Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-342/2023 22.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X21 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Qərardan şikayət verən şəxs "Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X3, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Nümayəndə iştirakları ilə Hüquqi ünvanı Şabran şəhəri, Heydər Əliyev prospekti, ev 97 olan “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 (VÖEN: **********) direktoru X3 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 31 avqust 2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərar ilə “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsini (ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə) törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilib. Lakin “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 aşağıdakı xüsusiyyətlərdən dolayı hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının əsaslı təmir edilməsi barədə layihə hazırlanmışdır. Həmin layihəyə əsasən Şabran Rayon Mərkəzi Xəstəxanası 2012-ci ildə əsaslı təmir edilərək istifadəyə verilmişdir. Qeyd edilən layihənin hazırlanmasında və müəssisənin təmirində “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 iştirakı olmamışdır. Ümumiyyətlə xəstəxanaların təmir-tikintisi üçün layihənin hazırlanması və təmir-tikinti işlərinin həyata keçirilməsində xəstəxanaların rəhbərliyi iştirak etmir. Sözügedən layihənin hazırlanması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən, müəssisənin təmir-tikintisi isə tender qalibi olmuş podratçı şirkət tərəfindən həyata keçirilir. Sözügedən təmir işləri yekunlaşdıqdan sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasının inzibati binasına baxış keçirilərək təmir-tikinti işlərinin bütün mərhələlərində aparılan təmir-tikintinin qanunvericiliyin tələblərinə uyğun aparılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verməli olduğu məsələlərdə hər hansı nöqsanın olmaması öz əksini tapmışdır. Müəssisənin istismara qəbul edilməsi barədə aktda da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşının imzası və möhürü də mövcuddur. Həmçinin Şabran Rayon Mərkəzi Xəstəxanasında 2012-ci ildə aparılan təmir-tikinti işləri yekunlaşıb yenidən istismara verildikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təmir-tikinti layihəsinin aktına olan imza və möhürlərdən göründüyü kimi müəssisənin fəaliyyət göstərməsi üçün hər hansı nöqsan aşkarlanmamışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəssisəyə baxış keçirilmiş, inzibati binada həm ionlaşdırıcı şüalanma mənbələri hesab edilən qurğuların yerləşdiyi otaqların, həm də digər otaqların istifadəyə tam yararlı və mövcud sənədlərin tamamilə qaydasında olduğu bildirilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin əməkdaşlarının sanki əvvəlki yoxlamalardan xəbəri yox imiş kimi bir müddət əvvəl Şabran Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında yerləşən X5 müdiri olduğu “Şüa diaqnostika kabineti” nə baxış keçirərək mövcud sənədlərin qaydasında olmadığını bildirib Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X6 2500 (iki min beş yüz) manat cərimə etmişlər. “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X3 qənaətinə görə bununla da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən onun konstitusion hüquqlarım kobud şəkildə pozulmuşdur. Birincisi şüa diaqnostika kabineti üzrə məsul şəxs o, yəni “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 yox, X8r. Əgər hər hansı bir qayda pozuntusu varsa, məsuliyyətə X10 cəlb edilməlidir. İkincisi əgər Şabran Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında yerləşən ionlaşdırıcı şüalanma mənbələri hesab edilən qurğuların yerləşdiyi otaqlar istifadəyə uyğun deyildisə, nəyə görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən bu günədək olan bütün yoxlamalarda həmin otaqlar istifadəyə yararlı hesab edilmiş, hətta həmin otaqların istismarı üçün xüsusi icazə də verilmişdir. Üçüncüsü isə müəssisənin 11 (on bir) ildən artıq müddətdir ki əsaslı şəkildə təmir olunmasına baxmayaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən bu məsələlərə 11 (on bir) il sonra münasibət bildirilmişdir. Bu isə qəbul edilmiş qərarın tamamilə qanunsuz və əsassız olduğuna dəlalət edən mühüm faktlardan biridir. “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 05 (beş) ay əvvəl “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru vəzifəsinə təyin olunub. Vəzifəyə təyin olunduğu gündən bu günə kimi Şabran Rayon Mərkəzi Xəstəxanasında bir sıra müsbətyönümlü işlər həyata keçirib. Sözügedən məsələ ilə bağlı həm Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə söhbət zamanı, həm də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə dəvət olunduğum zaman “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru vəzifəsinə 05 (beş) ay müddətdir ki təyin olunduğunu, əgər hər hansı bir problem varsa yaxın zamanda aradan qaldıracağını da onlara bildirmişdir. Bu qədər qısa zaman ərzində həmin otaqlarda nöqsanların olub-olmamasım yoxlamaq, əgər hər hansı bir nöqsan varsa həmin nöqsanları aradan qaldırmaq qeyri-mümkündür, həmçinin bunun üçün müəyyən zaman aralığının olması olduqca vacibdir. Yuxarıda göstərilən xüsusiyyətlərə görə “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 hesab edir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Həmin iş üzrə tam, hərtərəfli, obyektiv araşdırmalar aparıldığı təqdirdə yuxarıda qeyd edilmiş xüsusiyyətlərin şahidi olmaq mümkün olacaqdır. “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 Azərbaycan Respublikasının Konstitusiyasının 26 və 63-cü, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 129.1.3, 130 və 135.1-ci maddələrinə istinad edərək, müvafiq şikayətlə Şabran Rayon Məhkəməyə müraciət edib Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs "Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 şikayətinin müdafiə edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Nümayəndə məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin “yoxlama tədbirinin həyata keçirilməsi” barədə 15 may 2017-ci il tarixli, Q-17/060 nömrəli qərarının, "Şabran Rayon Mərkəzi Xəstəxanası" X20 ünvanlanmış 17 may 2017-ci il tarixli məktubun, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin P-17/060 nömrəli, 23 may 2017-ci il tarixli yoxlama aktının və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin yoxlamanın nəticələri üzrə QN-17/060 nömrəli, 02 iyun 2017-ci il tarixli qərarının surətlərini məhkəməyə təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərara əsasən 03 avqust 2023-cü il tarixdə hüquqi ünvanı Şabran şəhəri, Heydər Əliyev prospekti, ev 97 olan “Şabran Rayon Mərkəzi Xəstəxanası" X18 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edildiyindən, “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində (ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı 2017-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 inzibati binasında müvafiq yoxlama həyata keçirilib, yoxlamanın nəticəsi əsasında “Şabran Rayon Mərkəzi Xəstəxanası" X18 Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilib, bu halıq qeyd edildiyi müvafiq qərar “Şabran Rayon Mərkəzi Xəstəxanası" X20 təqdim edilsə də, 2023-cü ildə keçirilmiş təkrar yoxlama zamanı bu halıq aradan qaldırılmadığı aşkar edilib. Bu halın və “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərardan verilmiş şikayətin əzasız olduğunu nəzərə alaraq, şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarında olan və iş materiallarına əlavə edilmiş sənədləri əlaqəli surətdə araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsasız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Tikintisi başa çatmış Şabran rayonunda 80 (səksən) çarpayılıq xəstəxananın əsas və köməkçi binalarının istismara qəbul edilməsi haqında qəbul komissiyasının” 29 dekabr 2011-ci il tarixli aktdan görünür ki, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində yerləşən 80 (səksən) çarpayılıq Mərkəzi Rayon Xəstəxananın başa çatmış tikililəri istismara qəbul edilsin. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin “yoxlama tədbirinin həyata keçirilməsi” barədə 15 may 2017-ci il tarixli, Q- 17/060 nömrəli qərarından görünür ki, həmin qərara əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən Şabran şəhəri, Heydər Əliyev prospekti, 97 ünvanında yerləşən Şabran Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 22 may 2017-ci il tarixdən 30 may 2017-ci il tarixə kimi olan müddət ərzində planlı yoxlama keçirilməlidir. - "Şabran Rayon Mərkəzi Xəstəxanası" X20 ünvanlanmış 17 may 2017-ci il tarixli məktubdan görünür ki, "Şabran Rayon Mərkəzi Xəstəxanası" X25 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən Şabran şəhəri, Heydər Əliyev prospekti, 97 ünvanında yerləşən inzibati binada keçiriləcək yoxlama barəsində məlumatlandırılmışdır. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin P-17/060 nömrəli, 23 may 2017-ci il tarixli yoxlama aktından görünür ki, “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 Şabran şəhəri, Heydər Əliyev prospekti, 97 ünvanında yerləşən inzibati binasında keçirilmiş yoxlama nəticəsində ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirilməsi barədə xüsusi icazənin olmadığı və bununla da Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilmişdir. “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X12 və həkim rentgenoloq X11 həmin aktda tanış olduqlarını öz imzaları ilə təsdiq etmişdirlər. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin yoxlamanın nəticələri üzrə QN-17/060 nömrəli, 02 iyun 2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 Şabran şəhəri, Heydər Əliyev prospekti, 97 ünvanında yerləşən inzibati binasında keçirilmiş yoxlama nəticəsində ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirilməsi barədə xüsusi icazənin olmadığı və bununla da Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilmişdir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 rəhbərliyinə ünvanlanmış 04 may 2023-cü il tarixli məktubdan görünür ki, “Şabran Rayon Mərkəzi Xəstəxanası" X25 ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirilməsi barədə xüsusi icazə almalı olması, həmin xüsusi icazənin alınma qaydası və sözü gedən müvafiq xüsusi icazə olmadan radioloji fəaliyyət ilə məşğul olmağın qadağan olması barədə məlumatlandırılmışdır. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin 03 avqust 2023-cü il tarixli, P-23/188 nömrəli Yoxlama Aktından görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən 02 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 Şabran şəhəri, Heydər Əliyev prospekti, 97 ünvanında yerləşən inzibati binasında keçirilmiş yoxlama nəticəsində ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirilməsi barədə xüsusi icazənin olmadığı və bununla da Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilmişdir. - 03 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, 03 avqust 2023-cü Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 Şabran şəhəri, Heydər Əliyev prospekti, 97 ünvanında yerləşən inzibati binasında keçirilmiş yoxlama nəticəsində ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirilməsi barədə xüsusi icazənin olmadığı və bununla da Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilmişdir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin 08 avqust 2023-cü il tarixli, QN-23/188 nömrəli X4 üzrə Qərarından görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 Şabran şəhəri, Heydər Əliyev prospekti, 97 ünvanında yerləşən inzibati binasında keçirilmiş yoxlama nəticəsində ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirilməsi barədə xüsusi icazənin olmadığı və bununla da Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilmişdir. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən qərardan şikayət verən şəxs X3 əmək müqaviləsi məlumatlarına dair çıxarışdan görünür ki, o, "Şabran Rayon Mərkəzi Xəstəxanası" X18 sərəncamverici direktor (təşkilat/səhiyyə) vəzifəsində çalışır. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərardan görünür ki, 03 avqust 2023-cü il tarixdə hüquqi ünvanı Şabran şəhəri, Heydər Əliyev prospekti, ev 97 olan “Şabran Rayon Mərkəzi Xəstəxanası" X18 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edildiyindən, “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində (ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -“Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X3 22 avqust 2023-cü il tarixli şikayətindən görünür ki, o, şikayətlə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının “Əhalinin radiasiya təhlükəsizliyi haqqında“ 30 dekabr 1997-ci il tarixli, 423-İQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, emalı (istehsalı), daşınması, nəqli, saxlanılması, istifadəsi, məhv edilməsi və basdırılması sahəsindəki işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli Fərmanının 3-cü bəndində müəyyən edilib ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işləri; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı 03 aprel 2009-cu il tarixli, 74 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və X1 sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır (İ. Ümumi Müddəalar – 1). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Tikintisi başa çatmış Şabran rayonunda 80 (səksən) çarpayılıq xəstəxananın əsas və köməkçi binalarının istismara qəbul edilməsi haqında qəbul komissiyasının” 29 dekabr 2011-ci il tarixli aktında yanğın nəzarəti təhlükəsizliyinin nümayəndəsinin (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin X2 Əsasları Şöbəsinin böyük məsləhətçi-inspektoru R. Vəlimatovun) imzası olsa da, həmin aktda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin hər-hansı bir əməkdaşının, ümumiyyətlə nüvə və X1nə nəzarət edən orqanın hər-hansı bir əməkdaşının imzası yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” – inə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;[146] 134.1.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən 2017-ci ildə ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirilməsi barədə xüsusi icazənin olmadığı və bununla da Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilmiş, bundan sonra 03 avqust 2023-cü il tarixdə hüquqi ünvanı Şabran şəhəri, Heydər Əliyev prospekti, ev 97 olan “Şabran Rayon Mərkəzi Xəstəxanası" X18 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində bu halın aradan qaldırılmadığı və hələ də ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirilməsi barədə xüsusi icazənin olmadığı və bununla da Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələblərinin pozulduğu aşkar edildiyindən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərar ilə “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində (ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 rəhbərliyinə ünvanlanmış 04 may 2023-cü il tarixli məktubdan “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X9 ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət həyata keçirilməsi barədə xüsusi icazə almalı olması, həmin xüsusi icazənin alınma qaydası və sözü gedən müvafiq xüsusi icazə olmadan radioloji fəaliyyət ilə məşğul olmağın qadağan olması barədə məlumatlandırıldığı görülsə də, “Şabran Rayon Mərkəzi Xəstəxanası" X25 tərəfindən müvafiq lisenziyanın alınması üçün müraciət edilməsini və ya belə bir lisenziyanın alınmasını təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X7 istinad edilən inzibati xətaya inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir və “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X3 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də, “Şabran Rayon Mərkəzi Xəstəxanası" X17 direktoru X3 şikayəti təmin edilməməli və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023-cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Fərdi identifikasiya nömrəsi “1L547A1” olan, 25 aprel 1980-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "Şabran Rayon Mərkəzi Xəstəxanası" X22 sərəncamverici direktor (təşkilat/səhiyyə) vəzifəsində çalışan, ünvan 6 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan X3 şikayəti təmin edilməsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X16 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli 17 avqust 2023cü il tarixli “inzibati tənbeh vermə” haqqında qərarı dəyişdirilmədən saxlasılsın.
3. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
X23