Məhkəmə qərarları › İş №3(031)-343/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-343/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-343/2025 13.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1990-cı il tarixdə Dəvəçi rayonu, Əmirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Şabran RPŞ-nin inzibati binasının həyətində Şəxs “BYD” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən 1 ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən özünü təqsirli bilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq Şabran RPŞ-nin MSY-də saxlanılmasının nəzərə alınması, Şəxs avtomobilinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 0,325 qram narkotik vasitə olan qurudulmuş marixuananın material üzrə maddi sübut kimi tanınması və Şabran RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Şabran Rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 20/639 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 60” möhür əksi, “İştirak etdi: 1.CAB-nin əm/müv/ /imza/ V.Qasımov; 2. YPX-nin inspektoru /imza/ H.Şükürlü; 3.Müdafiəçi /imza/ Ş.Abbasov; 4.Şübhəli şəxs /imza/ İ.Əlican; Tərtib etdi: İB-nin müstəntiqi /imza/ M.Əliyev” əl yazıları olan zərfdəki: 1 ədəd bükümdə təmiz çəkisi: 0,345 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin laboratoriyasında müvafiq laboratoriya cihazları olmadığından tədqiqata təqdim olunmuş 1 ədəd ağ-göy rəngli kapsulun tərkibini müəyyən etmək mümkün olmamışdır. Təmiz çəkisi 0,345 qram olan marixuananın 0,02 qramı tədqiqata sərf edilmiş, 0,325 qramı qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsi tərəfindən verilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 60 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin Ambulator X1 xx.xx.2025-ci il tarixli, 4622 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən olunmuş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs kimi tutulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Şəxs Şabran RPŞ-nin MSY-dən sərbəst buraxılması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir və bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Beləliklə, proses iştirakçılarının izahatları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan az miqdarda əldə etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilməməsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 60 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməli, hazırki iş üzrə maddi sübut kimi tanınmış, hazırda Şabran Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,325 qram narkotik vasitə olan qurudulmuş marixuana hazırki qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 37, 43, 106-112, 114, 115, 117, 128, 130 və 206-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət barəsində tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbirindən çıxılaraq üzərində qəti olaraq 19 (on doqquz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri saxlanılsın. Şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülsün. Hazırki iş üzrə maddi sübut kimi tanınmış, hazırda Şabran Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,325 qram narkotik vasitə olan qurudulmuş marixuana hazırki qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar