Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 3(031)-309/2020 23.06.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Şabran Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx xxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2015-ci il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Həmçinin həmin Fərmanın 6-cı bəndində də müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ həmin Fərmanla həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbehtədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə inzibati xəta haqqında işə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, sözü gedən inzibati xəta haqqında iş yalnız həmin işdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2015-ci il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli Fərmanının 6-cı bəndində müəyyən edilmiş hallar mövcud olduqda, yəni daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsaslar olduqda məhkəməyə göndərilir. Lakin nə məhkəməyə göndərilmiş protokoldan, nə də ki, həmin protokola əlavə edilmiş iş materiallarından yuxarıda qeyd edilən Fərmanın 6-cı bəndində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində göstərilmiş halların mövcudluğu görünmür və bu barədə protokolda və ya iş materiallarında hər hansı əsaslandırma aparılmayıb. Sözü gedən halların mövcudluğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmadığı və ya belə halların mövcud olmadığı hallarda inzibati xəta haqqında işin baxılması üçün şəxsi mülahizələrə əsasən məhkəməyə göndərilməsi, həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, həm də qeyd edilən Fərmanın yuxarıda göstərilən tələblərinə ziddir. Bu səbəbdən qeyd edilən hallar mövcud olmadıqda, həmin inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olmur. Buna görə də yuxarıda göstərilənləri nəzərə alınmaqla, hazırkı işə məhz protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsi), işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcud olub-olmaması (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.2-ci maddəsi), inzibati xəta haqqında protokol və işin digər materiallarının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsi), işin icraatını rədd edən halların mövcud olub-olmaması (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsi) və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsi) məsələlərini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51 və 109-cu maddələrinə rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxxx 1977-ci il tarixdə Dəvəçi (indi Şabran) rayonunun Əmirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şabran rayonunun Əmirxanlı kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında material Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №3(031)-309/2020
Şabran Rayon Məhkəməsi Qərardad — İş №3(031)-309/2020
23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver