Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-333/2020 06.07.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruclu Rüstəm Əfqan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşı, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxx 1967-ci il tarixdə Dəvəçi (indi Şabran) rayonunun Vələsli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şabran rayonunun Vələsli kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 343.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 343.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokolinzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx xxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixində, saat 16:58 radələrində, Şabran şəhərinin 20 yanvar küçəsi ərazisində “Hyundai Tucson” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq qəza törətdikdən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparıldığı zaman tibbi müayinədən imtina etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.3 və 343.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmiş və həmin inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 343.1 maddələri ilə tədbir görülməsi məqsədi ilə aidiyyətı üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsŞabran Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşı, polis mayoru X3 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixində, saat 16:58 radələrində, Şabran şəhərinin 20 yanvar küçəsi ərazisində “Hyundai Tucson” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək qəza törətməsi nəticəsində “Azərişıq” X7 maddi ziyan dəydiyini və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparıldığı zaman tibbi müayinədən keçməkdən imtina etdiyini bildirmiş və qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixində, günorta saatlarında, “Hyundai Tucson” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı vaxt onlara “məni tanımırsuz” sözlərini dedikdən sonra polis əməkdaşları ona yoluna davam etməsinə icazə verib bundan sonra xidməti maşınları ilə onun arxası ilə düşüb onu qovalamağa başladıqları üçün Şabran şəhərinin 20 yanvar küçəsində idarə etməni itirərək qəza törətdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir.Bundan əlavə verilmiş suallara cavab olaraq sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparıldığı zaman tibbi müayinədən keçməkdən imtina etmədiyini, inzibati xətanı törətdiyi zaman həqiqətən də yüngül dərəcəli sərxoşluq vəziyyətində olduğunu, onun səhlənkarlığı nəticəsində baş vermiş qəza nəticəsində heçbir şəxsin xəsarət almadığını, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunmadığını, iş materialları ilə tanış olmadığını, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 öz izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə xidməti avtomobili duracağa apardığı zaman Şəxs “Hyundai Tucson” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şabran şəhərinin 20 yanvar küçəsi ərazisində qəza törətdiyini gördüyü üçün idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq köməklik göstərmək məqsədi ilə Şəxs yaxınlaşmışdır. Bundan əlavə verilmiş suallara cavab olaraq xx xxxx 2020-ci il tarixdə Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin onun tərəfindən saxlanılmadığını və Şəxs idarə etdiyi Hyundai Tucson” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onlar tərəfindən qovalanmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 öz izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə polis kapitanı X4 ilə birlikdə xidmətdə olduğu zaman X2 Şəxs “Hyundai Tucson” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şabran şəhərinin 20 yanvar küçəsi ərazisində qəza törətdiyini gördüyü üçün idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq köməklik göstərmək məqsədi ilə Şəxs yaxınlaşdığını və Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin onlar tərəfindən təqib edilmədiyini göstərmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 343.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən CD diskdəki video görüntüdən görünür ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixində Şabran şəhərinin 20 yanvar küçəsi ərazisində “Hyundai Tucson” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozaraq qəza törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası “Azərişıq” X5 “Şimal” X6 və X8 Elektrik şəbəkəsinin Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Patrul Xidməti Bölməsinə ünvanlandığı məktubdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixində, saat 16:58 radələrində, Şabran şəhərinin 20 yanvar küçəsi ərazisində “Hyundai Tucson” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içkilərin spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozaraq qəza törətməsi nəticəsində “Azərişıq” X7 həqiqətəndə maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşı, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixində, saat 16:58 radələrində, Şabran şəhərinin 20 yanvar küçəsi ərazisində “Hyundai Tucson” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içkilərin spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozaraq qəza törətdikdən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparıldığı zaman tibbi müayinədən imtina etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.3 və 343.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyinə edilməsi Qaydaları” na əlavə sərxoşluq vəziyyətinin tibbi müayyinəsi aktından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixində, saat 20:00 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparıldığı zaman tibbi müayinədən imtina etmişdir. Beləliklə, proses iştirakçılarının izahatları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 343.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirildi. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.1-cü maddəsinə əsasənnəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasənbu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 343.1 maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, zərər çəkmiş şəxs “Azərişıq” X7 Şəxs tərəfindən törədilmiş qəza nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə mülki qaydada müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 343.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin.
2. Zərər çəkmiş şəxs “Azərişıq” X7 Şəxs tərəfindən törədilmiş qəza nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə mülki qaydada müraciət etmək hüququnun olması izah edilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov