Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-347/2024 03.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə Danıs Muratın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs Danıs Murat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilir ki, qərarda nəzərdə tutulan məsələ ilə bağlı rəhbəri olduğu "X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil tərəfindən sorğu verilib sənədlər əldə edildiyi anadək barəsində belə bir icraat olmasından xəbərdar olmamış, ona hər-hansı rəsmi məktub daxil olmamışdır. Səlahiyyətli orqanın tərtib etdiyi qərar ətraflı araştırma aparılmadan və müfəssəl təsvir göstərilmədən, sübutlar qeyd edilməyərək mülahizələr əsasında, sadəcə qərəzli yanaşma və hüquqi uyğunsuzluqlar nəticəsində tərtib edilmiş və onun barəsində qanunazidd olaraq 4500 manat məbləğində inzibati cərimə tədbiq edilmişdir. Belə sübutların mövcudluğu olmadığı vəziyyətdə isə barəsində qəbul edilmiş qərarın ləğv edilməsi məqsədəmüvafiqdir. "X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı X1 və X4 ilə əmək münasibətləri yaratmaq kimi bir niyyəti olmamış, filial tərəfindən şəxslərə hər-hansı vəzifə müəyyən edilməmiş və onlara icra etməsi üçün işlər (xidmətlər) təklif və ya təqdim edilməmişdir. Qərardan şikayət verən şəxsin vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında işə onların iştirakı olmadan baxılmasını və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. İnzibat tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və hansı səbəbdən təmin etmədiyi barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Danıs Murat barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun rəhbərliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixli, 3-17-5/2-45181/2024, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixli, 3-17-5/2-49255/2024 nömrəli məktublar ilə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qozalağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üz.rindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X2 və X4 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 və X4 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərinə görə Danıs Murat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən "X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Danıs Murat barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyi və protokolların surəti məlumat üçün göndərildiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən "X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixə, saat 17:30-a təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən "X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın bir nüsxəsinin icra edilməsi üçün göndərildiyi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-3106/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-4710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Danıs Murata Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ilə 4500 manat məbləğində cərimə tətbiq edilməsi ilə bağlı hər-hansı məktub və xəbərdarlıq daxil olmadığı, yalnız xx.xx.2024cü il tarixdə şəxsin telefon nömrəsinə daxil olmuş SMS bildirişi vasitəsilə onlara məlum olduğu qeyd olunmuşdur. İş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri xx.xx.2023-cü il tarixli, 724692 nömrəli qaiməyə əsasən yekun məbləğ 1677,41 manat, xx.xx.2023-cü il tarixli, 077838 nömrəli qaiməyə əsasən yekun məbləğ 2000 manat, xx.xx.2024-cü il tarixli, 00062969 nömrəli qaiməyə əsasən yekun məbləğ 2000 manat, xx.xx.2024-cü il tarixli, 086012 nömrəli qaiməyə əsasən yekun məbləğ 1548 manat, xx.xx.2024-cü il tarixli, 181646 nömrəli qaiməyə əsasən yekun məbləğ 2500 manat, xx.xx.2024-cü il tarixli, 364488 nömrəli qaiməyə əsasən yekun məbləğ 2500 manat, xx.xx.2024-cü il tarixli, 10053668 nömrəli qaiməyə əsasən yekun məbləğ 2500 manat, xx.xx.2024-cü il tarixli, 10063646 nömrəli qaiməyə əsasən yekun məbləğ 2500 manat, xx.xx.2024-cü il tarixli, 10453665 nömrəli qaiməyə əsasən yekun məbləğ 2335 manat, xx.xx.2024-cü il tarixli, 10015008 nömrəli qaiməyə əsasən yekun məbləğ 2500 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Vəkil məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-4710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apelyasiya şikayətinə baxıldığı və Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2593/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmaqla Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarının qanuni qüvvəsini aldığı barədə məlumat vermişdir. İş materiallarında olan “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, "X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2593/2024 nömrəli inzibati xəta haqqında işin yekun məhkəmə aktının nəticəsindən görünür ki, apelyasiya şikayəti və apelyasiya protesti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2593/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-4710/2024 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından göründüyü kimi, "X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı və filialın rəhbəri Danıs Murat barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, lakin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)- 4710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində başlanılan inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Bundan əlavə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2593/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən apelyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktlara və hüquq münasibətlərinə əsasən "X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin barəsində başlanılmış inzibati işə xitam verildiyindən və iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilməyib qərar dəyişdirilmədən saxlanıldığından hazırki iş üzrə preyudisiallıq prinsipi tətbiq olunmalıdır. Preyudisiallıq prinsipinə əsasən məhkəmə qərarının başqa prosesdə araşdırılması və təkzib edilməsi mümkünsüz olduğu üçün Danıs Murat barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Danıs Muratın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və Danıs Muratın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-347/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-347/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver