Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-301/2025 01.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X3 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, qərardan şikayət verən şəxs X3 “MAN TGX18.440” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını idarə edir. Vəzifəsi müəyyən - şirkətlərdən gəlmiş sifariş əsasında qaimə ilə yüklənmiş malları digər filiallara aparıb təhvil verməkdən ibarətdir. Maşına mal yüklənəndə çəki ilə bağlı tərəzi qəbzi verilir və maşın boşaldılanda da bununla bağlı qaimə verilir. xx.xx.2025-ci il tarixdə şirkətdən verilmiş sifariş əsasında Quba rayonu ərazisindən avtomaşına 39.670 kiloqram şebel yüklənmiş və bununla bağlı ona tərəzi qəbzi verilmişdir. Məlum olduğu kimi 40.000 kiloqramdan artıq yük olduqda cərimə tənbehi nəzərdə tutulduğu üçün o, avtomaşına heç vaxt həmin çəkidə yük vurmur və işlədiyi şirkətdə də bunu qadağan edir. O, həmin yükü boşaltmaq üçün xx.xx.2025-ci il tarixində, saat 14.58də, M-1 129 kilometrində, yəni Şabran rayonunun Mollakamallı ərazisindən Bakı istiqaməti ərazisində hərəkətdə olarkən guya avtomaşında olan yükün çəki baxımından 42600 kiloqram olması barədə ona “Sms” gəlmiş və bununla bağlı ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə EQ seriyalı, 29009021 saylı inzibati protokolun tərtib olunması bildirilmişdir. Həmin protokolun əsasında inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, həmin qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Qərardan şikayət verən şəxs X3 aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixdə tərtib edilən EQ seriyalı, 29009021 saylı inzibati protokol və onun əsasında inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz və əsassızdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə şirkətdən verilmiş sifariş əsasında avtomaşına 39670 kiloqram şebel yükləmiş və bununla bağlı ona tərəzi qəbzi verilmişdir. Hansısa texniki nasazlıq səbəbindən ona artıq çəki olması barədə protokol tərtib olunmuş və əsasız cərimə olunmuşdur. Barəsində inzibati qərar tərtib olunmasına baxmayaraq, onun bir surəti ona rəsmi qaydada verilməmiş, onun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə zəng vurduqdan sonra məcbur olub barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın bir nüsxəsi ona təqdim edilmişdir. Qərardan şikayət verən şəxs X3 bu halları nəzərə alaraq,Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X3 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə hazırki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 10:15-ə təyin edilmiş açıq məhkəmə baxışı iclasın barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 14:56:57-də “MAN TGX 18440” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 14:56:57-də “MAN TGX 18440” yük markalı, **- RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və tərəzi göstəricilərindən görünür ki, “MAN TGX 18440” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 14:56:57-də M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisi 42600 kiloqram olmuşdur. - 45404 saylı tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:20:32-də **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 39670 kiloqram olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 45404 saylı tərəzi qəbzində xx.xx.2025ci il tarixdə, saat 12:20:32-də **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 39670 kiloqram olduğu qeyd edilsə də, qərardan şikayət verən şəxs X3 Ml 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 14:56:57-də “MAN TGX 18440” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmişdir və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış (kamera vasitəsi ilə çəkilmiş fotoşəkillər və tərəzi göstəriciləri) və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərarı qəbul edilmişdir. Bununla yanaşı qərardan şikayət verən şəxs X3 şikayətində xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilindiyini və barəsində həmin maddə ilə başlanmış icraata xitam verilməsini xahiş etsə də, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə yox, 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5-ci maddəsinə əsasən həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X4 X6) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X4 X6 40 tonu aşmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X3 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 14:56:57-də “MAN TGX 18440” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Lakin onun məhkəməyə təqdim etdiyi 45404 saylı tərəzi qəbzində isə **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 12:20:32-də olan çəkisi qeyd edilmişdir. Həmin zaman kəsiyinin olması, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta tərkibinin olmasına dair çəkiliş və qeydlərin mövcudluğunun təsdiqi inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsasların olmadığı qənaətini formalaşdırır. Beləliklə məhkəmə Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 3, 12, 76, 84, 129, 130, 134,135 və 353.2-ci maddələrinin tələblərini və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 14:56:57-də “MAN TGX 18440” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün (nəqliyyat vasitəsinin həmin vaxt çəkisi 42600 kiloqram olması səbəbi ilə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və X1 əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də hazırki iş üzrə şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar da yoxdur. Bu səbəbdən də, X1 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29009021 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №3(031)-301/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-301/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver