Məhkəmə qərarları › İş №3(031)-303/2022

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-303/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-303/2022 31.05.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxx 1973-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 19 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 19 may 2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 oktyabr 2002-ci il təvəllüdlü X2, 09 aprel 2004-cü il təvəllüdlü X5 və 20 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsində həmin icra vərəqəsi üzrə 06 fevral 2018-ci il tarixli qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Şəxs isə maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsində göstərilən tələbin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırır və onun hazırda həmin icra vərəqəsi üzrə ümumilikdə 6925 (altı min doqquz yüz iyirmi beş) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən və hazırki inzibati xəta haqqında iş üzrə 19 may 2022-ci il tarixdə, saat 10:55-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 oktyabr 2002-ci il təvəllüdlü X2, 09 aprel 2004-cü il təvəllüdlü X5 və 20 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməli olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin icra vərəqəsində göstərilən tələbin icrası ilə əlaqədar onun tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırdığını və hazırda həmin icra vərəqəsi üzrə ümumilikdə 6925 (altı min doqquz yüz iyirmi beş) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını bildirmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Hazırki inzibati xəta haqqında iş üzrə 19 may 2022-ci il tarixdə, saat 10:55-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)- 604/2018 nömrəli icra vərəqəsinə əsasən ondan 21 oktyabr 2002-ci il təvəllüdlü X2, 09 aprel 2004-cü il təvəllüdlü X5 və 20 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməli olduğunu göstərmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında məhkəmə qərarına hörmətlə yanaşdığını, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsində göstərilən tələbi icra etməkdən yayınmadığını, sadəcə maddi vəziyyətinin çox ağır olması səbəbi ilə həmin icra sənədi üzrə ödənişləri vaxtı-vaxtında edə bilmədiyi üçün 6925 (altı min doqquz yüz iyirmi beş) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını, həmin aliment borcunu birdəfəlik ödəniş edərək tam şəkildə ödənilməsi hazırda onun maddi imkanı xaricində olduğunu, sözü gedən icra vərəqəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında razılaşma əldə edildiyini və bundan sonra Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsi üzrə ödənişləri gecikdirmədən, aliment borcunu isə hissə-hissə ödənişlər edərək yaxın zamanda tam şəkildə ödəyəcəyinə dair söz verdiyini bildirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən və hazırki inzibati xəta haqqında iş üzrə 19 may 2022-ci il tarixdə, saat 10:55-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsinə əsasən Şəxs 21 oktyabr 2002-ci il təvəllüdlü X2, 09 aprel 2004-cü il təvəllüdlü X5 və 20 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməli olduğunu, Şəxs isə həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını göstərmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, Şəxs ilə sözü gedən icra vərəqəsinin icrası ilə əlaqədar aralarında razılaşma əldə edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 oktyabr 2002-ci il təvəllüdlü X2, 09 aprel 2004-cü il təvəllüdlü X5 və 20 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 31 may 2022-ci il tarixli ərizəsindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə zərər çəkmiş şəxs arasında müvafiq razılaşma əldə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 oktyabr 2002-ci il təvəllüdlü X2, 09 aprel 2004-cü il təvəllüdlü X5 və 20 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində icraata 06 fevral 2018-ci il tarixli qərarla başlanılmış, Şəxs oğluna tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və sonuncunun Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsi üzrə 6925 (altı min doqquz yüz iyirmi beş) manat məbləğində aliment borcu yarandığı üçün barəsində Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məhkəmə iclasında verdiyi izahatdan və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyildir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan dörd zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə verilmiş 2(105)-604/2018 nömrəli icra vərəqəsi üzrə 6925 (altı min doqquz yüz iyirmi beş) manat məbləğində aliment borcunun yaranmasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar