Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-340/2024 30.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1969-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X1 məqsədi ilə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X4 ödənilməli olsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və onun hazırda sözü gedən icra sənədi üzrə ümumilikdə 2400 (iki min dörd yüz) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X1 məqsədi ilə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X4 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında etməmiş və hazırda onun sözü gedən icra sənədi üzrə 2400 (iki min dörd yüz) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə bu günədək ümumilikdə 1650 (bir min latı yüz əlli) manat məbləğində, xx.xx.2024-cü il tarixdə isə 400 (dörd) yüz manat məbləğində ödəniş etdiyini, xx.xx.2024-cü il tarixdə sözü gedən icra vərəqəsi üzrə aliment borcunun 2400 (iki min dörd yüz) manat təşkil etdiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin tarixdə icra vərəqəsi üzrə 500 (beş yüz) manat məbləğində ödəniş etdiyini və hazırki iş üzrə icra sənədi ilə bağlı ödənilməmiş aliment borcunun məbləğinin 2000 (iki min) manat təşkil etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ödəniş qəbzini məhkəməyə təqdim edərək bildirmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ondan xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X1 məqsədi ilə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X4 ödənilməlidir. O, məhkəmə qərarına hörmətlə yanaşı və məhkəmə qərarı əsasında verilmiş icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmır. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq aylıq qazanc əldə edir və idarə etdiyi nəqliyyat vasitəsinin nasaz olması səbəbi ilə müəyyən bir müddət işləyə bilmədiyi üçün maddi vəziyyəti ağırlaşmış və bu səbəbdən də həmin icra sənədi üzrə ödənişləri tam şəkildə edə bilmədiyi üçün hazırda ödənilməmiş aliment borcu yaranmışdır. Lakin, xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)- 752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 400 (dörd yüz) manat məbləğində ödəniş etmişdir. Bu halın nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 500 (beş) yüz manat məbləğində ödəniş etdiyini, həmin tarixdə hazırki icra vərəqəsi üzrə ödənilməmiş aliment borcunun məbləğinin 2400 (iki min dörd yüz) manat, hazırda isə 2000 (iki min) manat təşkil etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)- 752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2003cü il təvəllüdlü X1 məqsədi ilə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X4 ödənilməlidir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmısdır. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli, 14460/24 saylı tələbin könüllü icrası haqqında bildirişin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində icra etməli olduğu haqqında və icranın könüllü şəkildə təmin edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə bildiriş göndərilmişdir. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. xx.xx.2024-cü il tarixdə o, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə ümumilikdə 1050 (bir min əlli) manat məbləğində ödəniş etmişdir və onun həmin icra vərəqəsi üzrə olan ödənilməmiş aliment borcunun məbləği 2400 (iki min dörd yüz) manat olmuşdur. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixə o, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə ümumilikdə 1650 (bir min altı yüz əlli) manat ödəniş etmişdir və onun həmin icra vərəqəsi üzrə olan ödənilməmiş aliment borcunun məbləği 2400 (iki min dörd yüz) manat olmuşdur. - Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 2400 (iki min dörd yüz) manat məbləğində ödənilməmiş aliment borcu yaranması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq protokol tərtib edilmişdir. - 123459 nömrəli qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 400 (dörd yüz) manat məbləğində ödəniş etmişdir. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli, 5 saylı Qərarının 6-cı bəndinə əsasən mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikasının "İcra haqqında" xx.xx.2001-ci il tarixli, 243-İİQ saylı Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X1 məqsədi ilə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X4 ödənilməlidir. Həmin icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatlardan və 123459 nömrəli qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 400 (dörd yüz) manat məbləğində ödəniş etmişdir, bununla yanaşı xx.xx.2024-cü il tarixdə onun həmin icra sənədi üzrə olan aliment borcu 2400 (iki min dörd yüz) manat olsa da, icra sənədi üzrə müvafiq ödənişlərin edilməsi səbəbi ilə sözü gedən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə də ödənilməmiş aliment borcu 2400 (iki min dörd) yüz manat olmuşdur və hazırda da icra sənədi üzrə xx.xx.2024cü il tarixdə 400 (dörd) yüz manat məbləğində ödəniş edildikdən sonra icra sənədi üzrə ödənilməmiş aliment borcunun məbləği 2000 (iki min) manat təşkil etmişdir. Göründüyü kimi, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)- 752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ödənilməmiş aliment borcunun məbləği xx.xx.2024-cü il tarix ilə müqayisədə xx.xx.2024-cü il tarixə azalmışdır. Beləliklə bu xüsusiyyətlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində qərəzli olaraq icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(031)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin tam şəkildə icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov