Məhkəmə qərarları › İş №3(031)-337/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-337/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-337/2024 27.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X2 iştirakları ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1993-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-337/2024 nömrə altında qeydiyyata alınmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-338/2024 nömrə altında inzibati xəta haqqında iş başlanılmısdır. Şabran Rayon Məhkəməsinin 3(031)-338/2024 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-338/2024 nömrəli inzibati xəta haqqında işi üzrə icraata məhkəmənin icraatında olan 3(031)-337/2024 və 3(031)-338/2024 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək 3(031)-337/2024 nömrə altında eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində olduğu zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu barəsində edilmiş şikayətlə ilə əlaqədar Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə buna cavab olaraq polis əməkdaşları ilə mübahisə etməyə başlamış, həmin mübahisə zamanı onu nizam-intizama dəvət etmiş ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamış və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq polis əməkdaşılarının tələblərinə məhəl qoymayıb daha da aqressivləşərək öz hüquqazidd hərəkətini davam etdirdiyi üçün məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Müvafiq inzibati araşdırma aparıldıqdan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2024-cü ilin avqust ayında Şabran rayonunun Cinarlar kəndi ərazisində yerləşən "X20" –nin inzibati binasından su krantlarını oğurlaması nəticəsində zərər çəkmiş şəxs X4 ümumilikdə 90 (doxsan) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs X7 xx.xx.2024-cü il tarixdə Şabran rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla toplanmış material əsasında cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X18 əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X5 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq X23 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 məhkəmə iclasında tərtib elədiyi protokolları müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2024-cü ilin avqust ayında Şabran rayonunun Cinarlar kəndi ərazisində yerləşən "X20" –nin inzibati binasından su krantlarını oğurlaması nəticəsində zərər çəkmiş şəxs X4 ümumilikdə 90 (doxsan) manat məbləğində maddi ziyan dəydiyini və xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində ona yaxınlaşaraq özlərini təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş polis əməkdaşları ilə mübahisə etdiyi zaman onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərmədiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericilində nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, 2024-cü ilin avqust ayında Şabran rayonunun Cinarlar kəndi ərazisində yerləşən "X20" –nin inzibati binasından su krantlarını oğurlayıb. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində ona yaxınlaşaraq özlərini təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş polis əməkdaşları ilə mübahisə edib və onların qanuni tələblərinə tabesizlik göstərib. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, tutulan zaman ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu Şabran Rayon Polis Şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını, hazırda törətdiyi əməllərdən peşman olduğunu və zərər çəkmiş şəxs X4 dəymiş maddi ziyanı da yaxın zamanda ödəyəcəyini bildirmişdir. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında Şabran rayonunun Cinarlar kəndi ərazisində yerləşən "X20" – nin inzibati binasından su krantlarını oğurlaması nəticəsində ona ümumilikdə 90 (doxsan) manat məbləğində maddi ziyan dəydiyini və hazırda Şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis Şöbəsinin əməkdaşı X8 öz izahatında bildirmişdir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində xidmətdə olduğu zaman Şəxs barəsində olan şikayət ilə bağlı ona yaxınalşaraq özlərini təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət ediblər. Şəxs isə buna cavab olaraq onlarla mübahisə etməyə başlayıb və həmin mübahisə zamanı tərəflərindən nizam-iltizama dəvət edilsə də, onların qanuni tələblərinə qəsdən tabe olmayıb. Bu səbəbdən də, Şəxs tərəflərindən məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Növbətçi Hissəyə təhvil verilib. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Nurlan Vahidov şahid Əhmədağa Əkbərov ilə eyniməzmunlu izahat verərək sonuncunun məhkəmə iclasında verdiyi izahatda göstərdiyi xüsusiyyətləri bir daha təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan etibarən Şabran Rayon Polis X16 Yerində inzibati qaydada tutulmuşdur. - Şabran Rayon Polis X17 təhqiqatçısı X14 icraatında olan HK-1/909 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X23 barəsində onun tərəfindən 2024-cü ilin avqust ayında Şabran rayonunun Cinarlar kəndi ərazisində yerləşən "X20" –nin inzibati binasından su krantlarını oğurlaması nəticəsində zərər çəkmiş şəxs X4 ümumilikdə 90 (doxsan) manat məbləğində maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edilmişdir. - Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2024-cü ilin avqust ayında Şabran rayonunun Cinarlar kəndi ərazisində yerləşən "X20" –nin inzibati binasından su krantlarını oğurlaması nəticəsində zərər çəkmiş şəxs X4 ümumilikdə 90 (doxsan) manat məbləğində maddi ziyan dəyməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Həmin Məcəllənin 227-ci maddəsinin "Qeyd" – inə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama etməsi və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Bu səbəbdən onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə tövsif edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan etibarən Şabran Rayon Polis X16 Yerində inzibati qaydada tutulduğundan inzibati həbsdə saxlamanın əvvəli həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 115, 117, 128, 130, 227 və 535.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova Azərbaycan Respublikası adından QƏRARDAD ŞABRAN RAYON MƏHKƏMƏSİ xx.xx.2024-cü il Şabran şəhəri İş № 3(031)-337/2024 Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi "4A4T3N0" olan, xx.xx.1972-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-337/2024 nömrə altında inzibati xəta haqqında iş başlanılmısdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-338/2024 nömrə altında inzibati xəta haqqında iş başlanılmısdır. Şabran Rayon Məhkəməsinin 3(031)-338/2024 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-338/2024 nömrəli inzibati xəta haqqında işi üzrə icraata məhkəmənin icraatında olan 3(031)-337/2024 və 3(031)-338/2024 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək 3(031)-337/2024 nömrə altında eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində olduğu zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu Qolunda olan kəsiklərlə əlaqədar Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə buna cavab olaraq polis əməkdaşları ilə mübahisə etməyə başlamış, həmin mübahisə zamanı onu nizam-intizama dəvət etmiş ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamış və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq polis əməkdaşılarının tələblərinə məhəl qoymayıb daha da aqressivləşərək öz hüquqazidd hərəkətini davam etdirdiyi üçün məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Müvafiq inzibati araşdırma aparıldıqdan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 tərtib elədiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin V. Abdullayeva küçəsi ərazisində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərmədiyini və xx.xx.2024-cü il tarixdə, saat 20:06-da ünvan 3 ünvanında olduğu zaman X2 ünvanına nalayiq ifadə işlətdiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericilində nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 20:06-da ünvan 3 ünvanında olduğu zaman X2 ünvanına nalayiq ifadə işlədib. Lakin, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində ona yaxınlaşaraq özlərini təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş polis əməkdaşları ilə mübahisə etməyib və onların hər-hansı bir qanuni tələblərinə tabesizlik göstərməyib. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, tutulan zaman ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu Şabran Rayon Polis Şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində qanuni tələblərinə tabesizlik göstərdiyi ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin məhkəmə iclasında şahid qismində iştiraklarının təmin edilməsi məqsədi ilə işə baxılması müddəti uzaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111 və 118-ci maddəsinə rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər üzrə Şabran Rayon Məhkəməsinə başlanmış 3(031)-337/2024 nömrəli inzibati xəta haqqında işə baxılma müddəti uzadılsın və həmin işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxılması xx.xx.2024-cü il tarixə, saat 14:30-a təyin edilsin. Sədrlik edən Könül Mirzəfərova İş № 3(031)-337/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx.xx.2024-cü il Şabran şəhəri Şabran Rayon Məhkəməsi Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 14:30-da açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclasının video yazan texniki vasitələrdən istifadə etməklə qeydə alındığını elan edir və proses iştirakçılarından buna etirazlarının olub-olmadığını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlmişlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X13 (fərdi identifikasiya nömrəsi - 48ZDAV4): 01 iyul 1982-ci il tarixdə Qusar rayonunun İmamqulukənd kəndində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, ali təhsillidir, evlidir, Şabran Rayon Polis X5 Bölməsində sahə rəisi vəzifəsində çalışır, ünvan 6 ünvanda yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (fərdi identifikasiya nömrəsi - 4A4T3N0): xx.xx.1972-ci il tarixdə Dəvəçi rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, subaydır, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Sədrlik edən məhkəmə tərkibini elan edir və kimin məhkəmə iclasının katibi qismində iştirak etdiyini bildirir: Hakim - Mirzəfərova Könül Murtuz qızı; Məhkəmə iclasının katibi - Məhərrəmov Aydın Yarməmməd oğlu. Proses iştirakçılarına sədrlik edənə və katibə etiraz etmək hüququ izah olunur. