Məhkəmə qərarları › İş №3(031)-328/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-328/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-328/2025 18.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X4 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-5123/2025 saylı qərardadına əsasən X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti baxılması üçün aidiyyəti üzrə Şabran Rayon məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, qərardan şikayət verən şəxs X4 xx.xx.2025-ci il tarixdə, saat 19:52:14-də, M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində “FORD CARGO 1830” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman nəqliyyat vasitəsinin çəkisinin 34270 kiloqram olması səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən şəxs X4 isə müvafiq tərəzi qəbzinə əsasən idarə etdiyi nəqliyyat vasitəsinin çəkisinin həmin vaxt 31330 kiloqram olduğunu qeyd edərək, həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X4 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə hazırki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 12:30-a təyin edilmiş açıq məhkəmə baxışı iclasın barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 19:52:14-də “FORD CARGO 1830” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və tərəzi göstəricilərindən görünür ki, “FORD CARGO 1830” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 19:52:14-də M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisi 34270 kiloqram olmuşdur. - 38051 saylı tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:21-də **- EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 31330 kiloqram olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 38051 saylı tərəzi qəbzində xx.xx.2025ci il tarixdə, saat 21:21-də **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 31330 kiloqram olduğu qeyd edilsə də, qərardan şikayət verən şəxs X4 M-l 129cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 19:52:14-də “FORD CARGO 1830” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmişdir və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış (kamera vasitəsi ilə çəkilmiş fotoşəkillər və tərəzi göstəriciləri) və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X2 X5) 2 nömrəli cədvələ əsasən dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobillər üçün X2 X5 32 tonu aşmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X4 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 19:52:14-də “FORD CARGO 1830” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Lakin onun məhkəməyə təqdim etdiyi 38051 saylı tərəzi qəbzində isə **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 21:21-də olan çəkisi qeyd edilmişdir. Həmin zaman kəsiyinin olması, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta tərkibinin olmasına dair çəkiliş və qeydlərin mövcudluğunun təsdiqi inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsasların olmadığı qənaətini formalaşdırır. Beləliklə məhkəmə Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 3, 12, 76, 84, 129, 130, 134,135 və 353.2-ci maddələrinin tələblərini və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X4 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 19:52:14-də “FORD CARGO 1830” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün (nəqliyyat vasitəsinin həmin vaxt çəkisi 34270 kiloqram olması səbəbi ilə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və X1 əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də hazırki iş üzrə şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar da yoxdur. Bu səbəbdən də, X1 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28302614 saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar