə ov qaydalarının kobud şəkildə pozaraq, yəni lazımi icazə olmadan ov edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 20 noyabr 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şabran rayonunun Qorğan kəndindən 03 (üç) kilometr qərb hissədə ov qaydalarının kobud şəkildə pozması səbəbi ilə, yəni lazımi icazə olmadan ov etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min manat) məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları" nın və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə" nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2005-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 1.2-ci hissəsinə əsasən ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir. Həmin Qaydaların 2.1-ci hissəsinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Azərbaycan Respublikasının “Ovçuluq haqqında” 20 aprel 2004-cü il tarixli, 637-İİQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının “Ovçuluq haqqında” 20 aprel 2004-cü il tarixli, 637-İİQ nömrəli Qanununda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə X3 istinad edilən inzibati xətaya inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də, X1 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. X1 şikayəti təmin edilməsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın.
3. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Çingiz İsgəndərov