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçılarına hüquq və vəzifələrini elan edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X13: hüquq və vəzifələrim mənə aydındır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: hüquq və vəzifələrim mənə aydındır. Mənə vəkil tutmaq hüququmun olması da izah edilmişdir. Lakin mən vəkil istəmirəm, hüquqlarımı özüm müdafiə edə bilərəm. Vəkil istəməməyim maddi vəziyyətimlə əlaqədar deyil. Xahiş edirəm ki, işimə vəkilsiz baxılsın. Bu barədə ərizə təqdim edirəm. Ərizə işə əlavə olunur. Sədrlik edən hər hansı vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolları elan edir. Sədrlik edən izahat vermək üçün sözü İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X10 verir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X6 izahatı: - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin V. Abdullayeva küçəsi ərazisində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərməyib və xx.xx.2024-cü il tarixdə, saat 20:06-da ünvan 3 ünvanında olduğu zaman X2 ünvanına nalayiq ifadə işlədib. Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericilində nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş edirəm. Sədrlik edən izahat vermək üçün sözü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: - mən, xx.xx.2024-cü il tarixdə, saat 20:06-da ünvan 3 ünvanında olduğu zaman X2 ünvanına nalayiq ifadə işlətmişəm. Lakin, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində mənə yaxınlaşaraq özlərini təqdim edib məni Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş polis əməkdaşları ilə mübahisə etməmişəm və onların hər-hansı bir qanuni tələblərinə tabesizlik göstərməmişəm. Sədrlik edən iş materiallarında olan sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində qanuni tələblərinə tabesizlik göstərdiyi ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin məhkəmə iclasında şahid qismində iştiraklarının təmin edilməsi məqsədi ilə işə baxılması müddəti uzaldılmalı olduğunu elan edir və yerində Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər üzrə Şabran Rayon Məhkəməsinə başlanmış 3(031)-337/2024 nömrəli inzibati xəta haqqında işə baxılma müddətinin uzadılması və həmin işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxılmasının xx.xx.2024-cü il tarixə, saat 14:30-a təyin edilməsi barədə qərardad qəbul dir və həmin qərardadı elan edir. İclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 14:40-da bağlı elan olunur. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edildi. Hakim Könül Mirzəfərova X26 İş № 3(031)-337/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx.xx.2024-cü il Şabran şəhəri Şabran Rayon Məhkəməsi Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 11:15-də açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclasının video yazan texniki vasitələrdən istifadə etməklə qeydə alındığını elan edir və proses iştirakçılarından buna etirazlarının olub-olmadığını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlər Şabran Rayon Polis Şöbəsinin əməkdaşları X27 və X12 gəlmişlər. Sədrlik edən İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X6 şəxsiyyətini müəyyən edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X13 (fərdi identifikasiya nömrəsi - 1XJ2T4R): xx.xx.1981-ci il tarixdə Qubadlı rayonunun Əhmədli kəndində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, ali təhsillidir, evlidir, Şabran Rayon Polis X5 Bölməsində sahə rəisi vəzifəsində çalışır, ünvan 9 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Sədrlik edən məhkəmə tərkibini elan edir və kimin məhkəmə iclasının katibi qismində iştirak etdiyini bildirir: Hakim - Mirzəfərova Könül Murtuz qızı; Məhkəmə iclasının katibi - Məhərrəmov Aydın Yarməmməd oğlu. Proses iştirakçılarına sədrlik edənə və katibə etiraz etmək hüququ izah olunur. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçılarına hüquq və vəzifələrini elan edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X13: hüquq və vəzifələrim mənə aydındır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən hər hansı vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolları elan edir. Sədrlik edən izahat vermək üçün sözü İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X10 verir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X6 izahatı: - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:06-da ünvan 3 ünvanında olduğu zaman X2 ünvanına nalayiq ifadə işlədib və bununla əlaqədar xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində ona yaxınlaşaraq özlərini təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş polis əməkdaşları ilə mübahisə etdiyi zaman onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərməyib. Sədrlik edənin sualına cavab: - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdən, saat 19:30-dan etibarən Şabran Rayon Polis X16 Yerində inzibati qaydada tutulub və məhkəməyə gətirilməsi üçün xx.xx.2024-cü il tarixdə, saat 10:45-də azad edilib. Lakin Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə məhkəmə iclasında iştirak etdikdən sonra xx.xx.2024-cü il tarixdən, saat 14:50-dən etibarən yenidən Şabran Rayon Polis X16 Yerində inzibati qaydada tutulub. Sədrlik edən izahat vermək üçün sözü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: - keçən məhkəmə iclasında dediyim kimi mən, həqiqətən xx.xx.2024-cü il tarixdə, saat 20:06-da ünvan 3 ünvanında olduğu zaman X2 ünvanına nalayiq ifadə işlətmişəm. Lakin, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində mənə yaxınlaşaraq özlərini təqdim edib məni Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş polis əməkdaşları ilə mübahisə etməmişəm və onların hər-hansı bir qanuni tələblərinə tabesizlik göstərməmişəm. Sədrlik edənin sualına cavab: - Saxlanılarkən mənə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarım izah olunub. Sədrlik edənin sualına cavab: - İş materialları ilə tanış olmuşam. Sədrlik edənin sualına cavab: - Tutulan zaman və polis şöbəsində olduğum dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışam. Sədrlik edən şahidin şəxsiyyətini müəyyən edir. X15 (fərdi identifikasiya nömrəsi – 1D89P3E): xx.xx.1983-cü il tarixdə Ağdam rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, ali təhsillidir, subaydır, Şabran Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır, ünvan 11 ünvanda yaşayır. Sədrlik edən şahidə hüquq və vəzifələrini elan edir. Şahid Şabran Rayon Polis X28 Xidməti Bölməsinin polis nəfəri X27: hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən şahid Şabran Rayon Polis X28 Xidməti Bölməsinin polis nəfəri X24 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsində nəzərdə tutulan məsuliyyəti izah edib ondan iltizam alır və izahat vermək üçün sözü ona verir. Şahid Şabran Rayon Polis X28 Xidməti Bölməsinin polis nəfəri X27 oğlunun izahatı: - Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə edilmiş müraciət ilə əlaqədar Şəxs yaxınalşaraq özümüzü təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etdik. Şəxs isə buna cavab olaraq bizimlə mübahisə etməyə başladı və həmin mübahisə zamanı tərəfimizdən nizam-iltizama dəvət edilsə də, bizim qanuni tələblərimizə qəsdən tabe olmadı. Bu səbəbdən də, Şəxs tərəfimizdən məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Növbətçi Hissəyə təhvil verilib. X1 (fərdi identifikasiya nömrəsi – 44E6TFX): xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunun Şahnəzərli kəndində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, evlidir, Şabran Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində çalışır, ünvan 13 ünvanda yaşayır. Sədrlik edən şahidə hüquq və vəzifələrini elan edir. X35 Xidməti Bölməsinin polis nəfəri X12: hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən X35 Xidməti Bölməsinin polis nəfəri X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsində nəzərdə tutulan məsuliyyəti izah edib ondan iltizam alır və izahat vermək üçün sözü ona verir. X35 Xidməti Bölməsinin polis nəfəri X12 oğlunun izahatı: - xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə edilmiş müraciət ilə əlaqədar Şəxs yaxınalşaraq özümüzü təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etdik. Şəxs isə buna cavab olaraq bizimlə mübahisə etməyə başladı və həmin mübahisə zamanı tərəfimizdən dəfələrlə nizam-iltizama dəvət edilsə də, bizim qanuni tələblərimizə qəsdən tabe olmadığı üçün məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Növbətçi Hissəyə təhvil verildi. Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən proses iştirakçılarından əlavələrin və vəsatətlərin olub-olmaması haqqında soruşur. Əlavələr və vəsatətlər daxil olmadı. Sədrlik edən məhkəmə araşdırmalarının başa çatdığını elan edir. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını elan edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X13: Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: barəmdə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının başa çatdığını elan edir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 11:20-də bağlı elan olunur. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edildi. Hakim Könül Mirzəfərova X26

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar